Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 343,22 Kb.
səhifə149/245
tarix02.02.2022
ölçüsü343,22 Kb.
#114092
1   ...   145   146   147   148   149   150   151   152   ...   245
İstiqamət: Zaman və məkan

Coğ.IX.1. Şagird xəritələrin və başqa əyani vasitələrin (fotolar, qrafiklər, cədvəllər, diaqramlar və s.) köməyi ilə yeri, hadisəni və prosesi xarakterizə edə; tematik xəritələr tərtib edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Xəritələrin, qrafiklərin, cədvəllərin, diaqramların və sxemlərin vasitəsi ilə təqdim olunmuş coğrafi informasiyanı təhlil edə bilirsə;

  • Fotolara əsasən Gürcüstanın peyzajlarını təhlil edə bilirsə;

  • Koordinatlar torundan istifadə etməklə Gürcüstanın əhəmiyyətli coğrafi obyektlərinin və inzibati mərkəzlərinin yerləşməsini müəyyənləşdirə bilirsə;

  • Tədqiq olunası məqsədin nəzərə alınması ilə müvafiq tematik xəritələr axtarır və lazım gəldiyi qədər istifadə edirsə;

  • Eyni yerin müxtəlif tematik xəritədə tutuşdurulması əsasında kompleks analiz aparırsa (məs.: fiziki-coğrafi, əhali, kənd təsərrüfatının ixtisaslaşdırılması xəritələri);

  • Əldə edilmiş informasiya əsasında Gürcüstanın tematik xəritələrini tərtib edirsə (diyar, tarixi-coğrafi əyalətlər, əhalinin sıxlığı, əsas dinlərin yayılması və s.);

  • Statistik informasiya əsasında müxtəlif çətinlikli çertyojlar tərtib edirsə (qrafik, diaqram və s.);

  • Qrup halında iş zamanı hər bir qrup müxtəlif tarixi-coğrafi əyalətin ekspedisiyasını keçirmək üçün seçirsə və sinfin qarşısında onun həyata keçirilməsinin sadə planını təqdim edirsə (məqsəd, marşrut, müddət, hərəkət vasitələri, seçilmiş marşrutun başqaları ilə müqayisədə üstünlüyü, aparılası əşyaların siyahısı və s.); ekspedisiyanı əks etdirəcək sxematik plan tərtib edirsə.


Yüklə 343,22 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin