Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 343,22 Kb.
səhifə197/245
tarix02.02.2022
ölçüsü343,22 Kb.
#114092
1   ...   193   194   195   196   197   198   199   200   ...   245
İstiqamət: sabit inkişaf

Mül.X.5. Şagird sosial problemlərin həllində düşünülmüş iştirak və əməkdaşlıq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Özünün yaşadığı yerdə müxtəlif sosial azlıqları ayıra bilər (məs.: tənha qocalar, əlillər, himayəsiz uşaqlar, immiqrantlar və s.); bu adamlara münasibətdə cəmiyyətin qarşılıqlı əlaqələrinin özünəməxsusluqları barədə mülahizə yürüdürsə;

  • Gürcüstanda, onun fikrincə, bütün mühafizə olunmayan sosial qrupları ayıra bilirsə və cəmiyyət tərəfindən onlara yardım göstərmək imkanları barədə mülahizə yürüdürsə; öz mülahizələrini əsaslandıra bilirsə;

  • Sinif yoldaşları ilə birlikdə öz yaşayış məntəqəsində onun günün sağlam rejimi ideyasının populyarlaşdırılmasına hansı xidmətləri göstərə biləcəyini müzakirə edirsə; plan tərtib edir və məktəbin özünüidarəetmə orqanları ilə razılıq əsasında, informasiya-maarifləndirmə kampaniyasını həyata keçirirsə;

  • Sinif yoldaşlarından ibarət qrupla birlikdə, onun fikrincə, cəmiyyətin kömək durması zəruri olan ictimai qrupu seçirsə; bu qrupun ümumi məqsədlərini və vəzifələrini aşkar edirsə; sinif yoldaşları ilə birlikdə bu ictimai qrupun (yaxud da konkret nümayəndənin) yardımedici tədbirlərini və məktəb özünüidarəetməsinin köməyi ilə planlaşdırırsa, seçilmiş qrupa kömək məqsədi ilə yerli hakimiyyətin nümayəndələri ilə əməkdaşlıq edirsə;

  • Məqsədi məktəbin zərurətlərinin və sinif yoldaşlarının müvafiq imkanlarının dəqiqləşdirilməsindən ibarət olan “Məktəbə nə əlavə edə bilərik” sinif diskussiyasında iştirak edirsə; əvvəlki ildə göstərilmiş analoji işin nəticələrini nəzərə alır və özünün sinif yoldaşları ilə razılaşdırdığı fəaliyyət planını işləyib hazırlayırsa; planlaşdırılmış fəallıqlarda (məs.: məktəb kitabxanasının və ya idman salonunun tamamlanması, aşağı sinif şagirdlərinin ekskursiyalarında şagirdlərə kömək göstərmək, məktəbin və ya onun ətrafının abadlaşdırılması və s.)onun üçün ayrılmış rolu icra edirsə.


Yüklə 343,22 Kb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin