Yadında qalsın


Yeddinci fəsil Gəl dostlar içinə, dost olaq!



Yüklə 1,64 Mb.
səhifə9/15
tarix10.01.2022
ölçüsü1,64 Mb.
#108332
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Yeddinci fəsil

Gəl dostlar içinə, dost olaq!


Saat üçün yarısından etibarən divar saatının əqrəbləri sanki çox yavaş və yorucu bir şəkildə hərəkət edirdi. Hər dəqiqə Həmidin işdən qayıtmasını və qapının zəngini gözləyirdim. Bekarçılıqdan kompüterin qabağında oturub Həmidin şəkillərinə baxmağa başladım. Şəkil çəkməkdən xoşu gəlirdi, ezamiyyətlə, işlə, səfərləri ilə bağlı nə qədər şəkli var idisə, kompüterə yığmışdı.

İş yoldaşlarından çox əsgərlərlə şəkil çəkdirmişdi, onlarla dost kimi rəftar edirdi, heç vaxt əmrlə danışmırdı. Əsgərdən bir şey almalı olanda “gətir” demirdi, deyirdi ki, haradasansa, gəlim götürüm.

Şəkillərindən bəzisini seçib şəhadətindən sonraya albom düzəltmişdi. Mənə deyirdi ki, nə vaxt şəhid olsa, məclislər üçün o şəkillərdən istifadə edək.

Həmid çox gecikirdi. Mən çox nigaran qaldım, sakitləşmək üçün yeriməyə başladım. Addımlarımı sayırdım ki, vaxt tez keçsin. Otaqları və mətbəxi bir neçə dəfə ölçdüm. Nəhayət, bir neçə saatdan sonra qapının zəngi çaldı. Səsini eşidəndə elə bil, dünyanı mənə verdilər. Bütün narahatlığım yox oldu.

Evə girəndə paltarı yaş idi. Dedim:

-Həmid can, nigaran qaldım. Niyə bu qədər gecikdin? Paltarların niyə yaşdır?

Nədənsə cavab verməkdən boyun qaçırırdı. Süfrə başında, çox israr edəndən sonra dedi ki, hərbi hissənin hüseyniyyəsinin xalçalarını yumaq üçün qalıb, əsgərlərə kömək edib. Dedi:

-Hüseyniyyə kimi xeyir işlər üçün hamımız əsgərik. Korpusda “get” əmri yoxdur, “gəl” var.

Baxışlarımla soruşdum ki, fərqi nədir. Cavab verdi:

-“Get” o deməkdir ki, özün burda dayanmısan, başqalarının irəli getməsini istəyirsən. Ancaq “gəl” deyəndə birinci özün qabağa gedir, sonra o biriləri yanına çağırırsan.

Bu hərəkətlərinə görə həmişə əsgərlər tərəfindən sevilir, hörmət olunurdu. İş vaxtı özünü əsgər sayırdı, komandir yox. O qədər səmimi və təvazökar idi ki, bəzi əsgərlər tərxis olunandan illər sonra belə zəng vurub əhvalını soruşurdular. Dedim:

-Elə isə mən də səni korpusun qanunu ilə alış-verişə aparacam.

-Necə?

-Daha deməyəcəm ki, Həmid, gedək alış-verişə. Girəcəm mağazaya, deyəcəm ki, gəl, bir neçə şey bəyənmişəm, pulunu ödə.



Sözümə xeyli güldü.

Onu süfrə başında tək qoymaq istəmirdim. Tox olsam da, yanında oturdum. Ona ilk dəfə süfrə hazırladığım gündə olduğu kimi, həvəslə yanında oturub gözümü ona dikdim. Bu, ən sevdiyim an idi. Yalnız bu zaman onun yorğun, ancaq mehriban üzünə doyunca baxa bilirdim. Yeməyini həmişə olduğu kimi, iştahla yeyirdi. Elə yeyirdi ki, mənim də ürəyim yemək istədi. Mayonezi götürüb qızardılmış kartofun üzərinə boşaltdı. Kotletdən tutmuş kartof qızartmasına qədər hər şeyi mayonezlə yeyirdi. Ay ərzində bəlkə iki-üç dəfə mayonez alırdıq.

Yeməyin ortasında dözməyib, soruşdum:

-Əzizim, bu gün xalçaları yumağa qalmışdın, bəs o biri günlər necə? Niyə digər iş yoldaşların evə vaxtında gedirlər, ancaq sən çox vaxt gec gəlirsən?

