Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


İstiqamət: özünüidarəetmə və idarəetmə



Yüklə 343,22 Kb.
səhifə201/245
tarix02.02.2022
ölçüsü343,22 Kb.
#114092
1   ...   197   198   199   200   201   202   203   204   ...   245
İstiqamət: özünüidarəetmə və idarəetmə

Mül.X.9. Şagird Gürcüstanda özünüidarəetmənin və dövlət idarəçiliyi sisteminin inkişaf prosesini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Hər hansı bir dövlət hüquq-mühafizə orqanını (məs.: polis, məhkəmə, xalq müdafiəçisi və s.) və ya ictimai təşkilatın nümunəsində onların hüquqi səlahiyyətlərini, təyinatını (yaxud məqsədlərini) və fəaliyyətinin hüquqi müdafiəsini müzakirə edə bilirsə; mövcud təcrübənin nöqsanlarını və müvəffəqiyyətli cəhətlərini qiymətləndirməyi bacarırsa;

  • Zaman şkalasında Gürcüstanın dövlət idarəçiliyinin inkişafının bir neçə (3-5) əhəmiyyətli hadisəsini qeyd edirsə; hər bir hadisənin səbəb olduğu nəticələr barədə mülahizə yürüdürsə; həmin dövrün başqa dövlətləri ilə paralellər aparırsa (məs.: qonşu ölkələr, millət, Yaxın Şərq, Şərqi Asiya və ya Amerika);

  • Gürcüstan Demokratik Respublikasının və I Konstitusiyanın müasir gürcü dövlətçiliyi üçün əhəmiyyəti barədə mülahizə yürüdürsə; Konstitusiyalı varisliyi təsdiq edən faktlar söyləyirsə və dəyişiklikləri təhlil edirsə (məs.: dövlət quruluşu, idarəçilik, seçki sistemi və s.); baş vermiş dəyişikliklərə münasibətdə öz mövqeyini aşkarlayırsa;

  • Gürcüstanın qüvvədə olan Konstitusiyasını müzakirə edərkən onun qəbul olunmasının ilkin şərtləri və nəticələri barədə fikir yürüdə bilirsə; öz mülahizələrini cədvəl şəklində çəkə bilirsə;

  • Özünüidarəetmənin inkişafının Gürcüstan dövlətçiliyi üçün əhəmiyyətini sadalaya bilirsə;

  • Cəmiyyətin demokratikləşdirilməsi və suverenliyi barədə öz fikrini bəyan edə bilirsə; Gürcüstana bənzər (əhalinin sayına əsasən) bir neçə dövləti seçir və onu Gürcüstanla müqayisə edirsə, qeyd edilən iki əlamətə əsasən müqayisə edirsə; oxşarlıq və fərqləri ayıra bilirsə;

  • Gürcüstanın dövlət idarəçiliyinin müasir sistemini (strukturunu, onun hissələrinin funksiyalarını və qarşılıqlı əlaqələrini) öyrənə bilirsə; Gürcüstanın keçmişində mövcud olmuş idarəçilik sistemlərini demokratiklik və qanunun aliliyi nöqteyi-nəzərindən müqayisə edə bilirsə; işin nəticələrini müzakirə etmək üçün sinif yoldaşlarına təqdim edirsə.


Yüklə 343,22 Kb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin