Я. М. Бядялов А. М. Аьайев с. Ж. Таьызадя


Ümumdünya təsərrüfatının elementi kimi azad



Yüklə 1 Mb.
səhifə46/77
tarix10.01.2022
ölçüsü1 Mb.
#106996
1   ...   42   43   44   45   46   47   48   49   ...   77
6. Ümumdünya təsərrüfatının elementi kimi azad

iqtisadi zonalarının yaranması və mahiyyəti
İqtisadi ədəbiyyatlarda azad iqtisadi zona və yaxud xüsusi iqtisadi zona çox hallarda eyni mənalarda işlədilir. Sadəcə olaraq xüsusi iqtisadi zonada iqtisadi fəaliyyətin bütün tərəfləri tənzim edilə bilmir. Azad iqtisadi zonada isə adından göründüyü kimi xalis, azad-sərbəst fəaliyyət nəzərdə tutulur.

Xüsusi iqtisadi zona milli iqtisadi məkanın bir hissəsi olub, ölkənin ayrı-ayrı hissələrində tətbiq olunmayan xüsusi güzəşt və stimullar sisteminə əsaslanır. Deməli, xüsusi iqtisadi zona bu və ya digər dərəcədə xüsusiləşmiş coğrafi ərazidir.

Xarici kapitalın cəlb edilməsi və ölkə daxilində iqtisadi proseslərin formalaşmasında, onun təsirindən başqa xüsusi iqtisadi zona yaradılması aşağıdakı səbəblərdən irəli gəlir:


  1. Sənaye ixracına maraq yaratmaq və bunun əsasında valyuta vəsaitləri əldə etmək.

  2. Məşğulluğun artmasına nail olmaq.

  3. Həmin zonadan yeni təsərrüfatçılıq metodları təcrübəsini yaymaqda istifadə etmək.

  4. Hər bir ölkə bütün hallarda öz iqtisadiyyatını xarici fəaliyyət üçün tam açıq elan etmək istəmir.

Xüsusi iqtisadi zona yaradılmasında Çinin və başqa dövlətlərin təcrübəsi əsasında aşağıdakı ümumi cəhətlərin zəruri olması əsas götürülür.

  1. Əlverişli coğrafi vəziyyət;

  2. Daha əlverişli infrastruktura olması;

  3. İnfrastruktura ilə bağlı torpaq, su, enerji, müxtəlif xammal növləri, nəqliyyat şəbəkəsi , telekomunikasiya və s.

  4. Əlverişli sosial infrastruktura, o cümlədən zəruri standartlara uyğun yaşayış binaları, uşaq baxçaları, məktəblər, xəstəxanalar, gündəlik tələbat mallarının təmini və s.

  5. Nisbətən ucuz, lakin yüksək ixtisaslı işçi qüvvəsi;

  6. Yüksək maliyyə xidmətləri göstərilməsi və beynəlxalq maliyyə bazarı ilə əlaqə;

  7. Avadanlıqların təmiri üzrə yüksək xidmət;

  8. Vergiqoymada güzəşt və digər hüquqi normalar;

  9. Ümumi siyasi sabitlik və s.

7. Dünya üzrə iqtisadi artımın mahiyyəti və dinamikası


İqtisadi artım dedikdə müəyyən dövr ərzində istər milli istərsə də dünya miqyasında baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinin nəticəsi kimi məhsul istehsalı və xidmətlərin həcminin artması nəzərdə tutulur. İqtisadi artım anlayışının kəsb etdiyi məzmun barədə iqtisadçılar arasında fikir müxtəlifliyi mövcuddur. Belə ki, bir çox Amerika iqtisadçıları iddia edirlər ki, iqtisadi artım ardıcıl olaraq əhalinin gəlirlərinin artması deməkdir. Bir qismi göstərir ki, iqtisadi artım istehsalın genişləndirilməsi sürətini təmin edir.

İqtisadi artımın nəticəsi isə əsasən öz əksini əmək məhsuldarlığının səviyyəsində, milli məhsulun artım sürətində,əhalinin tələbatının ödənilməsi dərəcəsi və həyat səviyyəsində tapır.

Hər bir iqtisadi proses özünəməxsus ölçü xarakterinə malikdir. Cəmiyyət miqyasında iqtisadi artım ümummilli məhsulun yaxud ümumdaxili məhsulun həcmi ilə, eləcə də hər nəfərə düşən ümumdaxili məhsulun həcmi ilə müəyyən edilir.İqtisadi artım hər şeydən əvvəl:

- əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyətindən;

- əsas kapitalın həcmindən və tərkibinin yaxşılaşmasından;

- istehsalın təşkilinin və texnologiyanın təkmilləşdirilməsindən;

- təbii ehtiyatların kəmiyyət və keyfiyyətindən;

- cəmiyyətdə sahibkarlıq fəaliyyətinin həcmi və s.-dən asılıdır.

Məhz iqtisadi artım iqtisadi, siyasi, sosial amillərin qərşılıqlı əlaqələrinin nəticəsi kimi çıxış edir. Son onilliklərdə dünya iqtisadiyyatının inkişafında ciddi dəyişikliklər baş vermişdir. Xüsusilə İEÖ-də təkrar istehsalın ritmi pozulmuş, mənfəət, kapital qoyuluşu azalmışdır.Ticarət və tədiyyə balansında kəsr alınmış, infilyasiya baş vermişdir.

Dünya üzrə son onilliklərdə ÜMM-un artım sürəti 1970-ci ildəkindən 2,6 dəfə, 60-cı ildəkindən 3,5 dəfə az olmuşdur.Sənaye məhsullarının artımı da həmin nisbətdə azalmışdır.


8. Dünya üzrə iqtisadi artımın keyfiyyəti
Müasir şəraitdə dünya iqtisadiyyatında iqtisadi artımın “yeni keyfiyyəti” anlayışı yaranmışdır. İqtisadi artımda bu yeni keyfiyyət aşağıdakı şərtlər zəminində mövcud ola bilər.

- ETT-nin nəaliyyətləri əsasında istehsalın keyfiyyətcə yeni maddi bazasının yaradılması;

- İqtisadiyyatın quruluşunun yenidən qurulması, elm tutumlu sahələrə üstünlük verilməsi;

- Ehtiyatlara qənaət edə bilən yeni texnologiyanın tətbiqi;

- Yüksək inkişaf etmiş infrastrukturun yaradılması;

- Təhsil sistemində islahat aparılması, keyfiyyətcə yeni işçi qüvvəsi hazırlanması;

Demək lazımdır ki, tam şəkildə bu cür yeni keyfiyyətdə iqtisadi artım ancaq inkişaf etmiş ölkələr üçün xarakterikdir. Bu ölkələrdə iqtisadi artımın yeni keyfiyyəti aşağıdakı sosial-iqtisadi proseslərdə təzahür edir:

- İqtisadiyyatın sosial-inkişaf meyli güclənir, istehsalın istehlaka tabe edilməsi genişlənir, xidmət dairəsi artır, səhiyyə və təhsil sistemi daha sürətlə inkişaf etdirilir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinin təmin edilməsi ön plana çəkilir.

- İqtisadi artımın təmin ədilməsində ETT-ə daha çox üstünlük verilir.

- İqtisadi artımın son nəticəsi sadəcə olaraq məhsulun həcmi ilə deyil, tələbatın ödənilmə səviyyəsi ilə müəyyən edilir.

- Təkrar istehsalda kapital tutumlu formadan kapitala qənaət sisteminə keçirilməsi baş verir.

- Əmək fəaliyyətinin xarakterində köklü dəyişiklik edilir.

- Elmin rolu artır; dövlət elmi-tədqiqat mərkəzləri genişlənir. Təhsil sahələrinin istehsalatla əlaqəsi artır və həmçinin elm sahəsinə çəkilən xərclər də artır. Məhz elmin inkişafı iqtisadi artımın yeni keyfiyyətini müəyyən edir.

İqtisadi artım hər bir ölkənin əsas məqsədidir. Onların idelogiyasından, inkişaf səviyyəsindən asılı olmayaraq əsas məqsəd iqtisadiyyatın inkişafı və əhalinin həyat səviyyəsini yüksəltməkdir.



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin