İc.təh.V-VI.5. Şagird tarixi faktları müvafiq dövrlərlə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Əhəmiyyətli tarixi faktları sadalaya bilirsə;
Konkret tarixin mənsub olduğu əsri və ya minilliyi sadalaya bilirsə;
Konkret tarixi hadisəni – ilkin və gec prinsipi ilə fərqləndirməyi bacarırsa; məs.:
T bilisinin Kartlinin İlk gürcü kitabının çapı
paytaxt elan olunması
Qurucu Davidin çarlığı
|
İstiqamət: dövlət idarəçiliyi və siyasət
İc.təh.V-VI.6. Şagird müxtəlif tarixi dövrdə Gürcüstanda mövcud olmuş idarəçilik formalarını səciyyələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Müxtəlif tip idarəçilik sisteminin əsas xüsusiyyətlərini, onları qeyd edən terminləri saya bilirsə və onlardan düzgün istifadə etməyi bacarırsa;
Hakimiyyətin müxtəlif formalarını bir-biri ilə müqayisə edə bilirsə.
İc.təh.V-VI.7. Şagird ölkənin idarəolunmasında iştirak edən Gürcüstan tarixinin tanınmış şəxsiyyətlərini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Müxtəlif zamanlarda fəaliyyət göstərmiş şəxsləri sadalaya, onların idarəçilik strukturlarında rolunu müəyyənləşdirə bilirsə;
Hakimləri dövrlərə əsasən bir-birindən fərqləndirə bilirsə;
Hakimiyyətdə iştirak edən tarixi şəxslər tərəfindən keçirilmiş dövlət tədbirlərini sadalaya və xarakterizə edə bilirsə. Onların nəticələri barədə öz mülahizələrini deməyi bacarırsa;
Zaman şkalasında, onun fikrincə, ən əhəmiyyətli 4 (yaxud 5) gürcü siyasi xadiminin qədim dövrdən bu günədək qeyd edə və onları xarakterizə edə bilirsə.
İc.təh.V-VI.8. Şagird şəxsiyyətlərin və müxtəlif sosial təbəqənin Gürcüstan tarixində rolu barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Keçmiş cəmiyyətin hər hansı bir sosial təbəqəsini seçir və bu təbəqənin nümayəndəsinin gündəlik həyatını təsvir edə bilirsə (məs.: kəndli, aznaur, tacir, sənətkar, alim və s.);
Dövrə müvafiq olaraq tanınmış şəxsiyyətləri sadalaya bilirsə, onun sosial statusunu müəyyənləşdirməyi bacarırsa (məs.: çar, tacir, sənətkar, bankir, torpaq sahibkarı, prezident, alim və s.).
İc.təh.V-VI.9. Şagird Gürcüstan tarixinin müxtəlif mərhələlərində əhali üçün müharibə və sülh nəticələrini müqayisə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Müharibənin növlərini sadalaya bilirsə (özünümüdafiə, istilaçılıq), onların nəticələrini xarakterizə edə bilirsə;
Gürcüstan tarixində sülh yolu ilə qəbul olunmuş qərarları sadalaya, onların müsbət və mənfi nəticələrini qeyd edə bilirsə;
Gürcüstan tarixinin müxtəlif dövrünün döyüş yerlərini konkret xəritəyə köçürməyi bacarırsa (məs. Didqori, Basiani, Qarnisi, Krtsanisi və s.);
Müxtəlif tarixi dövrdə Gürcüstanda müharibə aparmaq qaydalarını müqayisə etməyi bacarırsa (əsrlərə, yaralılara və həlak olanlara münasibətdə tutduğu mövqe . Müharibə zamanı qaydalara və qanunlara əməl etmək zərurəti barədə mülahizə yürüdə bilirsə);
Təbiətdə müharibənin səbəb olduğu ekoloji dəyişikliklər barədə informasiya toplaya bilirsə (su, hava, torpaq, meşə); dəyişikliklərin nəticələrini cədvəl və ya şəkil (plakat) qismində təqdim etməyi bacarırsa.
Dostları ilə paylaş: |