İstiqamət: din və mədəniyyət
Tar.XII.7. Şagird dinin əhəmiyyəti barədə mülahizə yürüdə, XIX və XX əsrlərdə onun dünyaya və Gürcüstana təsirini qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Milli və ruhani hakimiyyətləri arasında müxtəlif dövrlərdə və ya ölkələrdə münasibətlərin necə dəyişdiyi və bu dəyişikliklərin ölkənin mədəni inkişafına necə təsir göstərdiyi barədə mülahizə yürüdürsə;
Dinin müasir dünyada identliyin vasitələrindən biri kimi əhəmiyyəti barədə mülahizə yürüdürsə.
Tar.XII.8. Şagird müxtəlif mədəniyyətlərin əlaqələrini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
XIX və XX əsrlərin dünya mədəniyyətlərinin əsas tendensiyaları barədə fikir yürüdürsə;
Qrup halında və ya fərdi iş zamanı XIX-XX əsrlərin dünya mədəniyyət abidələrini sadalayırsa (məs.ədəbiyyatda, təsviri incəsənətdə), onları cərəyanlarına əsasən qruplaşdırırsa;
Sənət adamlarından birini seçir (məs.: Mixail Cavaxişvili, Çarli Çaplin) və onun tərcümeyi-halına və yaradıcılığına əsaslanmaqla sinifdə sənətkar ilə dövlət arasında mövcud olan qarşılıqlı münasibətlər barədə fikir yürüdürsə;
Sinifdə diskussiya zamanı Avropa və Şərq mədəniyyətlərinin qarşılıqlı münasibətləri və hər birinin XIX-XX əsrlərin gürcü mədəniyyətinə təsiri barədə mülahizə yürüdürsə;
İncəsənətin sahələrindən birini seçir (məs.: ədəbiyyat, rəssamlıq, kino və s.) və onun inkişaf tendensiyalarını Gürcüstanda və dünyanın hər hansı bir ölkəsində (və yaxud regionda) müqayisə edirsə.
Dostları ilə paylaş: |