Mayonez əlində dilləndi:

-Bağışla, xanım. Doğrusu, bəzi günlər işlərim uzanır, mən sahmana salana qədər servis gedir. Sonra da ya maşın tapıb qayıdıram, ya da yolun çoxunu piyada gəlirəm.

Həmidin iş yeri Qəzvindən bir neçə kilometr aralıdaydı. Buna görə də, servislə gedib-gəlirdi. İşinin uzandığını desə də, bilirdim ki, servisə gecikmə səbəbi işi deyildi. O, iki işi eyni zamanda görürdü; həm, briqadanın rabitəçisi idi, həm də tərbiyəvi işləri yerinə yetirirdi. Haradasa kömək edə biləcəyini görəndə də yardımını əsirgəmirdi. Aldığı maaşın qəpiyinə qədər halal olmasını istəyirdi. Buna görə işdə çox diqqətli olurdu, iş zamanı bir saniyə belə boş durmurdu. Rabitəçi işində çox təcrübəsi var idi. Müxtəlif imtahanlardan həmişə yüksək qiymət alırdı, bəzən də mükafat olaraq, bir neçə günlük məzuniyyət verirdilər, ancaq çoxundan istifadə etmirdi.

Şam yeməyinə bibimgilə dəvət olunmuşduq. Adətən, cümə axşamı günləri bibimgilə gedir, cümələr də nahar yeməyinə atamgildə olurduq. Bəzən həftənin ortasında da gedirdik. Çox az hallarda tək gedirdi. Evimin yaraşıqlı kişisinə dedim:

-Həmid, bax ha! Yarım saatdan sonra yola çıxacağıq. Sən dur, indidən hazırlaş!

Televizorun qarşısında oturub onu gözlədim. Saçını bir neçə dəfə darayıb zarafata dedi:

-Nə vaxt anamgilə gediriksə, sən gec hazırlaşırsan. Mən də sənin anangilə gedəndə əvəzini çıxıram.

Gülüb dedim:

-Sənin bəzənməyin çox vaxt aparsa da, ürəyimi yaman ovsunlayır, Həmid can!

Küçənin başına çatan kimi taksiyə mindik. Sürücü xanım müğənninin oxuduğu musiqinin səsini çox açmışdı. Həmid gülərüzlə dedi:

-Ağa, mümkünsə xanımın səsini azaldın, ya da varsa, yerinə kişi müğənnini oxut.

Sürücü Həmidin danışıq tərzinə gülüb musiqini sündürdü. Həmid dedi:

-Problem yoxdur, nə qoyursan-qoy, sadəcə, oxuyan xanım olmasın.

-Yox, qardaş, sənin bir sözün mənə bəsdir. Yolboyu danışıb-gülərik. Belə daha yaxşıdır.

Sürücü elə bildi ki, Həmid hövzə tələbəsidir. Çatana kimi Həmidlə ancaq deyib-güldülər. Maşından düşəndə Həmid həmişəki cümləsini dedi: “Minnətdaram! Bir dünya minnətdaram!” O nə qədər israr etsə də, sürücü pul götürmədi. Həmişə taksidən düşəndə çalışırdı ki, pulu qədərincə versin. Bəzən sürücünün az istədiyini hiss edəndə deyirdi: “Ağa, az olar ha! Elə hesabla, xəcalətli qalmayaq”.

Bibimgilin evlərinin girəcəyində dörd pilləkən var idi. Ondan sonra eyvan, eyvandan sonra da otaqlar gəlirdi. Həmid həmişə pillələrin dördünü bir addıma qalxırdı. Bu dəfə də elə etdi. Dedim:

-Deyəsən, ata-ananı görən kimi kefin açıldı, uşaqlığın yadına düşdü. Bax, indi oldun yeddi-səkkiz yaşlı dəcəl Həmid!

Səid və yoldaşı da gəlmişdi. Şam yeməyindən sonra bir yerdə televizora baxırdıq. Serialın ortasında bibim nar gətirdi. Bilirdim ki, Həmidin ən çox sevdiyi meyvə nardır. Buna görə öz payımı da ona verdim. Narı o qədər sevirdi ki, mövsüm zamanı hər dəfə evə gələndə iki-üç kilo alıb gətirirdi. Ancaq özünə əziyyət verməyib deyirdi:

-Fərzanə, istəyirəm narları dənələyəsən, televizorun qarşısında oturub qaşıqla yeyək.

Əza dəstəsinə və ya idman zalına gedəndə də narları dənələyib, böyük bir qaba tökürdüm. Nar dənələrinin qızartısını görəndə şirin xəyallara dalıb, uşaqlıq şeirlərimizi dodaqaltı zümzümə edirdim:



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin