Я. М. Бядялов А. М. Аьайев с. Ж. Таьызадя


Dünya iqtasidiyyatında zəif inkişaf etmiş ölkələrin xarakteristikası, strukturu və rolu



Yüklə 1 Mb.
səhifə21/77
tarix10.01.2022
ölçüsü1 Mb.
#106996
1   ...   17   18   19   20   21   22   23   24   ...   77

Dünya iqtasidiyyatında zəif inkişaf etmiş ölkələrin xarakteristikası, strukturu və rolu



Zəif inkişaf etmiş ölkələrin ümumi iqtisadi xaraktetiktikası. Müstəqillik əldə etdikdən sonra Afrika ölkələrinin iqtisadi inkişafı üçün rahat şərait yarandı.Müasir dövrdə Afrika müxtəlif dövlət haimiyyəti forması və müxtəlif iqtisadi səviyyə ilə müstəqil ölkələrin konqlomeratını özündə əks etdirir. Bu ərazidə mineral və təbii ehtiyyatlar coğrafi cəhətdən son dərəcə qeyri-bərabər bölünüb.Qara metal, enerji (yanacaq), o qədər də çox olmayan neft ehtiyatlarına yalnız Misir, Ziviya, Əlcəzair, Nigeriya, Kamerun, Konqo, Anqola kimi ölkələr malikdir.Burada hidroenerji (dünya ehtiyatlarının təxminən 44 %) ehtiyatları həmçinin əlvan metallar-sink, qalay, qızıl, gümüş,almaz, ehtiyatları ilə zəngindir.Qızılın çıxarılması dünya üzrə 55 % , almazın çıxarılması 95 %-dən çoxdur.Zəif inkişaf etmiş ölkələrin mineral xammal bazarları qiymətləri böyük enib-qalxması nəticəsində (bu zaman tələb gölənilmədən artır və ya azalır) depresiya vəziyyətindədir. Nəticədə konvertləşən valyutaların alınma ( daxilolma) mənbələrinin qeyri sabitliyi yaranır.

İnkişaf etməkdə olan ölkələrin iqtisadi asılılığı iqtisadi gerililiyi konkret öxünə məxsus faktlara əsaslanır.Bunlar əsasən aşağıdakılardır:



  1. Azad olan gənc dövlətlər öz məhsullarının dünya bazarında reallaşdırılmasından (satışından) bilavasitə asılılıqda olurlar. Həm də bu məhsullar qərbin inkişaf etmiş sənaye ölkələrinin tələbindən asılıdır.

  2. Bu ölkələrinin əksəriyyətinin iqtisadiyyatında xarici kapital vacib mövqe tutur.İqtisadı asılıq və iqtisadi gerililik-postmüstəmləkə dövründə inkişaf etməkdə olan ölkələrin dünya təsərüfatının əmək bölgüsü sisteminə qoşulcağında mürəkkəb maneədir.

Bu ölkələrə nəzəri kansepsiyalar, o cümlədən neoliberal (neoklassik) konservatik ideyalarla təsir göstərilir. Qərb ölkələri zəif inkişaf etmiş ölkələri dövlət sektorunu azaltmaq və özəl sahibkarlığı inkişaf etdirmək üçün həvəsləndirmək (denosionalizasiya) yolundadırlar. Lakin bu yol da hələlik elə bir səmərə vermir. Eyni zamanda borclar artır, qərb bankları isə dahada varlanırlar. Afrika ölkələri üçün bir neçə Afrika dövlətinə məxsus müştərək firmaların böyük sayda mövcudluğu xarakterikdir. Bu firmaların subregional və ya ikitərəfli əsaslarla yaradılır. Bu cür firmalara maliyyə-bank sistemində, nəqliyyat və rabitə sahələrində, eləcədə bir sıra digər sənaye sahələrində rast gəlmək olar.

Zəif inkişaf etmiş ölkələrdə təkrar istehsal prosesi kredit, borc və digər subsidiyalar şəkilində olan xarici mənbələr hesabına baş verir. Bu təsir xarici texnika və texnalogiyanın importunda hiss olunur ki, təbii olaraq bo ölkələri inkişaf etmiç ölkələrdən texnaloji asılıqda saxlayır.

Eyni zamanda dünya iqtisadi mərkəzləri üçün vacib əmək resursları olaraq zəif inkişaf etmiş ölkələrin işçi qüvvəsinən istifadə olunur.Bu ölkələrdən cıxanlardan qeyri ixtisaslı işçilər və fəhlələr kimi istifadə olunur.

İnkişaf etməkdə olan ölkələrə inkişaf etmiş ölkələrin dərinləşən problemlərin həllini və ziddiyyəti ötürmək tendensiyası parlaq şəkildə müşahidə olunur.Əsasən xammal sahəsində, enrgetika, ətraf mühitin qorunması, məşğulluq, valyuta münasibətləri sahələrində daha çox müşahidə olunur.

Sənaye istehsalı qeyri barabər inkişaf edir. Hasilat sənayesində artım tempi daha sabitdir.Bu sahələr sənaye istehsalının ümumi həcmində böyük yer tutur və inkişaf əsasən eksporta orentasiya edir. Emal sənayesi ayrı-ayrı qabaqcıl ölkələrdə daha uğurla inkişaf edir (Əlcəzair, Misir, Mərakeş və başqaları). Digər ölkəlrdə isə bu proses ləng gedir. Afrika və Asiya ölkələrinin sənayesinin inkişafını xarakterizə edəndə onu da qeyd etmək lazımdır ki, ölkədə hər şeyə daxili bazarın məhdudluğu (və yaxud darlığı) və sənaye strategiyası üzrə ölkələr arası kordinasiyanın yoxluğu təsir göstərir.


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin