Я. М. Бядялов А. М. Аьайев с. Ж. Таьызадя



Yüklə 1 Mb.
səhifə13/77
tarix10.01.2022
ölçüsü1 Mb.
#106996
1   ...   9   10   11   12   13   14   15   16   ...   77
Cədvəl 1.

Nəqletmə prosesində əmtəə tədarükünün bazis şərtləri:




Şərtlər qrupu

Latınca işarəsi

Şərtlərin şifrlə açılması

E

EXW

S zavod (əmtəənin hazırlanması yeri)

F

FCA

Franka daşıyan

FAS

Gəmi bortu yanında sərbəst

FOB

Gəmi bortunda sərbəstdir

C

CFR

Dəyər və fraxt

CİF

Dəyər, sığorta, fraxt

CPT

Fraxt ödənilib....məntəqəyədək

CİP

Fraxt və sığorta ödənilib.........məntəqəyədək

D

DAF

Sərhəddə çatdırılması (franko-sərhəd)

DES

Franko-gəmiçatdırılması (təyinat poçtu)

DEQ

Franko-yanalma çatdırılması(rüsumların üdənilməsi ilə)

DDU

Franko yanalma(rüsumların ödənilməsi ilə)

DDP

Gömrük rüsumlarının ödənilməsi ilə çatdırılması

EXW (ex work)-əmtəənin birbaşa müəssədən (anbardan) yüklənməsi şərti. Əmtəənin çatdırılması,onun yüklənməsi və siğorta ilə bağlı bütün məsrəflər alıcının üzərinə düşür.Satıcının mənafeyi-nəzərincə bu ən sərfəli şərtdir,müqavilədir.

FCA (free carrier)-bu şərt əsasən mal göndərən əmtəəni mütləq daşıyıcıya çatdırmalıdır.Nəqletmə üzrə bütün məsrəflər alıcının hesabına düşür,lakin bu məcmu məsrəflərindən bir hissəsi(daşıyıcıya çatdırmaq) satıcının payına düşür.

FAS (free alonside ship)-bu şərt satıcının,əmtəənin alıcı tərəfindən fraxtlaşdırılan gəminin bortuna çatdırılması vəzifəsini nəzərdə tutur.Əmtəənin gəminin bortuna qədər daşınmasına kimi bütün xərclər və risklər satıcının üzərinə düşür.

FOB (Lree on boord)-ən genış yayılmış bazis şərtlərindən biridir.O,satıcının razılaşdırılmış kontrakta uyğun olaraq əmtəənin yola salınan limana çatdırılmasına və alıcının fraxtlaşdırdığı gəminin bortuna əmtəənin yüklənməsi vəzifəsini bildirir.Məcmu nəqletmə xərcləri məlum ölçüdə satıcının üzərinə də düşür.

CFR (cost and freight)- bu müqaviləyə görə, satıcı eksport olunan yükün yola salma limanına qədər çatdırılması ilə bağlı xərcləri ödəməlidir.Bu zaman satıcı həm də təyinat yerinə yükü çatdıran gəmini fraxtlaşdırmalıdır.

CİF (cost inturance freight)-bu da geniş yayılmış bazis şərtlərindən hesab olunur. Bu praktiki olaraq CFR şərtləri ilə analoq təşkil edir, lakin ondan fərqli olaraq eksportçu yükün daşınması prosesində sığorta xərclərini öz hesabına daxil edir. Əgər kontraktda hər hansı əlavə şərtlər nəzərdə tutulmayıbsa, onda dəniz sığortası haqqında danışıq (saziş) risklərin minimum təmin edilməsi (ört-basdır edilməsi) imkanına malikdir.Bu cür saziş “xüsusi qəza sığortasından azaddır”, başqa sözlə, sığorta sazişi yalnız gəminin hərəkəti zamanı riski təmin edir.

CPT(carriage paid to...) –bu şərt CFR-u xatırladır. O, malgöndərənin daşımaların şərtləndirilmiş xarici ticarət kontraktına görə təyinat məntəqəsinə qədər dəyərinin ödədiyini bildirir.Mahiyyətcə söhbət “frakt təyinat yerinə qədər ödənilib” şərti haqqında gedir. Satıcının ödədiyi məsrəflərə, eksport lisenziyasına görə haqq gəminin fraxt haqqı daxildir. Alıcı yükü şərtləşmiş yerdə qəbul etməyə borcludur, son məntəqəyə qədər (fraxtdan başqa) yükün çatdırılmasının bütün xərclərini ödəməlidir.

CİP (carriage and insurance paid to ...)-mahiyyətcə bu bazis şərti “fraxt ...qədər ödənilib” deməkdir. Yalnız, satıcı daşımalar zamanı çatdırılacaq yükün zədələnməsi və ya məhv olması riskinin sığirta olmasını təmin etməlidir( yəni bu şərtlərə əlavə olunur).

DAF(delivered at frontier)-bu şərt eksportçunun importçuya göstərilən sərhəddə və ya məntəqədə göstərilən təyinat limanına qədər yükün çatdırılması məsuliyyətini öz üzərinə götürdüyünü bildirir.Digər bazis şərtləri ilə müqayisədə satıcının üzərinə məcmu məsrəflərin əksəriyyəti düşür. Satıcı gömrük rüsumlarının, vergilərin və digər ödəmələrin ödənilməsinə məsuliyyət daşıyır.

DES(delivered ex ship)-bu şərt eksportlaşdırılan əmtəələr üzrə nəqletmə xərclərinin paritet bölgüsünü(az-çox bərabər bölgüsünü) nəzərdə tutur,sığorta və fraxt üzrə məsrəflər hesab olunur(yəni bura daxil deyil). Satıcı təyinat limanına qədər yükün çatdırılması üzrə məsrəfləri öz üzərinə götürür. Gəminin boşaldılması, yükün digər nəqliyyat vasitəsinə yenidən daşınması, gömrük rüsumlarının ödənilməsi kimi bütün xərcləri alıcı təmin edir.

DEQ(delivered ex qnay duty paid)-bu şərt öz məzmunu ilə DES bazis müqaviləsini xatırladır. Bu bazis şərtinə uyğun olaraq satıcı yükün təyinat limanına kimi çatdırlmasını(yan almanı) üstəgəl gömrük rüsumlarının ödənilməsini öz üzərinə götürür.

DDU(delivered duty unpaid)-bu şərt əvvəlki şərtə çox yaxındır.Bu bazis şərtinə uyğun olaraq məsrəflərin böyük hissəsi eksportçunn hesabına aiddir. Eksportçu, təyinat məntəqəsinə yüklərin çatdırılması üçün zəruri məsrəflərin hamısını ödəyir,lakin gömrük rüsumlarını ödəmir.

DDP(delivered duty parid)-xarici ticarət kontraktında malgöndərənin üzərinə düşən maksimum vəzifələri(məsrəfləri) əks etdirilir. Eksportçu bu şərtə uyğun olaraq yükləri importerin məntəqəsinə gömrük rüsumlarını ödəməklə çatdırır.

Yuxarıda qeyd olunan bazis müqavilələri(şərtləri) bu və ya (digər) başqa cür xarici ticarət münasibətləri praktikasında istifadə olunur. Başlıca olaraq onlar dəniz yolu ilə nəqletmə şərtlərinə bərabər formalaşdırılmışdır. Çünki, dəniz gəmiçiliyi-beynəlxalq nəqliyyat əlaqələrinin başlıca formasıdır. Lakin bu şərtlərdən bəziləri beynəlxalq daşınmaların başqa formalarında: dəmiryolu, avtomobil,aviasiya formalarında istifadə olunur.


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin