İstiqamət: Elmi tədqiqat - axtarış
Təd.XI.1. Şagird tədqiqatın mövzusunu və tədqiqatın mərhələlərini müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Tədqiqatın məqsədini müəyyənləşdirir və formalaşdırırsa;
Müvafiq informasiya toplamaq mənbələrini müəyyənləşdirirsə;
Sübut olunmuş mülahizə/ehtimal bildirirsə;
Göstəricilərin əldə edilməsi yollarını seçirsə (məs., sınaqla, səyyar işləri keçirməklə, sorğu ilə, məsələ ətrafında ədəbiyyatın axtarılması ilə);
Daimi və dəyişən (asılı, asılı olmayan) parametrləri bir-birindən ayırırsa;
Tədqiqatın şəraitlərini və keçirilmə mərhələlərini müəyyənləşdirirsə;
Müvafiq cihazlar/avadanlıqlar/alətlər seçirsə, seçimini əsaslandırırsa;
Göstəricilərin qeydəalınma formalarını müəyyənləşdirirsə (cədvəllər, qrafiklər, siyahılar, fotolar, qeydlər).
Dostları ilə paylaş: |