11. İtaliya iqtisadiyyatının quruluşu
İtaliya Cənubi Avropada yerləşir. İtaliya iqtisadiyyatının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, sənayecə inkişaf etmiş Şimal və Mərkəz ilə aqrar və zəif inkişaf etmiş Qərb arasında müəyyən əksliklər vardır.
İtaliyanın kənd təsərrüfatında da kifayət qədər kiçik və orta fermer təsərrüfatının olmasına baxmayaraq kənd təsərrüfatı öz effektivliyi baxımından inkişaf etmiş Qərb dövlətlərindən geridir. İtaliyanın iqtisadiyyatı inhisarçı kapitalın hökmranlığı ilə, xarici kapitalın xüsusi çəkisinin yüksək olması ilə səciyyələnir.
İtaliyanın “Neft-qaz birliyi” 160-dan çox kompaniyaya nəzarət edir. “Neft-qaz və kimya sənayesi” fəaliyyət göstərir. Əsasən inkişaf etməkdə olan ölkələrdə neft və qaz çıxarılmasını həyata keçirir.
Ən böyük xüsusi kompaniyalardan biri də Fiatdır (290 min işçisi var). 100-dən çox kompaniyaya nəzarət edir. Minik maşınlarının 80%-dən çoxunun istehsalını öz əlində cəmləşdirmişdir.
“Fininvest”-illik dövriyyənin həcminə görə 3-cü xüsusi birlikdir (26 min işçisi var). Əsas fəaliyyəti- televiziya verlişləri, mətbuat işi, reklam biznesi, kinofilmlər çəkmək və yaymaq, sığorta işi və s. ibarətdir.İtaliyada sənayenin bir çox sahələri inkişaf edə bilmişdir.Sənayedə emal sənayesi daha böyük əhəmiyyət kəsb edir. İtaliyada sənayenin aşağıdakı ixtisaslaşmış sahələrini göstərmək olar:
maşınqayırma məhsulları və nəqliyyat avadanlığı;
o cümlədən:
toxuculuq-tikiş avadanlığı (İtaliya bu sahədə dünyada Almaniya və İsveçrədən sonra 3-cü yeri tutur);
kənd təsərrüfatı maşınları-nəqliyyat-inşaat avadanlığı;
avtomaşınlar;
elektronika və elektrotexnika (bu sahənin məhsulunun 40%-i ixrac edilir);
kimya məhsulları (əczaçılıq da bura daxildir);
İtaliya dərman preparatları istehsalına görə 5-ci yeri tutur.
Dostları ilə paylaş: |