Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


Mül.X.10. Şagird Gürcüstan vətəndaşının ictimai-siyasi həyatda fəal iştirak etmək imkanlarını tədqiq edə və bunlardan istifadə edə bilər



Yüklə 343,22 Kb.
səhifə202/245
tarix02.02.2022
ölçüsü343,22 Kb.
#114092
1   ...   198   199   200   201   202   203   204   205   ...   245
Mül.X.10. Şagird Gürcüstan vətəndaşının ictimai-siyasi həyatda fəal iştirak etmək imkanlarını tədqiq edə və bunlardan istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Zaman xəttində onun üçün əhəmiyyətli hüquq qazandığı və onun xüsusi vəzifələrinin meydana çıxdığı mərhələləri qeyd edirsə; həmin xəttə onun fərqli (əlavə və ya genişlənmiş) hüquq-vəzifələri meydana gəldiyi (məs.: idarə etmə, seçkilərdə iştirak etmə, ailə qurmaq, hərbi xidmət və s.) mərhələləri qeyd edirsə; “Mənim hüquqlarım və vəzifələrim” mövzusunda esse yaza bilirsə;

  • Hər hansı bir son dövrkü münaqişəni seçir (məs.: öz təcrübəsindən, sinifdə baş verənlərdən, KİV vasitəsi ilə geniş əks-səda doğurmuşlardan və s.) və sinif yoldaşlarından ibarət qrupla birlikdə onu müzakirə edirsə, münaqişənin hansı kateqoriyaya mənsub olduğunu müəyyənləşdirirsə (dəyəri, informasiyasıı, qarşılıqlı asılılığı, təsisat xarakterli, mənafelər mövqeyindən), münaqişədə iştirak edən tərəflərin hərəkətlərini ayıra bilirsə; qrupla birlikdə onu doğuran səbəblər və onun nizama salınması yolları barədə fikir yürüdə bilirsə;

  • Öz həmyaşıdları üçün fəal məsələlər üzrə mülahizə yürüdürsə (dostluq, valideynlə əlaqə, peşə seçimi və s.); verilmiş məsələ ilə əlaqədar müxtəlif mövqenin güclü və zəif cəhətlərini dəqiqləşdirməyi bacarırsa;

  • Məktəbin inkişafı (məs.: tədrisin keyfiyyəti, texniki təchizat, gəlirlərin artması, milli və ya beynəlxalq layihələrdə iştirak və s.) ilə əlaqədar sinif diskussiyasında və ya məktəb özünüidarəetməsinin müvafiq orqanının müzakirəsində iştirak edirsə, öz mövqeyini konkret ifadə edir və müdafiə etməyi bacarırsa;

  • Onun üçün və ya hər hansı bir ictimai qruplaşma üçün aktual konkret problemi seçirsə (məs.: təhsil almaq, məşğuliyyət, insan hüquqlarının pozulması, mülki mübahisələr, vergi münaqişələri, sosial təhlükəsizlik, səhiyyənin və ətraf mühitin mühafizəsi, siyasi və ya dini ayrı seçkilik və s.); təhlili əsasında tərəflərin hüquqlarının müdafiəsi və qanuni hərəkətlərin nəzərə alınması ilə konkret problemin həlli planını yazmaq üçün informasiya toplayırsa (bir neçə variant mümkündür); problemin həllində öz rolunu müəyyənləşdirirsə, həmfikirlər toplayır və plana uyğun hərəkət edirsə; öz iştirakının səmərəliliyini qiymətləndirir və nəticələri sinif yoldaşları ilə bölüşürsə;

  • Vətəndaşların həyatından hər hansı bir konkret münaqişəli halı (sosial, iqtisadi və ya siyasi) seçirsə; yaranmış vəziyyətlə və tərəflərin mənafeləri ilə tanış olursa; sinif yoldaşları ilə birlikdə qeyd edilən halı və onun həllinin alternativ variantlarını oynaya bilirsə; bu yolların pis və ya yaxşı cəhətləri barədə mülahizə yürüdürsə və dostları ilə birlikdə münaqişənin ədalətli həllinin planını əks etdirirsə.


Yüklə 343,22 Kb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin