Я. М. Бядялов А. М. Аьайев с. Ж. Таьызадя


ÇXR iqtisadiyyatında sturktur dəyişiklik



Yüklə 1 Mb.
səhifə25/77
tarix10.01.2022
ölçüsü1 Mb.
#106996
1   ...   21   22   23   24   25   26   27   28   ...   77
ÇXR iqtisadiyyatında sturktur dəyişiklik.Çin iqtisadiyyatında struktur yeniləşmələr 70-ci illərin sonlarında aparılan islahatların biləvasitə nəticəsidir.Bu yenidənqurmanın əsas faktorlarından bir çox ukladlı iqtisadiyyatın bərpası idi ki,hazırda onun əsasını mülkiyyətin dörd növü: dövlət, kollektiv, özəl və şəxsi növləri təşkil edir.

Dövlət mülkiyyəti ümümi sənaye məhsulunda,parəkəndə əmtəə dövriyyəsində məşğul olanların sayındakı payına ğörə liderlik mövqeyini tutur.Dövlət sektorunda aparıcı sahələrin (sənaye, nəqliyyat, rabitə, maliyyə təsisatları, dövlət təsərrüfatları) istehsal vasitələri konsentrilmişdir.Dövlət müəssisələrin reforması iqtisadi siyasətin ən vacib bloku olaraq qalmaqdadır.

Kollektiv mülkiyyətinə daxil olan müəssisələr daha çox sərbəstliyə malik olurlar.Hazırda bütün kənd yerləri və sahələrin böyük hissəsi kollektiv mülkiyyət sektoru ilə əhatələnmişdir.

Xüsisi (özəl) müəssisələr mövcüd qanunvericiliyə görə müzdlu işçilərdən (7-8 nəfərdən daha çox) təşkil olunmuş təsərrüfatçılardır. 80-cı illərin sonuna onların sayı 280 min idi ki, bu da dövlət büdcəsi gəlirinin 35 %-ni təmin edirdi.

Şəxsi sahibkarlıq sferası mülkiyyətçinin və onun ailə üzvlərinin əməyinə əsaslanmışdır.Fərdi və özəl müəssisələrin və xarici kapitalın iştirakı ilə özəl müəssisələrin xüsusi çəkisi 1997-ci ildə 13,5 % təşkil etmişdir.

ÇXR-nin kənd təsərrüfatında müasir situasiya “aqrar möcüzə” kimi xarakterizə olunur.Milli gəlirin (kənd təsərrüfatında yaradılan) fiziki həcmi 1971-80-cı illərdə 24 %-dən 1981-90-cı ildə 55 %-ə yüksəlmişdir (kəndlərdə sənayeni hesaba almadan). 1996-cı ildə Çin üçün rekord miqdarda buğda (480 mln.ton) istehsalına baxmayaraq ölkə 7 mln. ton həcmində bu məhsulun importuna məcbur olur. Kənd təsərrüfatının zəif maddi-texniki bazası da ciddi problem kimi qalmaqdadır.

Sənaye istehsalında yüngül sənayenin rolu artmışdır.

Ağır sənayenin başlıca emal kompleks sahələri maşınqayırma və metal emalı sahələridir.Maşınqayırmada 80-ci illərin əvvəli 90-cı illərdə artım 10 % təşkil etmişdir.Lakin bu sahənin məhsulları dünya səviyyəsinə çata bilmir və inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər geridə qalır.

İkinci yerdə sənaye istehsalı həcminin 15,5 %-ni verən toxuculuq sənayesi durur.Əsrin əvvəlində 23 mlrd.kv/m-dən çox parça istehsal olunmuşdur.

Kimya sənayesində də əhəmiyyətli dəyişiliklər baş vermişdir.90-cı illərin əvvəllərində orta illik artım tempi 10,5 %,sənaye istehsalında olan payı isə 14 % təşkil etmişdir.

ÇXR energetika və nəqliyyatda xroniki geriləmənin qarşısını ala bilmir.Çin iqtisadiyyatı üçün struktur əyrilik aktual problem olaraq qalır.Elektroenergetika çatışmamazlığı üzündən bütün istehsal gücü 20 % geridə qaldı,güclü dəmir yolu nəqliyyatı isə daşımaların zəruri həcminin cəmi 70 %-nə xidmət etmək iqtidarındadır.Bu 90-cı illərin əvvəlləri üçün xarakterik idi.

İqtisadi artım dənizsahili və daxili əyalətlər arasında təbəqələşməni gücləndirdi.ÜMM 1995-ci ildə qərb regionu üzrə 8 %, mərkəzi əyalətlərdə 9,5 %, dənizsahili əyalətlərdə isə 15 % artdı.Əhalinin adambaşına düşən gəlirlərinə görə regionlar arasında böyuk fərqlər vardır.Daxili Monqolustanda orta gəlir ildə 3 min yuan (362 dollar) olduğu halda,bu Şençyen iqtisadi zonasında 11,7 min yuan təşkil etmişdir (1996-cı il göstəricisinə görə).İnkişaf səviyyəsində artan fərqlər və regional əsaslanmalar ona gətirib çıxarmışdır ki,ölkədə faktiki olaraq bir neçə regional iqtisadiyyat mövcuddur.




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin