Biol.XI.9. Şagird ekosistemlərin formalaşdırılması üçün ekoloji faktorların əhəmiyyətini əsaslandıra və ətraf mühiti mühafizə problemləri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Misallar sadalayır və ekosistemdə orqanizmlərin müştərək mövcudluğu formalarını təsvir edirsə (məs., simbioz, yarış, parazitizm) və onlar arasında fərqlər barədə mülahizə yürüdürsə;
Orqanizmlərin inkişafı və ekoloji faktorun intensivliyi (optimum, dözümün yuxarı və aşağı həddi) arasında asılılığı müəyyən etmək üçün (məs., buğda toxumu rüşeymi və su miqdarları arasında asılılığın müəyyən edilməsi) göstəriciləri qrafik şəklində təqdim edirsə;
Təbii şəraitlərin rəngarəngliyi barədə göstəricilər toplayır və təhlil edir və konkret ekosistemdə necə həyati formalar mövcud olacağı barədə ehtimallar irəli sürürsə;
Lokal ekosistemdə antropogen faktorların təsiri barədə informasiya toplayır, materialı referat, foto-material və ya qeydlər şəklində təqdim edir, bu problemlərdən yaxa qurtarmaq yolları barədə mülahizə yürüdürsə;
Ətraf mühitin çirklənməsi nəticəsində yaranmış riskləri təhlil edir, misallar gətirir, diaqramlar və ya/cədvəllərin köməyi ilə çirklənmənin insan sağlamlığına, vəhşi növlərin çoxalmasına və sair mənfi təsirini əsaslandırırsa;
Tədqiqat planlaşdırır və (məs., müsahibə, tarixi mənbələr, statistik göstəricilər) insanın populyasiyası strukturunun müəyyən dövr ərzində müxtəlif faktorların (məs., sosial, ekoloji) təsiri ilə necə dəyişdiyini müqayisə edirsə, nəticələri qrafik şəklində təqdim edirsə, göstəriciləri təhlil edir və nəticələr çıxarırsa;
Populyasiyaların vəziyyətini müxtəlif qrafiki vasitələrlə təqdim edilmiş göstəricilərin (məs., yaş və ölüm , zaman və orqanizmlərin miqdarı, sıxlıq və orqanizmlərin miqdarının qarşılıqlı asılılığı cədvəli) əsasında qiymətləndirməyi bacarırsa.
Dostları ilə paylaş: |