Adambaşına düşən pul gəlirləri – pul gəlirlərinin cəmini mövcud əhalinin sayına bölməklə hesablanır.
Bank – Bank termini masa mənasını verən “bansa” italyan, “banque” qədim fransız sözündən götürülmüşdür. Fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək. Həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin hesablarını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır
Bazar – 1. Əmtəə istehsalı və tədavülü qanunları əsasında təşkil olunmuş mübadilədir, əmtəə mübadiləsi münasibətlərinin məcmusudur.2. Alıcı ilə satıcının qarşılıqlı münasibətləri mexanizmidir, başqa sözlə tələbə təklifinin münasibətləridir.3. Ölkə daxilində və ölkələr arasında,məhsul istehsalçıları ilə istehlakçıları arasında, əlaqəni təmin edən mübadilə sferasıdır.4. Malların (əmtəənin) satışı üzrə mübadilə sahəsi, meydanıdır.