Təb.VI.4. Şagird maddələrin xüsusiyyətlərini təsvir və onların dəyişiklikləri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Məişət həyatında istifadə oluna biləcək əşyaların nümunələrini sadalayır və onların xüsusiyyətləri barədə mülahizə yürüdürsə;
Diqqət yetirir və maddələri xüsusiyyətlərinə görə (məs., qoxu, parlaqlıq, yanmaq, aqreqat vəziyyət) müqayisə edirsə; nəticələri cədvəl şəklində təqdim edirsə, təhlil edir və bu maddələrin istifadə olunmasını şərtləndirən xüsusiyyətlərə ayırırsa;
Orqanizm üçün əhəmiyyətli maddələr barəsində informasiya toplayır və onların təyinatı barədə mülahizə yürüdürsə (məs., oksigen, su, karbon dioksid);
Maddələrin fiziki və kimyəvi dəyişikliklərini (məs., aqreqat halın dəyişməsi, maddələrin parçalanması, qazın bölünməsi, formanın dəyişməsi) tədqiq etmək üçün sınaqlar keçirir, nəticələri təhlil edir və bu dəyişikliklərin baş vermə səbəbləri barədə mülahizə yürüdürsə (məs., qızdırma, qarışdırma, yandırma, mexaniki təsir).
Dostları ilə paylaş: |