Mül.X.2. Şagird insan ləyaqətlərinin məğzini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
İnsan ləyaqətlərinin məğzini izah edə bilirsə;
İnsan ləyaqətlərinin meyarlarını müxtəlif sosial-mədəni mühitdə müzakirə edir və universal uyğunluqları ayıra bilirsə;
Müxtəlif cəmiyyətdə insan ləyaqətlərinə hörmət amilləri barədə mülahizə yürüdürsə;
Silahlı münaqişələrin qurbanları olanların ləyaqətlərinə hörmət göstərmək imkanları barədə fikir yürüdə bilirsə.
Mül.X.3. Şagird azad şəxsiyyət ilə fəal vətəndaşın xüsusiyyətlərini əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Şəxsiyyətin azadlığı və vətəndaşın fəallıq əlamətlərindən oxşarlıqları ayıra bilirsə;
İnsan hüquqları və azadlıqlarını Gürcüstan vətəndaşının vəzifələri ilə əlaqələndirə bilirsə;
Cəmiyyətdə azad şəxsiyyətin fəal vətəndaş üçün zəruri şərtləri barədə mülahizə yürüdə bilirsə.
Mül.X.4. Şagird özünün gələcək fəaliyyətinin planını tənqidi qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Həyata keçirilməsini özü planlaşdırdığı ehtimal edilən hərəkətləri müəyyənləşdirirsə, onları əhəmiyyətinə əsasən dərəcələrə bölürsə;
Sinif yoldaşları ilə birlikdə ümumi gələcək məqsədləri qeydə alırsa, fərqli məqsədləri müddətlərinə əsasən cədvəl əsasında bir-birinə uyğunlaşdıra bilirsə, onların reallığı və nail olunma yolları barədə mülahizə yürüdürsə;
Özünün imkanlarının və məqsədlərinin təhlili əsasında fəaliyyətin ehtimala əsasən özünün gələcək fəaliyyəti ilə əlaqələndirəcəyi sahələri sadalayır;
Sinifdə öz həmfikirlərini aşkar edirsə, hansılarla ki, birlikdə bu sahə barədə informasiya topladığı və onu müzakirəsindən sonra özünün gələcək ehtimal olunan fəaliyyətini müəyyənləşdirirsə.
Dostları ilə paylaş: |