İstiqamət: insan və cəmiyyət
İc.təh.V-VI.15. Şagird insanların bu və ya digər cəmiyyətə mənsubiyyətinə əsasən müxtəlif əlamət və şərtlərini tanıya bilər.
Nəticə göz önündədir, əgər şagird:
Özünün üzvü olduğunu hesab etdiyi cəmiyyətləri sadalaya bilirsə (məs .:ailə, sinif, soyadı, məktəb, dostlar qrupu, rəqqaslar ansamblı və s.);
Özünün müxtəlif cəmiyyətlərə mənsubiyyəti şərtlərini fərqləndirməyi bacarırsa (məs. : yaş həddi, qan qohumluğu, cins, nitq dili, yaşayış yeri və s.);
Hər hansı bir sosial qrupun və cəmiyyət üzvlərinin ümumi əlamət-xüsusiyyətlərini saya bilirsə (məs.: qohumluq, xarici görünüş, xarakter, maraq, qabiliyyət, şəriklik, yaş, məhəbbət, doğma dil, dad-zövq və s.);
Bu cür əlamət-xüsusiyyətləri və şərtləri ayırmaqla özünü üzvü hesab etdiyi cəmiyyətlər arasında əlaqə yaratmağı bacarırsa;
İnsanların müxtəlif, fərqli və ümumi əlamət-xüsusiyyətləri barədə mülahizə yürüdə bilirsə;
Özünün mənsub olduğu cəmiyyətlərin üzvlərinə hansı səbəbə görə hörmət etdiyini deyə bilir və təsvir edirsə;
İnsanın qurmaq və dağıtmaq imkanları barədə söhbət apara bilirsə. Birincinin üstünlüyünü dərk edir və özünü qurucular birliyinə aid edirsə.
Dostları ilə paylaş: |