Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


Mül.X.6. Şagird rəngarəng cəmiyyətdə ədalətli münasibətlərin təmin edilməsi imkanlarını təhlil edə bilər



Yüklə 343,22 Kb.
səhifə198/245
tarix02.02.2022
ölçüsü343,22 Kb.
#114092
1   ...   194   195   196   197   198   199   200   201   ...   245
Mül.X.6. Şagird rəngarəng cəmiyyətdə ədalətli münasibətlərin təmin edilməsi imkanlarını təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Cəmiyyətdə ədalətli münasibətlərin şərtlərini xarakterizə edir və rəngarəngliyin əlamətləri ilə əlaqələndirməyi bacarırsa;

  • Bərabərlik prinsipini və münasibətlərin ədalətlilik normalarını bir-biri ilə əlaqələndirməyi bacarırsa;

  • Şəxsiyyətə qanuna əməl etməyin nə üçün həvalə olunduğunu izah edirsə; qeyri-qanuni hərəkətlərin səbəb ola biləcəyi təhlükələri təsvir edir və qiymətləndirirsə;

  • Sinif yoldaşları ilə birlikdə, öz şəxsi müşahidələri əsasında, hər hansı bir münaqişəli situasiyanı seçir və oynayırsa, onun nizama salınmasının mümkün yollarını müzakirə edirsə (məs.: mənafelər mövqeyindən, qaydalar mövqeyindən), verilmiş hal üçün ən səmərəlisini seçə bilirsə, öz mülahizəsini əsaslandırırsa;

  • Öz sinfinin nümunəsində (özünün və sinif yoldaşlarının maraqlarının təhlilindən sonra) insanın şəxsi və ictimai mənafeləri barədə fikir yürüdə bilirsə; nəzərə alınması ictimai razılıq üçün zəruri olan ümumi mənafeləri ayırırsa;

  • Tarixi keçmişdən və ya müasir həqiqətdən hər hansı bir ölkəni seçir və onun sosial strukturunu təsvir edirsə; müxtəlif sosial qrupun hüquqi vəziyyətini, əlaqələrini və hər birinin ictimai-siyasi həyatda rolunu müzakirə edirsə; təhlilin nəticələri ilə sinif yoldaşlarını tanış edirsə;

  • “Uşaqlar qanunu nə üçün pozurlar” diskussiyasında iştirak edirsə; yetkinlik yaşına çatmamış uşaqların hüquqları və onları qanunvericilik təminatları ilə müdafiə etmək barədə mülahizə yürüdürsə; “Həmyaşıdıma nə tövsiyə edərdim” mövzusunda inşa yazırsa;

  • Müxtəlif tip (məs.: oğurluq, narkotiklərin yayılması, qətl, korrupsiya, ayrı-seçkilik, dələduzluq, zorakılıq, insan alveri – trafikinq və s.) cinayətlərin baş verməsi səbəbləri və onları azaltmaq yolları barədə mülahizə edə bilirsə;

  • “Bizim cəmiyyətin qanunçuluq mədəniyyəti vardırmı?” sinif diskussiyasında iştirak edirsə; özünün yaşadığı məntəqədə (yaxud ölkədə) bu məsələlərə cəmiyyətin münasibətini qiymətləndirirsə; vətəndaşların, qanunvericilik və hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqəsi barədə mülahizə yürüdürsə; sinifdə keçirilmiş diskussiyanın protokolunu və ya hesabatını yazırsa;

  • “Hansı qaydalar daha güclüdür – yazılmış yoxsa yazılmamış?” mükalimələrində iştirak edirsə; öz mövqeyini konkret nümunələrin (müasir gerçəklikdən, bədii ədəbiyyatdan və ya tarixdən) müzakirəsi və qiymətləndirilməsi zamanı onun söykəndiyi meyarları ayıra bilirsə;

  • Onun hüquqlarının pozulduğu halda necə davranacağı barədə mülahizə yürüdürsə və öz hüquqlarını müdafiə zamanı başqasının hüquqlarını nəzərə almalı olduğunu izah edə bilirsə.


Yüklə 343,22 Kb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin