Yadında qalsın



Yüklə 1,64 Mb.
səhifə2/15
tarix10.01.2022
ölçüsü1,64 Mb.
#108332
1   2   3   4   5   6   7   8   9   ...   15

Yadımdadır


Uşaq ikən atam mənə şəhidlərin həyatı barədə danışanda xəyal quşuna minərək göylərə uçurdum, ruhum Hacı Mənsur Ərzinin “Dokuhə” mərsiyəsi ilə Çəzzabəyə, Dokuhəyə, Ərvəndə pərvaz edirdi. İgid və mərd oğulları hər gün yadıma salır, sakitcə böyüyürdüm, özü də qəlbimə və ruhuma həyatın hansı iksirinin dolduğunu anlamadan. Şəhid dostlarının şəkillərinə baxarkən atamın gözlərindən axan yaşı görəndə qəlbim titrəyirdi. O, ezamiyyətdə olanda, ya da başqa bir səbəbdən ondan ayrı qaldığım zaman ruhumun yeganə təskinliyi kitab oxumaq idi. Şəhidlərə həsr olunmuş bu kitabları oxuyarkən göz yaşlarım yanaqlarımı isladırdı. Bu illər ərzində öyrəndim ki, həyat -fədakarlıq, cihad, ezamiyyət, anamın gözlərinin həmişə yolda qalması deməkdir. O bizə həm ana idi, həm də atam ezamiyyətdə olanda ata olur, onun yoxluğunu hiss etdirmirdi. Doğrusunu desəm, ətrafımda olanların hamısı beləydi. Onlara baxdıqda ilahi ətri duyurdum. Yağış və torpaq ətri, yaşıl formalarına hopmuş tünd barıt qoxusu məni mavi səmalara aparırdı.

Albomumuz gözümü bir an belə qırpmadan baxacağım şəhid şəkilləri ilə dolu idi. Bu həyəcan dolu həyatımız boyunca hər bir günümü rahatlığa qərq etməli olduğumu öyrəndim. Kitab oxumaqla, gül əkməklə böyüyüb boya-başa çatdım. Yalnız bunlarla özümü sakitləşdirirdim. Həyatın yalnız və yalnız şəhidlər həyatı kimi olduqda gözəlləşdiyini öyrəndim. Onların həyatının incəliklərinə heyran qalırdım və mənimçün ən əsas məsələ yalnız Allahın razılığı idi.

Həmidlə ailə quranda onun qəribə insan olduğunu anladım. Onun hər baxışı, hər nəfəsi, hər sözü mənə dərs idi. Sanki yanında şagird idim, hər an müəllimimdən bir şey öyrənirdim. Dünyaya baxışı onu bütün tanışlarından fərqləndirirdi. Üstün bir şəxs idi. Doğrusu, öz uşaqlıq yoldaşını, həyat yoldaşını, səfər yoldaşını və müəllimini itirmiş bir insanın halını necə vəsf edəcəyimi bilmirəm. Müştərək həyatımızın onun fiziki yoxluğu ilə başa çatdığı zamandan çiynimdə xatirələr dolu boğçamla yoluma davam edirəm. İyirmi dörd yaşım var, bilmirəm, bəlkə də iyirmi dörd ilimi əldən vermişəm. Düşünürəm ki, düzgün yaşayıb, doğru yolda addımlamaq möhkəm iradə tələb edir. Mən inanıram ki, həyat yoldaşımla birlikdə keçirdiyim üç il ömrümün ən gözəl anları olub. İndi isə öldüyü yerin adını belə bilmirəm. Bildiyim tək şey düşdüyü çuxurun adıdır; o da Suriya, Hələb və bir də onu hiss edə bilmədiyim soyuq bir daşdır. Beləcə, ona bir daha deyə biləcəyim “bəli”nin və ona yenidən qovuşacağım anın ümidi ilə günlərimi geridə qoyuram; elə bir qəlblə ki, hər gün parça-parça olur, elə əyilmiş bellə ki, onunla həyat yükünü tək daşıyıram. Salam olsun o şərəfli oğullara ki, Allahın namusu həzrət Zeynəb-Kübra (ə) uğrunda fəda olublar. Onlar ayıq olmaqla həyatımızın qaranlıq yollarını işıqlandırıblar.

Bu xatirə kitabını yazarkən iztirab içindəydim. Ümumiyyətlə, həyatımızı bütün incəliyinə qədər yazmaq fikrim yox idi. Ancaq hər dəfəsində xatirələri yazmaq barədə yoldaşıma verdiyim söz yadıma düşürdü. Nəhayət, qərarımı verə bildim. Mənimlə bu kitabın yazılması barədə söhbət olunanda Allaha təvəkkül edərək qəbul etdim. Düzdür, qələm və dil heç vaxt şəhid həyatının bütün gözəlliklərini canlandıra bilməz. Ancaq insafla desək, bu kitab olduqca sadə, səmimi və gözəl yazılıbdır; eynilə Həmidlə mənim kimi. Elə mən də həyatımızın bu cəhətini hər şeydən çox sevirəm. Bəzən sadəliyin özü gözəllikdir.

Sonda gözəl qələm sahibi olan əzizimizə, habelə şəhidin xatirələrini toplamaqda, onu yenidən yazmaqda və tamamlamaqda zəhmət çəkən bacısına dərin minnətdarlığımı bildirir, hər ikisindən haqlarını halal etmələrini diləyirəm. Cəmiyyətin mənəvi cəhətdən qidalanmasına çalışan belə insanlar həyatımızın dəyərləridir. Gərək onların qədrini bilək.

Həmçinin Şəhid Hacı Əhməd Kazimi və Şəhid Möhsün Höcəcini yad edən Şəhid Kazimi nəşriyyatının bütün cavanlarına Allahdan müvəffəqiyyət arzulayıram. Bu kitabın ərsəyə gəlib nəşr olunmasında çəkdiyi xüsusi zəhmətlərinə görə onlara dərin təşəkkürümü bildirirəm.


Fərzanə Siyahkali Muradi

Mart 2018, Müqəddəs Məşhəd şəhəri


Həmid Siyahkali Muradi

Doğum ili və yeri: 1989, Qəzvin





Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin