2.3. Elektron xidmətin istifadəçiləri:
Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
www.e-gov.az, http://e-xidmet.eco.gov.az/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http:/www.eco.gov.az
Elektron poçt: ekolojiekspertiza@gmail.com
Telefon: (+994 12) 566 42 07
Faks: (+994 12) 567 08 28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Elektron xidmətin göstərilməsi üçün ərizə (bu reqlamentə 1 və 2 nömrəli əlavələr) və aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:
2.6.1. istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə;
2.6.2.. istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;
2.6.3. yabanı dərman bitkilərinin yığılması, saxlanılması və qurudulması üçün ərizəçinin sanitar-ekoloji norma və qaydaların tələblərinə cavab verən texniki imkanları haqqında arayış;
2.6.4. yabanı dərman bitkilərinin xammalının tədarük edildiyi təbiət komplekslərinin (ekosistemin) ekoloji şəraitinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən rəyin surəti;
Dostları ilə paylaş: |