Я. М. Бядялов А. М. Аьайев с. Ж. Таьызадя


II Bölmə Qərbi Avropa dünya iqtisadiyyatında



Yüklə 1 Mb.
səhifə16/77
tarix10.01.2022
ölçüsü1 Mb.
#106996
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

II Bölmə

Qərbi Avropa dünya iqtisadiyyatında.



Avropanın müharibədən sonrakı iqtisadi inkişafının ilkin mövqeyi. II dünya müharibəsindən sonra dünya iqtisadiyyatında ABŞ aparıcı yer tuturdu.Avropa ölkələrinin iqtisadiyyatı tamamilə dağılmışdır. Dünya dövləti statusuna uyğun olaraq ABŞ bu illərdə yeni dünya quruculuğunun ümumi sisteminin işlənib hazırlanmasına başladı.Bu sistem ənənəvi liberal prinsiplərə əsaslanırdı.

İqtisadi planda yeni dünya quruluşunun əsasını maliyyə və ticarət sahəsində razılaşmalar təşkil edirdi.Maliyyə sahəsində müharibədən sonrakı yeni dünya valyuta sisteminin əsası 1944-cü ildə Bretton-Vuds şəhərində keçirilən beynəlxalq konfransda qoyuldu.Bu sistemin prinsipləri aşağıdakılardan ibarətdir:



  1. Beynəlxalq valyuta münasibətlərinin yaradılmış mexanizmini qızıl valyuta standartı təmsil edir,lakin özünəməxsus formada qızıldan başqa daha iki valyuta rəsmi valyuta rezervlərinin tərkibinə daxil edildi. Bu BVF üzv ölkələrinin “qızıl payı”və ya başqa sözlə BVF-nin rezerf payıdır.

  2. Milli valyutaların qızıla mütənasibliyi (uyğunluğu) qeyd olunmuş qızıl paritetləri ilə bağlı idi. Qızılın dünya valyutası ilə rabitəsi dolların köməyi ilə həyata keçirildi ki, dollar faktiki olaraq əsas dünya valyutası idi.

  3. Qızılın nisbətən ucuz dollarlı qiymətinin saxlanılması planlaşdırıldı (1 treiça unçiya qızıl= 35 dollar)

II dünya müharibəsindən sonra ABŞ beynəlxalq ticarət təşkilatının yaradılması məqsədilə beynəlxalq konfrans təşkil etdi. Bu konfransda dünya iqtisadiyyatının yeni liberal prinsiplərinin hazırlanmasını irəli sürdü. Konfrans 1947-ci ildə başladı.1946-cı ildə Cenevrədə 23 dövlətin iştirakı ilə gömrük tarifləri barəsində danışıqlar aparıldı. İkitərəfli ticarət razılaşması imzalandı ki, gömrük haqqlarının kifayət qədər azaldılması məsələsi nəzərdən keçirildi. BMT-nin iqtisadi və sosial şurası Cenevrə görüşünün sənədlərinin nəticələrini vahid sənəddə birləşdirilməyi təşkil etdi. Beləcə tarif-ticarət haqqında baş razılaşma (QATT) meydana çıxdı.

Avropanın yenidən dirçəldirilməsi prosesində “Marşal Planı” əhəmiyyətli yer tutur. Bir neçə kəlmə bu planın yaradılması haqqında qeyd edək. Almaniya və Yaponiyanın məğlub olunması Avropada keçmiş SSRİ-nin güclənməsinə səbəb oldu. ABŞ anladı ki, bu cür davam etsə onların müstəmləkəçilik mövqeyi təhlükə altında qalar. Belə reaksiya hiss olınmadan Doktorina Qrumena formasını aldı ki, bu da soyuq müharibınin əsasını qoydu.

Əvvəlcə ABŞ Avropa ölkələrinə qısa müddətli kreditlər verməyilə Avropanın iqtisadi intibahı problemini həll etmək istədi. Lakin bu bir səmərə vermədi.Odur ki, yeni ideya meydana çıxdı. Marşal planı 4 ilə hesablanmışdır.Bu ildə istehsalın həcminin artırılması və ilk növbədə metallurgiya və energetika sahələrində yüksəliş nəzərdə tutulurdu; infrastrukturun modernləşdirilməsi, kənd təsərrüfatı və səviyyənin modelləşdirilməsi;maliyyə və pul sabitliyinə nail olmaq. Avropa ölkələrinin xidmətində maliyyə yardımları ilə yanaşı Amerikan iqtisadi təcrübəsi və peşəkar ekspertlərin təcrübəsi geniş rol oynayırdı.

Marşal planına görə iqtisadi yardım bütün Avropa ölkələrinə, o cümlədən keçmiş SSRİ-yə də də təklif olundu. Lakin keçmiş SSRİ və Şərqi Avropa ölkələri bu köməkdən imtina etdilər. Avropanın 16 ölkəsi 1947-ci ildə Paris konfransında Avropanın iqtisadi cəhətdən bərpası komitəsinin təşkili məqsədilə və Paris konvensiyasına hazırlıq məqsədilə müsbət cavab verdilər. Beləcə Avropa İqtisadi əməkdaşlıq təşkilatı yaradıldı (yəni ümumi bazar ölkələri). Bu təşkilat Avropanın bərpası proqramını hazırladı və onun reallaşdırılmasına nəzarət etdi.

Marşal planının I-ci mərhələsinin (1947-1949) nəticələri əhəmiyyətli oldu. Sənaye istehsalının həcmi 30% artdı, əmək məhsuldarlığı müharibə ərəfəsində olan səviyyəni ötərək 10%-ə çatdı. II-ci mərhələdə (1949-1951) Avropa ticarətinin liberallaşdırılmasına diqqət artırıldı və Avropa daxili əməkdaşlara səylər gücləndirildi.

Marşal planının ikinci mərhələsində amerkan yardımının tədricən ixtisar edilməsi nəzərdə tutulurdu. Lakin, yardım davam etdirilirdi. Dövlət Departamentində Avropanın iqtisadi vəziyyəti nəzərdən keçirilirdi. Marşal planının gedişində Şərq və Qərb dövlətləri arasında qarşıdurma gücləndirildi. Beləliklə, müharibədən sonrakı illərdə Avropada vahid iqtisadi və siyasi güclü Avropanın formallaşdırılması üçün bütün zərurı şərait yaradıldı.Bu isə kifayət qədər qısa zaman kəsiyində Avropanın iqtisadi qüdrətinin yenidən dirçəlməsinə kömək etdi.




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin