Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


İstiqamət: ətraf mühit və iqtisadiyyat



Yüklə 343,22 Kb.
səhifə151/245
tarix02.02.2022
ölçüsü343,22 Kb.
#114092
1   ...   147   148   149   150   151   152   153   154   ...   245
İstiqamət: ətraf mühit və iqtisadiyyat

Coğ.IX.3. Şagird Gürcüstanın təbii şəraitlərini xarakterizə və təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Fiziki-coğrafi şəraitlər arasında səbəb-nəticə əlaqəsini tərtib edirsə və onların yayılması barədə mülahizə yürüdürsə (məs.: Gürcüstanın relyefinin formaları və iqliminin özünəməxsusluqlarını hidroqrafik şəbəkənin formalaşması – yayılması ilə əlaqələndirirsə); bu göstəricilərə əsasən Qərbi və Şərqi Gürcüstanı müqayisə edirsə;

  • Xəritədən və başqa informasiyadan istifadə etməklə əhəmiyyətli coğrafi obyektləri və hadisələri xarakterizə edirsə; onlardan rekord göstəricilərə malik olanları (rütubətlilik, küləklilik, torpaq sürüşməsi və s.) ayırır və müvafiq konturlu xəritəni doldurursa;

  • Xəritədən və turist materialından istifadə etməklə Gürcüstan üçün xarakterik olan əhəmiyyətli resursları (mineral və yanacaq resursları və s.) təsvir edirsə və bunları əhalinin təsərrüfat fəaliyyəti ilə əlaqələndirirsə (məs.: zonallıq və kənd təsərrüfatının ixtisaslaşdırılması); qeyd olunan xüsusiyyətlərə əsasən Gürcüstanın regionlarını qruplaşdırırsa;

  • İnformasiya toplayır (dərslik, KİV və s.) Gürcüstanın təbii fəlakət hadisələri (zəlzələ, torpaq sürüşməsi, daşqın və s.), ətraf mühiti mühafizə problemləri və onların mümkün həlli yolları barədə mülahizə yürüdə bilirsə;

  • İnformasiya toplayır (Gürcüstan atlasına və başqa əyani vasitələrə əsasən) və Gürcüstanın iki fərqli regionunu nəzərə çarpan əlamətlərinə əsasən müqayisə edə bilirsə (yerləşməsi, relyefi, iqlimi, hidroqrafik şəbəkəsi və s.); oxşarlıq-fərqləri onun üçün məqbul olan formada əks etdirirsə;

  • Gürcüstanın energetika resurslarını müqayisə və qruplaşdıra bilirsə (məs.: ənənəvi və alternativ energetika resursları), onların ətraf mühitə təsirinin dərəcəsinə əsasən qruplaşdırırsa;

  • Sabit inkişafın ətraf mühitin mühafizəsi problemləri ilə tanış olur, onlardan Gürcüstan üçün aktualları ayırır və onları doğuran səbəblər və nəticələr barədə mülahizə yürüdə bilirsə.


Yüklə 343,22 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin