Я. М. Бядялов А. М. Аьайев с. Ж. Таьызадя


İdarəetmə modelinin bəzi cizgiləri



Yüklə 1 Mb.
səhifə27/77
tarix10.01.2022
ölçüsü1 Mb.
#106996
1   ...   23   24   25   26   27   28   29   30   ...   77
İdarəetmə modelinin bəzi cizgiləri. ÇXR-da reformaların keçirilməsi strategiyası tədbirlərin həyata keçirilməsi ardıcıllığının ölçülüb biçilməsi ilə fərqlənir. Reformalar 1978-ci ildən strat götürmüşdür. İslahatların ilk istiqaməti kəndlərin yenidən qurulması və onların şəhərlərlə qarşılıqlı əlaqədə olması ilə bağlı idi. Çünki, ÇXR əsasən aqrar ölkədir. İqtisadi qərarlarda kəndlilər bəzi azadlıqlar əldə etdilər. Onlar üçün kənd təsərrüfatı məhsulu üzrə dövlət tapşırığı əhəmiyyətli dərəcədə azaldıldı. Bu da artıq məhsulun sərbəst bazarda satışına imkan yaratdı.Bundan sonra kəndlilərin kooperativlərdə birləşməsinə təşkilatlanmanın vahid formada olması imkanı kimi baxılmadı. Həm də şəxsi ailə təsərrüfatı geniş vüsət aldı.

Çin reformasının vacib xüsusiyyəti ondan ibarətdir ki, iqtisadiyyatda baş verən dəyişikliklər praktiki olaraq cəmiyyətin siyasi sturukturuna toxunmamışdır. Çin rəhbərliyi ölkədə sosializm quruculuğu xəttini qətiyyətlə saxlamış və marksizm-leninizmə olan sədaqətini qorumaqdadı. Siyasi hakimiyyətdə Çin Komunist Partiyası və yerlərdə onun partiya funksianerləri durur.

1979-cu ildə strateji iqtisadi inkişafı müəyyənləşdirən şüar belə səslənirdi: “Plan-başdır,bazar-köməkçidir”.1984-cü ildə “Planlı bazar iqtisadiyyatı” yaradılması şüarı irəli sürüldü.1992-ci ildə Çin Komunist Partiyasının XIV qurultayında “Sosialist bazar iqtisadiyyatı”nın yaradılması kursu elan olundu.

İrəli sürülmüş konsepsiyanın reallaşdırılmasının əsas yolları aşağıdakılardır:



  • dövlət mülkiyyətində olan müəssisələrin təsərrüfat müstəqilliyinin genişləndirilməsi, özəl sektora dövlətin sərt nəzarətinin saxlanması;

  • bazar proseslərinin dövlət tənzimlənməsinin iqtisadi metodlardan daha çox, inzibati metodlarla aparılması (buna baxmayaraq iqtisadi metodla tənzimlənməsinin rolu artır);

  • dövlət müəssisələrinin, sərt dövlət nəzarətinin saxlanması şərti ilə tədricən bazar təsərrüfatı rejiminə keçməsi;

  • əsas makroiqtisadi proporsiyalar üzərində dövlət nəzarəti (artım tempi, yığımın uyğunluğu, istehlak, əasa dövlət investisiyalarının bölüşdürülməsi).

Çin reformalarının ən böyük uğuru kənd təsərrüfatının inkişafı və bütövlükdə ərzaq probleminin həlli ilə əlaqadardır.

1994-cü ildən Çində iqtisadi sistemin reforması özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bazar infrasturukturunun formalaşmasına daha çox diqqət yetirilmiş, 1980-cı illərin sonunda qiymətlər üzərində dövlət nəzarəti yalnız 8-10 % təşkil etmişdir. Bununla yanaşı istehsal texniki təyinatlı əmtələrə qiymətlərin liberallaşdırılması hələ qarşıda duran məsələdir.

Pul-kreditin tənzimlənməsi sahəsində də bəzi işlər görülməlidir.Belə ki, bazar dəyişikliklərinə uyğun olaraq vergi islahatlarının aparılmamasılazımdır. Hələlik, pul kütləsi və bütün pul-kredit formalarının tənzimlənməsini dövlət həyata keçirir.


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin