Y. V. QƏHRƏmanli, A.Ə. XƏLİlova s. Y. MƏHƏRRƏmova, A. X. HƏSƏnova



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix02.12.2023
ölçüsü2,71 Mb.
#137632
1   2   3   4   5   6   7   8   9   ...   14
7a243646df2160df215149e6b3456a11 (2)

1.
 
HİDROLOJİ HESABLAMALARDA TƏTBİQ 
EDİLƏN RİYAZİ STATİSTİKA ÜSULU 
Hidroloji hadisələrin tətqiqində, xüsusilə də axımı 
səciyyələndirən əsas kəmiyyətlərin təyin edilməsində və ya 
proqnozlaşdırılmasında ehtimal nəzəriyyəsinə əsaslanan 
riyazi statistika üsulları geniş tətbiq olunur. Bu üsulun tətbiq 
olunmasının əsas şərti müxtəlif su təsərrüfatı tikintilərinin 
(su anbarlarının yaradılması üçün bəndlərin, irriqasiya 
sistemlərinin, su qəbuledici baş qurğuların, sahilyanı 
qoruyucu bəndlərin və s.) layihələndirilməsi zamanı axımı 
səciyyələndirən kəmiyyətlər haqqında kifayətedici, dolğun 
məlumatların olmamasıdır. Bu baxımdan qeyd olunan 
üsulun tətbiqinin əsas məqsədi müəyyən təminatlı su 
təsərrüfatı layihələrinin yerinə yetirilməsi üçün gələcəkdə 
axımı səciyyələndirən kəmiyyətlər barəsində məlumatların 
proqnozlaşdırılması və müəyyənləşdirilməsidir.
Statistik hesablamaların aparılması və proqnozların 
verilməsi axım barəsində olan mövcud məlumatlar əsasında 
yerinə yetirilir. Onu da qeyd etmək lazımdır ki, statistik 
hesablamalarda axımı səciyyələndirən kəmiyyətlərdən 
əsasən axım sərfindən istifadə olunur və onun haqqında 
toplanan müşahidə məlumatlarına təsadüfi kəmiyyətlər 
toplusu kimi baxılır.
Eyni ölçülü kəmiyyətlərin yaranması ardıcıllığının 
əvvəllər müşahidə olunanlarla heç bir bağlılığı yoxdursa, 
belə kəmiyyətlərə 
təsadüfi kəmiyyətlər
deyilir. 
Hidroloji sıraya təsadüfi kəmiyyətlər toplusu kimi 
baxılmasının mümkünlüyünün nəzəri cəhətdən əsaslandırıl-
masında ehtimal nəzəriyyəsi teoremindən istifadə olunur. 
Bu teoremin mahiyyəti ondan ibarətdir ki, çoxlu sayda 


sərbəst, qismən asılı və ya təsadüfi amillərin təsirindən 
yaranan hadisələr müəyyən statistik qanunlara tabe olan 
təsadüfi kəmiyyətlər toplusunu yaradır. 
Bu baxımdan bir çox hidroloji hadisə və kəmiyyətlərin 
öyrənilməsində ehtimal nəzəriyyəsindən geniş istifadə 
olunur.
Ehtimal
–hər hansı hadisənin başverəbilmə imkanının 
ölçüsünün göstəricisidir. Yəni ehtimal böyük olduqca 
hadisələrin başvermə imkanları da artır. Hər hansı bir 
hadisənin başvermə ehtimalı (
P
) həmin hadisələrin 
yaranması üçün olan əlverişli hadisələrin (
m
) bütün eyni 
imkanlı hadisələrin sayına (
n
) olan nisbətidir və aşağıdakı 
kimi ifadə olunur: 
n
m
P
m

)
(
(1) 
(1) düsturu emprik ehtimalı ifadə edir. Nəzəri ehtimal 
isə 


n
olduqda aşağıdakı kimi ifadə olunur: 









n
m
n
m
P
lim
)
(
(2) 
Qeyd etmək lazımdır ki, hidroloji hesablamalarda 
kifayət 
qədər 
məlumatlar 
olmadığından 
(xüsusilə 
sonsuzluğa yaxınlaşan) nəzəri ehtimalın təyini mümkün 
olmur və yalnız emprik ehtimal əsas götürülür. 

Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin