Я. М. Бядялов А. М. Аьайев с. Ж. Таьызадя



Yüklə 1 Mb.
səhifə64/77
tarix10.01.2022
ölçüsü1 Mb.
#106996
1   ...   60   61   62   63   64   65   66   67   ...   77
İqtisadi modelləşdirmə - Normaların (abstrakt nümunələrin) yaradılması yolu ilə iqtisadi tədqiqatların aparılması metodudur.

İqtisadi proqnoz – İqtisadiyyatın və onun ayrı-ayrı bölmələrinin gələcək inkişafını əks etdirən sistem.

İqtisadi strategiya – Hər bir ölkə üçün həyata keçirdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsinə deyilir.

İqtisadiyyat – Qədim yunan mənşəli söz olmaqla, hərfi mənada iki sözün – “təsərrüfat” və “qanun” sözlərinin birləşməsindən əmələ gəlmişdir. O, təsərrüfatçılığın qanunlar, qaydalar və normalar əsasında aparılması kimi mənalandırıla bilər.İqtisadiyyat elmi fərdi və ictimai fəaliyyətin elə bir sahəsini öyrənir ki, bu həyat şəraiti ilə sıx surətdə bağlı olan, maddi nemətlərin yaradılması və istifadəsi ilə əlaqədardır.

İqtisadiyyat – bu təsərrüfatdır, təsərrüfatçılıq üzrə elm sahəsidir və nəhayət təsərrüfatçılıq prosesilə əlaqədar olaraq insanlar arasında olan münasibətlərdir.

İqtisadiyyat - əmtəələrin (xidmətlərin) istehsalı (göstərilməsi), bölgüsü, mübadiləsi və istahlakı ilə əlaqədar olan fəaliyyəti öyrənən elmdir.İqtisadiyyat elmi məhdud resurslar şəraitində müəyyən iqtisadi məqsədə nail olmaq üçün mümkün olan variantlardan ən əlverişlisinin seçilməsi ilə əlaqədar olan insan davranışını öyrənir.

İqtisadiyyat elmi qarşılıqlı əlaqədə olan aşağıdakı 3 qrup suala cavab verən biliklər məcmusudur:



  1. Nə və nə qədər istehsal etməli?

  2. Əmtəəni necə istehsal etməli, hansı resurslardan və texnologiyalardan istifadə edərək, kim onları istehsal etməli?

  3. Kimin üçün istehsal etməli, istehsal edilən əmtəə və məhsul kimə məxsusdur, istehlakçılar arasında onlar necə bölüşdürülməlidir?

İslahat – İctimai həyatın bu və ya digər tərəfinin dəyişdirilməsi, yeniləşdirilməsi, müasirləşdirilməsi, yeni və mütərəqqi məzmunlu qayda-qanunların tətbiq edilməsidir.


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin