İstiqamət: ətraf mühit və sosial sistemlər
Coğ.VII.11. Şagird coğrafiyanı elmin rolu kimi izah edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Coğrafiyanın öyrənilməsi obyektlərini və vəzifələrini müəyyənləşdirirsə;
Coğrafi fənləri və onların öyrənilmə obyektlərini qruplaşdırırsa;
Coğrafi tədqiqatın nəticələrinin praktiki tətbiqi misallarını gətirirsə;
Coğrafi terminologiyadan adekvat istifadə edirsə.
Coğ.VII.12. Şagird əhalinin demoqrafik xarakteristikasını və yerləşdirilməsinin özünəməxsusluğunun xüsusiyyətlərini verə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Statistik göstəricilərə əsaslanaraq dünya əhalisinin dinamikası barədə mülahizə yürüdür və dəyişikliklərin səbəblərini izah edə bilirsə;
Əsas demoqrafik göstəriciləri izah edirsə (doğum, ölüm, təbii artım), cins-yaş strukturunu və dünyada yayılmış siyahıya alma tiplərini izah edirsə; müvafiq qrafikləri və diaqramları oxumağı bacarırsa;
Müxtəlif mühitdə əhalinin yerləşməsinin özünəməxsusluqları barədə mülahizə yürüdə bilirsə (çayın dərələri boyunca, dəniz sahillərində, susuz düzənlikdə, dağlarda, sənaye və aqrar rayonlarında);
Özünün yaşayış məntəqəsini müxtəlif yaşayış məntəqələrinin fotoşəkilləri və planı ilə müqayisə edirsə;
Tematik xəritədən istifadə etməklə dünyanın müxtəlif rayonlarında əhalinin sıxlığını təhlil edə bilirsə; ən sıx və ən seyrək yaşayış regionlarını ayıra və onları cədvəldə qruplaşdıra bilirsə.
Dostları ilə paylaş: |