Cavablar:
1. Dünya təsərrüfatının subyektləri
Ümumdünya Bankının statistik məlumatına görə Müasir dünya özündə 210 dövlət və ərazini birləşdirir. Hər bir ölkə özünün müxtəlif cəhətləri ilə fərqlənir. Bu müxtəliflik tarixi inkişafın gedişində ayrı-ayrı ölkələrin coğrafi vəziyyəti, iqlim şəraiti, təsərrüfatçılıq ənənəsi və bu kimi amillərin təsiri altında yaranmışdır.
İqtisadi ədəbiyyatlarda eləcə də gündəlik mətbuatda “dünya İqtisadiyyatı” və yaxud “dünya təsərrüfatı” anlyışları çox geniş istifadə olunur. Dünya təsərrüfatı qlobal bir iqtsadi orqanizm kimi bir-biri ilə qarşılıqlı fəaliyyətdə və asılılıqda olan milli iqtisadiyyatların m əcmusundan ibarətdir.
Dünya təsərrüfatının subyektləri aşağıdakılardır:
ayrı-ayrı dövlətlər və onların makroiqtisadi kompleksi;
transmilli kompaniyalar;
beynəlxalq təşkilatlar və institutlar.
Dostları ilə paylaş: |