Türkiyə Cumhuriyyəti Təhsil Nazirliyi, Bölgələr üzrə təhsil şöbələri və ya ölkə xaricindəki Təhsil Müşavirliklərinin hər hansı birindən alınacaq olan orta təhsil haqqında diplom (attestat) uyğunlaşdırma sənədinin (Bölgələr üzrə təhsil şöbələri və ya ölkə xaricindəki Təhsil Müşavirliklərindən alınmalıdır) əsli (Türk liseylərindən məzun olanlar xaric).
Orta məktəb Attestatının əsli ilə Natariusda və ya Türkiyənin Xarici Dövlət Qurumlarında təstiqlənmiş tərcüməsi.
Pasportu varsa natariusda təstiqlənmiş kopyası ilə Natariusda və ya Türkiyənin Xarici Dövlət Qurumlarında təstiqlənmiş tərcüməsi.
İkinci universitet oxuyacaq olanlar üçün əvvəl oxuduğu universitetin diplomu və ya universitetdə təstiqlənmiş surəti, hələ universiteti bitirməyibsə oxuduğu universitetdən orda oxuduğuna dair arayış.
Not: Qeydiyyat işlərinin tamamlanması üçün yuxarıdakı məlumatlar tam olaraq doldurulmalıdır. Haqqınızda məlumatları doldurarkən mütləq olaraq şəxsiyyət vəsiqəsində olduğu kimi doldurulması vacibdir. Adınızda və ya soyadınızda keçən (x,w) hərflərini dəyişdirmədən olduğu kimi yazın. Ancaq adınızda və ya soyadınızda (Ə) hərfi varsa bu (E) olaraq yazılmalıdır.