Yadında qalsın



Yüklə 1,64 Mb.
səhifə14/15
tarix10.01.2022
ölçüsü1,64 Mb.
#108332
1   ...   7   8   9   10   11   12   13   14   15

Yadımızdadır!


İzin ver, keçək...

Nöqtə yerinə, göz yaşlarımızı qoyub gedirik.


O günlərin ümidiylə ki, Həmid şəhidlərdən ibarət bir orduyla

İmam Mehdinin (ə) əmrinə hazır olar.

Və bu dəfə Nəcəf-Kərbəla yolunda onunla birgə həmsəfər olarıq.
Bu qədər yazdıq,

Ancaq heç biri sənin gözlərinin nəstəliqi olmadı...


Yadigar şəkillər
Yadigar şəkillər (Nurüş-şühəda təpəsi, naməlum şəhidlərin məzarı)

Həmidlə görüş yerimiz




Vəsiyyətnamə


Allahın adıyla

Salam olsun varlığın və məkanın şərəfi olan Məhəmmədə (s) və onun pak ailəsinə!

Mən Həmid Hişmətullah oğlu Siyahkali Muradi bir neçə sətirdə ürək sözlərimi yazmağı lazım bildim. İlk olaraq, bildirmək istəyirəm ki, həzrət Zeynəbin (ə) hərəmini qorumağı özümə vacib və bu pak ailənin yolunu getməyi səadət bilirəm. Allahdan bu yolda qədəmlərimi möhkəm etməsini təmənna edirəm. Bu həqir bəndə bu zamana qədər öz həyatında bunu dərk edib ki, bəzi insanlar bəsirətsizlikdən və əyri düşüncələr səbəbindən ya bu ailənin məqamını dərk etməyib, ya da tarixin heç bir səhifəsində onların yanında olmayıblar. Yaxud da yanlarında olsalar da, ya həssas zamanlarda meydanı boş qoyublar, ya da onlara bu müqəddəs yolda mane olublar. Qalanlar isə dindarlıqdan din xidmətçisinə çevrildilər və anladılar ki, Allaha çatmağın yeganə yolu məhz budur. Həmçinin bəşəriyyətin azğınlığının səbəbi də bu yoldan uzaq düşməsi, bu hidayət nuruna qarşı kor olmasıdır.

Bu məktubu oxuyan və ya eşidən hər kəsin yanında xəcalətliyəm. Çünki İmam Mehdi (ə) və onun haqq naibi olan İmam Xamenei yolunda qurban verməyə cəmi bircə canım vardı. Buna əminəm ki, töküləcək qanım mənim səadətimə səbəb olacaqdır. Həzrət Qasimin sözüylə desəm, ölüm mənə baldan da şirindir. Mövlam İmam Hüseyn (ə) kimi öz Allahımla aşiqanə görüşə, Allaha qərq olmağa gedirəm. Ancaq bir məsələni demək istəyirəm. O da budur ki, hazırda bir çox qardaşlarımız ön cəbhədə cihadla məşğuldurlar, bütün cavanların arxa cəbhədə daha çətin və daha mühüm cihad olan mədəni cihada əməl etdiklərinə inanırlar. Onlar ümid edirlər ki, bacılarımız öz hicablarına riayət etməklə bu cihada yardım etsinlər...

Bu zəif bəndəyə görə, heç nə və heç bir şey gözəl söz və rəftardan dəyərli deyil.

Bu dünyada nə qədər malım varsa, hamısı həyat yoldaşıma verilsin ki, onunla öz həyatını qura bilsin. Sonda, bu mətni oxuyan və eşidən hər kəsdən istəyirəm ki, haqlarını bu zəif bəndəyə halal etsinlər”.



Düşsəniz nə zaman bu aciz könülün siz yadına,

Baxaram Əli rüxsarina, çataram eşqin sonuna.
Gülərəm dodaqlarınla sakit, gözlərində olaram məst,

Sənin canına and ola, rəhbər yolundayam paybəst.
Yağı düşmən məni öz gözündə zəlil görərmiş,

Şükr ola, yolunda düşdüm torpağa qanə bələnmiş.
“Kəfa bil-hilmi nasirən” (Kömək üçün səbir etmək kifayətdir!)

Həmid Siyahkali Muradi



Həmidin şəhadəti üçün seçdiyi şəkil



Qohumlardan birinin toyu, 1997
Saçını dibindən qırxdırardı. Keçəl və həddən artıq dəcəl, ancaq olduqca mehriban uşaq idi. Uşaqlıqdan mənə çox fikir verər, məni oğlanlarla oynamağa qoymazdı. Dava-dalaşda həmişə mənim tərəfimi saxlayardı. Məscidin mükəbbiri -camaat namazında təkbir deyəni idi. Tez-tez atasıyla məhəllədəki Bəsic mərkəzinə gedərdi.

