Təd.VIII.4. Şagird göstəriciləri təhlil edə və qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Göstəricilər və yaxud dəyişikliklər arasında asılılıqları təsvir etmək üçün diaqramlardan, cədvəllərdən və qrafiklərdən istifadə edirsə;
Göstəriciləri təhlil edir və nəticələr çıxarırsa;
Deyilmiş ehtimalı nəticələrlə tutuşdurursa;
Müşahidə və ölçmələr zamanı aşkara çıxmış gözlənilməz hadisələri müzakirə edirsə, onları izah etməyə çalışırsa.
İstiqamət: Canlı aləm
Biol.VIII.5. Şagird insan orqanizminin anatomik və fizioloji xüsusiyyətlərini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
İnsan orqanizmi toxumalarının əsas qruplarını sadalayırsa. Onların qurulma xüsusiyyətlərini təsvir edir və həyata keçiriləsi funksiyalarla əlaqələndirirsə;
İllüstrasiyada və ya maketdə insanın orqanlar sistemlərini tanıyır və onların funksiyaları barədə mülahizə yürüdürsə (insan skeletinin əsas hissələri, bəzi sümük və əzələləri);
Ayrı-ayrı orqanı müvafiq orqanlar sistemi ilə əlaqələndirir və onun əsas funksiyalarını sadalayırsa;
Orqanlar sistemlərinin model/sxemini onların təsir (məs., ürək – nasos, böyrək, süzgəc, dizin refleksi)prinsipini nümayiş etdirmək üçün istifadə edir və ya yaradırsa və fiziki hadisələrlə əlaqələndirirsə;
Ətraf mühit ilə orqanlar sistemləri arasında maddələr (qazlar, su, qida, həyat fəaliyyəti məhsulları) mübadiləsini sxematik əks etdirir və onların əhəmiyyəti barədə mülahizə yürüdürsə;
Qidanın həzmi, nəfəs və qan dövranı sistemlərinin funksiyalarının qarşılıqlı əlaqəsi barədə mülahizə yürüdür, sxemlər tərtib edirsə;
Orqanizmin fiziki vəziyyətini qiymətləndirmək üçün ölçmədən, dinləməkdən, vizual müşahidədən istifadə edirsə. Nəticələri cədvəllərin və diaqramların/sınaq protokolu şəklində təqdim edirsə.
Dostları ilə paylaş: |