İc.təh.V-VI.17. Şagird müxtəlif tarixi dövrdə insan ləyaqətinə, azadlığına və bərabərliyinə əməl olunmasını təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Ləyaqətin, azadlığın və bərabərliyin nə demək olduğunu öz sözləri ilə izah edə bilirsə;
İnsanların müxtəlifliyini onların hüquqları və bərabərliyi ilə əlaqələndirməyi bacarırsa;
Doğma diyarın və ümumiyyətlə, Gürcüstanın nümunəsində insanların ləyaqət, azadlıq və bərabərliyinə əməl olunmasını müqayisə edirsə.
İc.təh.V-VI.18. Şagird müxtəlif cəmiyyətlərdə uşağın hüquq-vəzifələrini fərqləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Gündəlik həyatda özünütəşkilin əhəmiyyətini xarakterizə edirsə;
Qrup/komanda işi zamanı sinif yoldaşlarına münasibətdə öz məsuliyyətini müəyyənləşdirirsə;
Müxtəlif cəmiyyətlərdə özünün hüquq-vəzifələrini izah edə bilirsə (məs.: ailədə, məktəbdə, qohumlar arasında, qonşuluqda və s.);
Uşaq və yeniyetmənin hüquq-vəzifələri arasında mövcud olan oxşarlıq-fərqlər barədə mülahizə yürüdə bilirsə.
Dostları ilə paylaş: |