Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


Coğ.IX.9. Şagird Gürcüstan əhalisinin miqrasiyası və urbanizasiya proseslərini təhlil edə və gələcəklə əlaqədar ehtimallar söyləyə bilər



Yüklə 343,22 Kb.
səhifə157/245
tarix02.02.2022
ölçüsü343,22 Kb.
#114092
1   ...   153   154   155   156   157   158   159   160   ...   245
Coğ.IX.9. Şagird Gürcüstan əhalisinin miqrasiyası və urbanizasiya proseslərini təhlil edə və gələcəklə əlaqədar ehtimallar söyləyə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Gürcüstanda mövcud olan miqrasiya proseslərinin başvermə səbəbləri, axını, tezliyi barədə mülahizə yürüdürsə və bunları ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi ilə əlaqələndirirsə;

  • Sinifdə qrup halında iş zamanı işlənmiş sosioloji tədqiqat anketi əsasında sorğu keçirirsə (sinifdə, məktəbdə, qohumlar arasında, qonşular arasında); Gürcüstanda miqrasiya proseslərinin inkişafı barədə mülahizə yürüdür və nəticələri sinif qarşısında təqdim edirsə;

  • Hərbi münaqişələr və təbii fəlakətlər səbəbindən məcburi köçkün şəxslər barədə informasiya toplayır və yaranmış sosial-iqtisadi çətinliklər barədə mülahizə yürüdürsə, problemin nizama salınması üçün öz mülahizələrini deyə bilirsə;

  • Urbanizasiyanın köməkçi və maneə amilləri barədə mülahizə yürüdürsə və onlarla əlaqədar sosial, iqtisadi və ekoloji problemlər barədə söyləyirsə; problemləri cədvəldə qruplaşdırırsa;

  • İqtisadi və siyasi dəyişikliklər nəticəsində Gürcüstanda məskunlaşmanın funksiyalarının pozulması/əldə edilməsi nəticəsində baş vermiş sosial problemləri tədqiq edir və nəticələri onun üçün arzuolunan formada (cədvəl, sxem...) əks etdirirsə;

  • Gürcüstanın şəhərlərindən birini seçir və onun perspektiv inkişafının sadə modelini tərtib edirsə;

  • Gürcüstan məskənlərinin tiplərini böyüklüyünü, funksiyalarını təhlil edir və onları dünyanın müxtəlif ölkələrinin kontrast analoqları ilə müqayisə edirsə; nəticələri onun üçün arzuolunan formada (verbal, yazılı, çertyoj şəklində) əks etdirirsə;

  • Gürcüstanın daxili və xarici miqrasiya prosesləri nəticəsində baş vermiş sosial dəyişiklikləri əks etdirir və situasiyanın yaxşılaşdırılmasının mümkün yolları barədə mülahizə yürüdə bilirsə.


Yüklə 343,22 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin