Я. М. Бядялов А. М. Аьайев с. Ж. Таьызадя


Dünya iqtisadiyyatında beynəlxalq nəqliyyat münasibətləri



Yüklə 1 Mb.
səhifə10/77
tarix10.01.2022
ölçüsü1 Mb.
#106996
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

Dünya iqtisadiyyatında beynəlxalq
nəqliyyat münasibətləri




Beynəlxalq nəqliyyat əməliyyatlarının mahiyyəti və növləri. Nəqliyyat əlaqələri-beynəlxalq iqtisadi münasibətlərin həyata keçirilməsinin vacib və fasiləsiz tərkib hissəsidir. Nəqliyyat vasitələri beynəlxalq bazarlarda əmtəə və xidmətlərin tədarükçüdən (mal göndərəndən) istehlakçıya qədərki hərəkətini təmin edir. Funksional olaraq nəqliyyat, tədavül prosesi ilə tamamilə qovuşaraq biləvasitə ona xidmət edir. Əmtəə və xidmətlərin tədavülü prosesini nəqliyyatdan kənar təsəvvür etmək çox çətindir.

Əmtəə və xidmətlərin daşınması bir növ istehsal prosesini davam etdirir.Yaradılmış məhsula çəkilmiş daşınma məsrəfləri həmin əmtəənin ümumi xərclərinə əlavə edilir və maya dəyəri və qiymətə daxil olunur. Onlar əlavə tədavül xərclərini təşkil edir və qiymətin vacib komponentlərindən birinə çevrilir. Burada qiymətdə nəqliyyat(daşınma) xərcləri kifayət qədər yüksək paya malik ola bilər (məhsulun maya dəyərinin 30%-nə qədər). Ona görə də xarici ticarət kontraktlarının uğurlu alınması və onun iqtisadi səmərəliliyi bu və ya digər yükün necə daşınmasından, yükdaşıma üçün ən qənaətli və sürətli nəqliyyat vasitəsindən necə istifadə olunmasından xeyli dərəcədə asılıdır.

Nəqliyyat faktoru dünya ticarətinin itensifikasiyasında vacib ilkin şərait kimi həmişə nəzərdən keçirilmişdir. XVI-XVIII əsrlərin böyük coğrafi kəşfləri dəniz gəmiçiliyinin artımını biləvasitə şərtləndirdi ki, bu da dünya ticarətinin inkişafına güclü təkan verdi. XIX əsrdə buxar və elektrik enerjisinə sahib olmaqla, bəşəriyyət nəqliyyat vasitəsini əhəmiyyətli dərəcədə təkmilləşdirdi. Paraxodlar, dəniz yolları nəqliyyatda əsl inqilaba səbəb oldu.Bunlar da öz növbəsində dünya təsərrüfat əlaqələrinin sonrakı inkişafına imkan yaratdı.

Beynəlxalq təsərrüfat münasibətləri əmtəələrin bir ölkədən başqa ölkəyə mükəmməl, qüsursuz hərəkət axını ilə şərtləndirilir. Özü özlüyündə nəqliyyat şəbəkəsi milli iqtisadi sistem çərçivəsində formalaşır. Nəqliyyatın bütün növləri(dəniz nəqliyyatı istisna olmaqla) hər şeydən əvvəl özünün fəaliyyət göstərməsi üçün istehsaldaxili məqsədlərə malikdir.Bununla yanaşı onlar beynəlxalq daşımalara da xidmət edirlər. Beynəlxalq ticarətin genişlənməsi və dərinləşməsi hesabına beynəlxalq nəqliyyat əlaqələri də inkişaf edir. Onların mütəmadi artımının və keyfiyyətcə təkmilləşdirilməsinin vacib faktorları aşağıdakılardır:



  1. Xarici iqtisadi fəaliyyətin həcmi və tempi;

  2. Nəqliyyat vasitələrinin keyfiyyətinə biləvasitə təsir göstərən elmi-texniki-tərəqqinin nəaliyyətlərindən istifadə olunması.

