Я. М. Бядялов А. М. Аьайев с. Ж. Таьызадя


İqtisadi inteqrasiya və Avavropanın inkişafı üşün onun əhəmiyyəti



Yüklə 1 Mb.
səhifə17/77
tarix10.01.2022
ölçüsü1 Mb.
#106996
1   ...   13   14   15   16   17   18   19   20   ...   77
İqtisadi inteqrasiya və Avavropanın inkişafı üşün onun əhəmiyyəti. Avropanın iqtisadi inteqrasiyanın ideyası hələ II dünya müharibəsi başa çatmamış həyata vəsiqə almağa yaxın idi. Hələ 1944-ci ildə eliqrasyada olan Belçika, Hollandiya, Lüqsemburq kimi dövlətlər gömrük ittifaqı haqqında saziş imzaladı ki,sonradan o, ”Benilyuks” adı ilə məşhurlaşdı.Gömrük ittifaqı uğurlu alındı. Bu üç ölkə arasında xarici ticarət dövriyyəsi sürətli templə inkişaf etdi.

Avropa üçün daha əhəmiyyətli hadisə 1952-ci ildə Avropa kömür və polad cəmiyyətinin yaradılması oldu. Bu müqavilə Asiya, İtaliya, AFR və “Benilyuks” ölkələri arasında imzalandı. Böyük Britaniya bu təşkilata üzv ola bilmədi, 1957-ci ildə Romada Avropa iqtisadi birliyinin yaradılması haqqında müqavilə imzalandı. Bunun ilkin məqsədi ümumi bazarın formalaşdırılmasından ibarət idi. Müqavilənin imzalanması zamanı altı ölkə: Fransa, AFR, Belçika, Hollandiya, Lüksemburq və İtaliya iştirak etdi. Ümumi Bazarın üç mərhələdə yaradılması nəzərdə tutlurdu:

I mərhələ - ümumi gömrük ittifaqının yaradılmasını nəzərdə tuturdu ki, gömrük resurslarının və ölkələrarası digər qeyri-marif tədbirlərinin məhdudlaşdırılması ön planda durdu.

II mərhələ - iqtisadiyyatın digər sektorları ilə harmoniya təşkil etməklə nəqliyyat və kənd təsərrüfatı sahələrində ümumi iqtisadi siyasətin yürüdülməsi nəzərdə tutulurdu.

III mərhələdə -işçi qüvvəsinin, kapitalın, əmtəə və xidmətlərin sərbəst hərəkətini təmin etmək məqsədi qoyulurdu. Həmin dövrdə Böyük Britaniya Avropada azad ticarət zonasının yaradılmasını təklif etdi. Onun cəhdləri 1960-cı ildə uğurla başa çatdı.Stokholm konvensiyası təsis edildi ki, İsveç, İsveçrə, Danimarka, Avstriya, Portuqaliya, Böyük Britaniya daxil olmaqla Avropa Azad Ticarət Assosasiyası (EAST) yaradıldı. Assosasiyanın funksiyasına təkcə sənaye məhsulları deyil, həm də iqtisadiyyatın digər sahələri də aiddir. Lakin təriflərin iqtisad olunmasına baxmayaraq,EAST öz fəaliyyətində uğur əldə edə bilmədi.

1972-ci ildə Böyük Britaniya, İrlandiya, Danimarka, Norveç AİB-nın üzvü oldu. Norveç bu təşkilatı öz ölkəsindəki referendumun nəticəsinə görə tərk etdi, 1981-ci ildə Yunanıstan,1986-cı ildə İspaniya və Portuqaliya,1994-1995-ci illərdə Avstriya, Finlandiya, İsveç bu təşkilata qoşuldular. Beləliklə “Avropa Altılığı” “Avropa Onbeşliyinə” çevrildi və Avropa İttifaqı (ES) adlandırıldı.

70-80-cı illərin sonlarında vahid valyuta iqtisadiyyatına doğru addımlar atıldı.1978-ci ildə valyuta sisteminin tətbiqi haqqında razılaşma imzalandı.Ona vahid Avropa valyutasının yaradılması və tətbiq edilməsi daxil idi. Inteqrasiyanın əsas istiqamətlərindən biri də elmi-texniki tərəqqi sahəsində əməkdaşlıqdan ibarətdir.Qərbi Avropada dövlətlərarası elmi tədqiqat mərkəzləri yaradıldı və birgə elmi proqramların icrasının reallaşdırılması nəzərdə tutuldu.Bu mərkəzlərin maliyyələşdirilməsi ES büdcəsi hesabına aparıldı.1985-ci ildən bu kompaniya səviyyəsində həyata keçirildi.

Qərbi Avropa ölkələrinin iqtisadi inteqrasiyasının yeni mərhələsi 1992-ci ildə Maactrixt Müqaviləsindən sonra oldu. Bu müqaviləyə görə Avropa valyuta ittifaqının formalaşdırılmasına başlandı.Ölkələr üçün meyarlar qəbul olundu: dövlət büdcəsinin defisiti YDM-un 3%-dən çox olmamalı,dövlət borcunun kəmiyyəti YDM-un 60%-dən çox olmamalı,infilyasiyanın tempi aşağı səviyyədə olmamalı, milli valyutanın kursu isə sabit qalmalıdır.

1999-cu il 1 yanvar tarixindən pərakəndə pul dövriyyəsində bütün Avropa valyutalarını əvəz edən ümumi pul vahidi –evro dövriyyəyə buraxıldı.Beləliklə, aşağıdakı nəticələrə gəlmək olar:


  1. Aİ-in yaradılması ittifaqın üzvləri arasında ticarətin inkişafında önəmli rol oynadı;

  2. Bazarların genişlənməsi beynəlxalq əmək bölgüsünün daha da dərinləşməsinə şərait yaratdı və üzv ölkələrin ixtisaslaşmasının və kooperativləşdirilməsinin inkişafına meydan açdı.Bu yeni istehsal növlərinin yaradılmasını stimullaşdırdı, idarəetmə texnikasını təkmilləşdirdi, xarici investisiyaları,ilk növbədə ABŞ-dan sərmayə axınını cəlb etdi;

  3. Müştərək elmi mexaniki tədqiqatlar elm tutumunun yaradılması üçün Qərbi Avropa ölkələrində istehsal olunan əmtəələrin rəqabət qabiliyyətinin və keyfiyyətinin yüksəlməsi üçün yeni imkanlar açdı.




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin