Biol.VIII.9. Şagird insan üçün sağlam həyat tərzinin əhəmiyyətini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Onurğanın inkişafının patologiyaları (məs., skolioz, kifoz, lordoz, diskoz) və onların başvermə səbəbləri barədə informasiya əldə edirsə. Dayaq- hərəkət sisteminin normal inkişafı üçün tövsiyələr işləyib-hazırlayır və sinfin qarşısında təqdim edirsə;
İnsanın sağlamlığı üçün fiziki aktivlərin əhəmiyyətini təsvir edir və onun müxtəlif xəstəliklərin riskinin azaldılmasında rolunu müəyyənləşdirirsə;
Yalançı oyun zamanı müxtəlif situasiya üçün ilkin yardımı həyata keçirirsə ( məs:skeletin xəsarəti, qanaxma, yanıq, donma, istilik və gün vurması, yüksək temperatur, ürək getməsi, epileptik tutma, qidalarla və toksik maddələrlə zəhərlənmə, radiasiyalı şüalanma);
Düzgün olmayan qidalanma (məs., “tez qida”(fast food) məhsullarından istifadə etmək) nəticəsində gözlənilən pozuntular barədə (məs., avitaminozlar, artıq çəki) informasiya toplayırsa;
Siqaret çəkməyin və narkotik maddələrdən istifadə etməyin orqanizmin müxtəlif sistemlərinin fəaliyyətinə mənfi təsiri barədə informasiya toplayır və təhlil edirsə;
Sağlam həyat tərzini bərqərar etmək üçün məktəb layihələrini planlaşdırır və onlarda iştirak edirsə (məs., “həmyaşıdlar arasında tütündən istifadə etmək, risklər və ondan yaxa qurtarmaq yolları”);
İnfeksiyalı xəstəliklər zamanı şəxsi gigiyenanın və sanitar şəraitlərinin əhəmiyyətini (məs., immun çatışmamazlığı, vərəm) və onların yayılma prevensiyası məsələlərini təsvir edirsə.
Dostları ilə paylaş: |