Dünya iqtisadiyyatında nəqliyyat xidməti iki istiqamətdə həyata keçirilir:

  1. Əmtəə yüklərinin daşınması;

  2. Sərnişinlərin daşınması.

Son 20-25 ildə daşınan yüklərin həcminin ixtisar olunması (azalması)tendensiyası müşahidə olunmuşdur.

70-ci illərin əvvəllərində beynəlxalq daşımaların yekun həcmi 4,5-4,6 mlrd. dəyərində qiymətləndirilmişdir.

1996-cı ildə daşımalar 3.8 mlrd. qədər azalmışdır. Bu fakt beynəlxalq ticarət tempinin aşağı düşməsinə deyil, əksinə əmtəə mübadiləsinin strukturunda keyfiyyət dəyişikliklərin olmasına dəlalət edir.Daha çox “nəqliyyat tutumlu” yanacaq-xammal məmulatların payı azalmışdır.

Beynəlxalq ticarətdə ən geniş yayılmış nəqliyyat növü dəniz nəqliyyatıdır. Nəqliyyatın bu növü beynəlxalq yükdaşımalarının təxminən 65%-ni təmin edir.Daşımaların əsas növünü maye(duru) və qabsız yüklər, daha doğrusu dəniz daşımalarının həcminin təxminən 40%-ni təşkil edən yanacaq-xammal məhsulları təşkil edir.Yerdə qalan 60% isə əsas yüklərin (hazır sənaye malları, istehlak təminatlı əmtəələr, ərzaq) payına düşür.

Beynəlxalq daşımaların ümumi həcminin təxminən 15-17% dəmiryolu nəqliyyatının üzərinə düşür. O, bir qayda olaraq qurudaxili daşımalar üçün istifadə olunur.

Son 30-40 ildə dəniz nəqliyyatına ciddi rəqib kimi hava nəqliyyatı meydana çıxmışdır. Yerdəyişmələrdə olan sürətə görə avia nəqliyyatın üstünlüyünü nəzərə alsaq, o, beynəlxalq sərnişin daşımalarında liderdir.Sürətli geniş gövdəli təyyarələrin tətbiqi ilə daşıma qabiliyyəti kifayət qədər yüksəlmişdir. Yalnız 1985-2005-ci illərdə beynəlxalq hava əlaqələrinə daşımaların həcmi ikidəfədən çox artmışdır. Eyni zamanda maya dəyərinə görə nəqliyyatın bu növü ən bahalılardan biridir.Ona görə də ümumdünya yükdaşımalarının ümumi həcmindəki payı 6%-i güclə ötür.

Xarici ticarət və iqtisadi əlaqələrdə avtomobil və çay nəqliyyatı ən az əhəmiyyət kəsb edən nəqliyyat növləridir. Xarici ticarət yükdaşımaların ümumi həcminin 5%-ə qədəri bütövlükdə onların payına düşür.Nəqliyyatın bu növləri özlərinin texniki mahiyyətinə görə daha lokal xarakterlidirlər. Əgər dəmiryolları qitədaxili daşımalara xidmət edirsə,avtomobil və çay nəqliyyatı yüklərin yenidən daşınmasını qonşu ölkələr arasında təmin edir.

Boru kəmər nəqliyyatı haqqında bir neçə kəlmə qeyd etmək lazım gəlir. O,neft məhsulları və təbii qazın fasiləsiz və sistematik çatdırilması məqsədilə inşa edilir.Nəqliyyatın bu növünün spesifikası boru-kəmərlərin istifadəyə verilməsinin yüksək dəyəri və istismarın aşağı maya dəyəri olması ilə izah olunur. Beynəlxalq yükdaşımalarında nəqliyyatın bu növünün ümumi payı 7-8%-dən ibarətdir.




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin