Dünya təsərrüfat əlaqələrində ÇXR-nın mövqeyinin gücləndirilməsi. Müasir dövrdə beynəlxalq əlaqələrin ən çox inkişaf etmiş forması xarici ticarətdir.İslahatlar ilində Çinin xarici ticarət dövriyyəsi 1978-ci ildə 10 mlrd. dollardan-1978-ci ildə 325 mlrd. dollara çatmışdır (burada+saldo 40 mlrd dollar təşkil etmişdir).Eksportun həcminə görə ÇXR dünyada 6-cı yerdədir.
Çinin xarici ticarətdən asılılığı əhəmiyyətli dərəcədə güclənmiş,ümummilli məhsulda eksportun həcmi 1978-ci ildə 10 %-dən-1996-cı ildə 40 %-ə qədər artmışdır.Bu da dünya təsərrüfat əlaqələrində ÇXR-nın iqtisadiyyatının kifayət qədər inkişaf etməsinə sübutdur.Lakin son illərdə 1978-ci illə müqayisədə ölkənin dünya ticarətindəki payı artmasına baxmayaraq, hələlik o geridə qalır (cəmi 2 % təşkil edir).Bu isə ÇXR-nın emal sənayesinin çox da yüksək keyfiyyətli olmayan əmtəələrin istehsalı ilə izah olunur.Bu əmtəələr dünya bazarında rəqabətə davam gətirə bilmir.
Müasir dövrdə Çinin xarici ticarətində eksporta göndərmək üçün xammal emalı görkəmli yer tutur ki, bu ölkənin ümumi əmtəə dövriyyəsində 50 %-ə yaxın paya malikdir.Pambıq-parça və təbii ipək istehsalına görə çin dünya birinciliyini əldə edib.Xarici valyuta gəlirlərinin vacib mənbəyi kimi toxuculuq sənayesinin rolu böyükdür.
Eksportun 20 %-dən coxu maşınqayırma və elektrotexnika məhsullarının payına düşür.Dünya eksportunda bu məhsulların xüsusi cəkisinin olmaması digər ölkələrlə müqayisədə rəqabər səviyyəsinin olmaması ilə bağlıdır.
Müasir dövrdə import siyasətində başlıca vəzifə xalq təsərrüfatının modernləşdirilməsi üçün yeni texnika və texnalogiyaların alınmasından ibarətdir.ABŞ ÇXR-na yüksək texnikalı məhsullar, təyyarələr və elektrik hesablama texnikasının göndərilməsi üzrə liderlik edir.(Yəni ÇXR ABŞ-nın məhsullarından istifadə edir).
Müasir dövrdə Çinin xarici ticarətində sənayecə inkişaf etmiş ölkələrin payı artmaqdadır.Ölkənin xarici siyasət dövriyyəsinin 84 %-i onların üzərinə düşür, əsas partnyorlar ABŞ, Yaponiya və Honkqonqun payı 42 % təşkil edir.Son illər ərzində xarici investisiyaların həcmi 8 % artmışdır.
Çinin borc vəziyyəti təhlükə doğurmur.Borca məsuliyyət əmsalı (xarici borc kəmiyyətinin ÜDM-a olan münasibətləri ilə ölçülür) 15 %-i keçmir.Yeri gəlmişkən bu göstərici 20 %-i ötsə onda təhlükə artar.Borc əmsalı (xarici borcun eksportun illik həcminə münasibəti ilə ölçülür) 80 %-i keçmir (100% təhlükəli haldır).Əsas investorlar rolunda ABŞ, Yaponiya və Honkqonq çıxış edir.Honkqonqun payına xarici kapital qoyuluşunun, Çinin quru ərazisi üzrə 60 %-ə qədər, cənub sahilboyu rayonlar üzrə isə 80 % düşür.
Lakin ÇXR-nın investisiya siyasətində bəzi çatışmamazlıqlar mövcuddur.Sahibkarlıq fəaliyyətinə dövlətin yetərincə müdaxiləsi; milli valyutanın dönərli olmaması; torpaq satışı qanununun olmaması ilə bağlıdır.ÇXR-nın geridə qalmasının digər səbəbi xarici kapitalın, əsasən sahilboyu rayonlar üzrə cəmlənməsindən ibarətdir.Ölkə höküməti investisiyanı daha kasıb daxili rayonlara istiqamətləndirmək üzrə iş aparır.
bazarlarda ciddi rəqibə çevirmiş və onun şansı bir çox ölkələri yetərincə sıxışdırmışdır.BMT-nin mütəxəssislərinin rəyinə görə XXI əsrdə (2015-2020-ci illər üçün) ÇXR dəyər üzrə dünyada ən böyük ümummilli məhsula malik olacaqdır.Bu dövrdə eksportun həcmi də dünya üzrə ən böyük çəkiyə malik olacaqdır.Xarici iqtisadi faktorun rolunun kəskin artması xarici kapitalı cəlb edə bilən bir çox təsərrüfat sahələrinin eksporta arentasiyasına əsaslanacaqdır.Bu zaman aparıcı rolu Xuaçyao (Çin diyasporu) oynamış və oynamaqdadır.Honkqonqun Çin ilə birləşməsi Çinin xarici iqtisadi potensialını daha da gücləndirəcəkdir.
Dostları ilə paylaş: |