Həmid və atam, 1994


Sağdan: Həmid və Səid, novruz bayramı, 1994

Mənə elçi düşən Həmid həmin bibioğlum idi ki, əkiz qardaşı Səidlə həmişə eyni geyinib gəzərdi, adlarını atam təklif etmişdi.


İbtidai məktəb, 1999



Aşağıdan ikinci cərgədə, soldan ikinci Həmiddir.



Həmidin qardaşları Səidin əşyalarını yeni evinə daşıyarkən, 2014


Sağdan: Həsən, Həmid, Səid, Hüseyn və Cavad


Ələmutun Sünbülabad kəndində ata bağları, 2015


Sağdan: Cavad, Həsən, Hüseyn, Həmid və Səid

Atası və qardaşları Həmidlə Sünbülabada gedəndə bibim arxayın olurdu ki, ac qalmayacaqlar. Qardaşları bəzən zarafata ona Yanqom deyirdilər.

Səidin toyu, 2013


Soldan oturan: Həmid və Səid

Səidin toyu çox yaxşı keçdi, ancaq Həmidin halı çox da yaxşı deyildi, əkiz qardaşıyla həyat yolları ayrılırdı. Toydan sonra onu restoranın qapısı önündə gözləyirdim, ancaq o qədər fikirli idi ki, məni unudub getdi. Bir az gedəndən sonra yadına düşdüm.

Mən zarafata ona bir-iki atmaca atdım: “Maşallah, Həmid ağa! Bəh-bəh! Gör biz kimlərlə piknikə gedirik! Gör kimin divarına xatirələr yazırıq! Kim yoldaşını unudar axı, ay Həmid?!” Belə yerlərdə birinin üstünə beşini də qoyurdum ki, sözlərimi ciddiyə alsın.


Suriyaya getməzdən öncəki günlər, 2015

Evə gələndə artıq axşam idi. Hərbi formada, paltarı toz-torpaqlı idi. Ezamiyyət öncəsi təlimlərinə qoşulmuşdu. İş yerindəki bütün şəxsi əşyalarını gətirmişdi. Sanki ona ilham olunmuşdu.


Qumda yazdırdığımız hədisi çərçivəyə salmışdı ki, həmişə gözlərimiz önündə olsun.



Həmid şəhidlərin xidmətçisi geyimində, 2014

Dehlaviyə, Doktor Çəmranın şəhid olduğu yer


İmamzadə Fəllar, bahar, 2014

Sağdan: mən, Həmid, Həmidin atası, bibim, Səid


İmamzadə İsmayıl məqbərəsinin qarşısı, 2014


Qızılgül və məryəm güllərini sevdiyimi bilirdi. Mənə on ədəd qızılgül, altı ədəd məryəm gülündən ibarət gözəl bir gül dəstəsi bükdürmüşdü. Həmin gün birlikdə aldığımız kostyumu geyinmişdi. Həmişəkindən daha yaraşıqlı və sevimli görünürdü. Gəlin maşınımız da olduqca sadə bəzədilmişdi.

Toy günümüz, 2013


Sünbülabadda cücəkabab bişirərkən, 2014


Qışda sobanın yanından ayrılmırdı. Çox üşüyən idi. Hava bir az soyuyan kimi xəstələnirdi. İşdən gələn kimi əllərini tez sobanın üzərinə qoyurdu. Bəzən də bayırdan gələndə birbaş sobanın üzərində otururdu. Deyirdim: “Həmid, bir gün sobanın borusu çıxacaq, gecə vaxtı dəm qazından boğulacağıq”.

Sünbülabad kəndi, 2014


Kərbəla, 2010


Həmid bacısı oğlu Sina ilə, 2009
Otağa keçib bacısı uşaqlarıyla top oynamağa başladı. Uşaqlardan çox Həmidin səsi gəlirdi. Artıq bacısı uşaqları da deyirdilər ki, kaş dayımız bizimlə qalaydı, top-top oynayaydıq.


2013-cü ilin novruzu

Bayramdan iki gün sonra cümə axşamı həmin geyimdə də əza məclisinə getmişdi. Gecə yarısı mənə zəng vurdu. Məclisdəki dostlarının reaksiyasından danışırdı. Onlar Həmidi adətən, hərbçi, ya da xidmətçi paltarında görərdilər, kostyumda görməmişdilər. Dedi: “Dostlarıma maraqlı gəldi. Pencəyimi geyinib zarafatlaşırdılar”.


Cəbhə bölgələrinə səfər, 2014

Məlayir restoranı


Sadiqiyyə Bəsic qrupunun iclası, 2012




Həmidin ad günü, 2015


Xudmani bir ad günü keçirdik. Səhər tezdən tort bişirməyə başladım. Həmidin dondurmanı hədsiz sevdiyini bilirdim. Buna görə də, təzə süd və vanildən çoxlu dondurma hazırladım.

Bu paltarla Suriyaya getdi.



Həmid silahlı qüvvələrin ölkə üzrə karate çempionatına gedəndə özümü ağlıma gələn hər şeylə məşğul edirdim ki, mümkün olduğu qədər az darıxım... Yarış günü nə etdimsə, nəticəni mənə demədi.

Günbatana yaxın qapının zəngi çaldı. Həvəslə düyməyə basıb qapını açdım. Axsayırdı. Diqqətlə baxanda gördüm ki, üst dodağı da yarılıb. Bunu görmək mənə o qədər əzabverici idi ki, gətirdiyi medalı belə görmədim. Elə ilk andan deyinməyə başladım. “Niyə rəqibin diqqətli deyildi? Bu necə yarışdır axı?! Bəs hakim hara baxırdı?!”

Silahlı qüvvələrin ölkə üzrə karate çempionatı, üçüncü yer, 2015


Bahar, 2015


Dehlaviyə, mart 2014
Həmidlə birgə cənub səfərində


Həmid qardaşı Həsənlə Suriyaya hazırlıq təlimlərində, 2015
Həsənin özü pasdar idi, Həmiddən çox xidmət etmişdi. Ezam ərəfəsində hansının Suriyaya gedəcəyini müzakirə edirdilər. Qanuna görə, hər ailədən yalnız bir nəfər gedə bilərdi. Həmid qardaşına demişdi: “Qardaş, sənin övladın var. Sən qal, mən gedim. Sonrakı göndərişdə də sən gedərsən”.

Həmid və Şəhid İlyas Çegin Həmid və Şəhid İlyas Çegini


Hər üçü bir gecədə şəhadətə qovuşdu, ancaq dostlarının cəsədi həzrət Zeynəbin yanında qaldı. Həmid və Şəhid Zəkəriyya Şiri

Həmid əsgərləri ilə birgə

İyun 2011


İş yoldaşlarından çox əsgərlərlə şəkil çəkdirmişdi, onlarla dost kimi rəftar edirdi, heç vaxt əmrlə danışmırdı. Əsgərdən bir şey almalı olanda “gətir” demirdi, deyirdi ki, haradasansa, gəlim götürüm.


Həmid Suriyaya hazırlıq təlimlərində, 2015

Həmid onluğa beş güllə vurub.

Məşhəddə tibbi yardım kursu, 2013
Nişanlı vaxtımızda tibbi təlimlərdə iştirak etmək üçün üç aylıq Məşhədə getməli idi. Ertəsi gün hələ sübh namazının səccadəsindən qalxmamış zəng vurub dedi: “Burda, təlim düşərgəsində gözəl yasəmən gülləri yetişib. İndi onların yanından danışıram. Bu güllərdən sənin səccadənin ətri gəlir”.

Səccadəmin arasına qoyduğum qurumuş yasəmən gülünü iyləyib dedim: “Nə gözəl! Onda hər axşam danışacağımız yer o yasəmən güllərinin yanı olsun”.




Həmid xidmət etdiyi hərbi hissədə, 2013




Həmid şəhid dəfnində, 2015



Hərbi təlim, 2013

Suriyaya getməzdən qabaq Həmidə keçirdiyim xınayaxdı
Çantanı hazırlayandan sonra xına düzəldib dedim: “Həmid, düzü, bilmirəm nə vaxt gedəcəksən və nə vaxt əməliyyatda olacaqsan. Ancaq istəyirəm ki, əməliyyat gecəsi xına yaxan döyüşçülər kimi sənə də xına yaxaq. Əgər sağ-salamat qayıtsan, heç, ancaq qismətində şəhid olmaq varsa, indidən xınayaxdı edirəm ki, şəhadətinin sabahısı toy günün olsun. Sənin xoşbəxtlik və xeyirli aqibət günün hər kimiz üçün ən gözəl gündür. Üstünə ağ parça atıb ayağının altına qəzet qoydum. Niyyət edib saçına, saqqalına və ayaqlarına xına yaxdım.

Şəhidlər prospektində vida mərasimi,


Həmid Qəzvinin ilk hərəm şəhidi idi. Xeyli insan gəlmişdi. Ancaq dostlarının bir çoxundan xəbər yox idi. Bəziləri Suriyada idilər, bəziləri də bir müddət öncədən Ərbəin səfərinə yollanmışdılar.




Gözləyirdim ki, Həmidi yuxarı qaldırsınlar, onu görə bilim. Tabutu qaldıranda cana gəldim. Yol yeriyə bilmirdim, rəfiqələrim və bacım qolumdan tutub aparırdılar. Dedim: “Xahiş edirəm, Həmidlə birlikdə hərəkət edək. Nə qabağa keçək, nə də geri qalaq!” Son dəfə onunla birlikdə addımlamaq istəyirdim.

Bu qısa zamanda hər gün daha çox sevdiyim, qəlbimin sevgisilə aşıb-daşdığı, müştərək həyatımızın enişli-yoxuşlu bütün anlarında dağ kimi yanımda olmuş əziz həyat yoldaşımdan halallıq istəyirəm.

Qüsl veriləndən sonra yoldaşıma bir müddət mənimlə tək qalıb dərdləşməyə icazə verilsin.


Son görüş


Qəzvinin Meracüş-şühəda məzarlığı

Həmidin vəsiyyətnaməsində yazdığı kimi, məni on beş dəqiqə onunla baş-başa buraxdılar. Həmişə düşünürdüm ki, bir şəhid xanımı belə bir anda yoldaşına nə deyə bilər! Bu son dəqiqədə nə deyəcəyimi əvvəlcədən hazırlamışdım. Ancaq hamısını unutmuşdum. Başımı qulağına yaxınlaşdırıb dedim: “Yadında qalsın! Səni sevirəm! Özü də çox sevirəm!” Cavab gözləyirmişəm kimi başımı geri çəkdim. Bir neçə dəqiqə sükut edib, yenə qulağına dedim: “Həmid, səni sevirəm!”

Əlimi son dəfə üzünə qoydum. Bu əlimlə mehriban və isti çöhrəsini həmişə nəvaziş edərdim. İndi isə çox soyuq idi. Soyuqluğu adamın iliyinə işləyirdi. Tapşırmışdılar ki, Həmidin yarıaçıq gözlərini bağlamayın, anasını və xanımını son dəfə görə bilsin. Özüm gözlərini öpüb, bağladım.

S uriyadan gətirilən əşyaları:


Daraq, üzük, möhür, toy saatı və qanlı kimlik nişanı

Mənə ən çətin günlərdən biri döyüş yoldaşlarının 21 dekabrda Həmidin çantasını gətirdikləri gün idi. Həmidin çantası mənə yelda gecəsində çatdı. O günü qəhər içində keçirdim. Qaranlıq düşəndə hamının gözündən uzağa çəkildim. Çantanı qucaqlayıb Həmidlə birlikdə keçirdiyim bütün yelda gecələrini xatırladım. İndi isə ondan qalan yalnız bir çanta əşya vardı. Səhərə qədər ağladım. Həmidə öz əllərimlə hazırladığım çanta idi.




Həmidin şəhadətindən sonra ilk novruz süfrəsi, 2016

Pasdar günü, 2016

Qəzvinin şəhidlər məzarlığı

Payızı, qışı, yazı, yayı -bütün fəsilləri Həmidlə birgə şəhidlər xiyabanında sınaqdan keçirdim. Bəzi fikirlər beynimdən bir an belə çıxmırdı: “Torpaqda uyuyan əzizimin bədəni çürüyüb, ya yox? Ağrı hiss edib, ya yox?” Hava isti olanda, soyuyanda, qar yağanda narahat olursan. Baxmayaraq ki, hər şeyin bitdiyini, ruhun bədəndən çıxdığını çox gözəl bilirsən.



Əlvida, ey bəyaz gecələrin şeiri!

Əlvida, ey sevgi romanı!

Əlvida, ey eşqin gözəl səhəri!

Əlvida, ey axşam şeirinin ətri!

Əlvida, ey həmişəki həmsöhbətim!

Əlvida, ürəyimə qonmuş kədərim!

Sən tək qalmazsan, ey mənsiz qalan!

Səni yorğun qəlblərə tapşırıram mən!

Səni tapşırıram işıqlı ayın minasına!

Səni dəryalara tapşırıram mən!

Səni gecəyə tapşırıram ki, yanmasın!

Səni ölməz ürəyə tapşırıram mən!


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin