İqtisadi dinamika – İqtisadiyyatda ardıcıl inkişaf olmaqla, iqtisadi proseslərin miqdar göstəricilərinin ardıcıl dəyişməsi prosesidir.
İqtisadi fəal əhali - Bütün işləyənləri və işsizləri özündə əhatə edir. Məşğul olmayan və müəyyən dövr ərzində iş axtarmayan şəxslər əmək qabiliyyətli yaşında olan iqtisadi qeyri-fəal əhaliyə aid edilir. Bunlar yuxarı sinif şagirdləri, tələbələr, ev təsərrüfatında məşğul olanlar, xəstəyə qulluq edənlər, işləməyə ehtiyacı olmayan şəxslərdir. Bu göstərici əmək ehtiyatları balansının hesablanması yolu ilə təyin edilir. İqtisadi qeyri-fəal əhalinin dinamikası (artım və ya azaldılması) ölkədə mövcud əmək ehtiyatlarından istifadə edilməsini səciyyələndirir.