Яли Камали архивиндяки «Короьлу» дастанынын


Xunkaru həvası cəmdədir, vəzir aşığə deyər gecəki təki söhbət eləmir



Yüklə 2,55 Mb.
səhifə13/16
tarix11.06.2018
ölçüsü2,55 Mb.
#53399
1   ...   8   9   10   11   12   13   14   15   16

Xunkaru həvası cəmdədir, vəzir aşığə deyər gecəki təki söhbət eləmir.


Qədəm vurey bu meydanı izliyəy,

Düşmən bağrun mıxa çəkib duzluyay,

Dava günü bir-birinə gözliyey,

Arada qalmasın leşlərimiz.


Girəm dost bağuna gül dərəm dəstə,

Təbərrük eyləyüm yolluyum dosta,

Çək qılıclar, leş tök leş üstə,

Ta pasdan arınsun qılıclarımız.


Qoş Koroğlı deyər:
Getdim dahi bu candan,

Heç qorxmuram həştat belə meydannan,

Ya budur Eyvəz çəkəm zindandan,

Ya gedə başam başlarımuz.


Əlbəttə, dəstur verdilər məmurlara, gedey Koroğlını o bir qo­ça­qun da gətirey. Gəliblər Koroğlını Xan Eyvəzını zindan­dan gəti­rə­lər. Amma Qoş Koroğlınun gözü sataşdı Xan Eyvəza, ah-nəha­dun­dan çəkildi. Zəmani ki, Eyvəz gətirdilər meydana, Eyvəz səslən­di:

–Ağa, yan bir nəfər istiir öldüreyiz, icazə varı, bir kəlam söh­bət eliyə?

Uca dağlarun başunda,

Eliyəm ey havar, ey havar.

Tutubdur arzumu gələr,

Zülüm, ey havar, ey havar.


Mən gələndə ağladular,

Cigərimi dağladular,

Nagəhandan bağladular,

Qolum, ey havar, ey havar,


Gedey deyin: qardaşuma,

Rəhmi gələ göz yaşuma,

Nə bəla gəldi başuma,

Dilim, ey havar, ey havar,


Hanı gedibən gələnlər,

Baqrumın başun dələnlər,

Qürbətdə qərib ölənlər,

Ölüm, ey havar, ey havar.


Xan Eyvəz durar oturar,

Mevlasun dilə gətirər,

Mən öləndə kim götürər,

(Kəfənsiz) Canum, ey həvar, ey həvar.


Vəli, bu tərəfdən xəbər verək. Qəcər Mustafa bəg bu tərəf­dən qoşununan yetişib qapunun daluna, qapunu dəqq ül-bab elədi. Əhməd qapunun dalundan səsləndi:

–Kimey?


Didi:

–Yumuqcan, sənsən? Mən Mustafa bəgəm, gəlmişəm Ko­roğ­lınun köməginə.

Didi:

–Qaş get işə, burda hesad yox. Sən gəlmişey çapay. Bu şəhər bizim özümüz də izafə olmaz.



Hər qərar Mustafa bəg yalvardı–yaxardı:

–Yumuqcan, mənəm, mən Korolunun dayısıyam, aş qapını.

Didi:

–Qapını aşmam.



Amma Koroğlı meydana girən söhbətdir. Meydanda, əlbət­tə, Qəcər Mustafa bəg ki, Koroğlınun dayısudur. Nəzər bu yerə çat­dı, bu Yumuq dahi qapını aşmaz. Əlində şeşpər vardı. Şeş­pər pərtab elədi, gəlib meydanın vəsətindən düşdü yerə. Bir zaman Qoş Koroğlı baxdı gördi dayısunun şəşpəri gəldi mey­da­nın ortasında dəgdi yerə. Uşaxların birisinə işarə elədi, hət­mən Yumuq qapunu aşmur, getginən qapunu açsun. Amma Qoş Koroğlınun bu tərəfdən Qəcər Mustafa bəgi gəlməginnən, bu tərəfdən dəliləri salim görməginnən xoşbəxt olubdur. Alub­dur Qoş Koroğlı Qəcər Mustafa bəgi cəvanlığından tərif eliyə:
Gəldi xəyalumnan getdi,

Cavan oğlan Mustafa bəg.

Baqrum başun dəldi getdi,

Cavan oğlan Mustafa bəg.


Qoş Koroğlı əlbəttə, dayim Mustafa bəgin tərifin elərdi. Bir dənə dəlilərdən gəldi qapunu aşdu. Qəcər Mustafa bəg qoşunu­unan varid oldu İstambul şəhrinə:
Cidasunun başu qanlu,

Ağ otaxlı, əlvan xonlu,

Cəvanlıxda adlı-sanlı,

Cavan oğlan Mustafa bəg.


Hay deyəndə haya basar,

Hoy deyəndə gögdən asar,

Koroğlınu çaya basar,

Cavan oğlan Mustafa bəg.

Mustafa bəy varid oldu, əlbəttə, İstambul şəhrinə içinə. Qoş Ko­roğlı baxdu, gördi dörd ətrafı öz qoşunları alub. Ortaluq os­man­lı, eynə buqda­nı içində hər yerdə bir dənə çodar olar, yüz nəfər bir nəfər osmanlıdur. Qoş Koroğlı xoş oldu:
Dəli göylüm abdal olsun, dolaşsun,

Dəlilərim, bu gün meydan günüdür.

Bir tərəfdən mən şəhəri talaram,

Balaları qapı–qapı dilənsin.


Eyvəzı dərdindən mən oldum xəstə108,


Koroğlınun Şilat səfəri

Koroğlı Şilat şəhrindəki Hüseynqulu xanunan dəva eylədi və Hüseyn­qulu xanı əsir edüb və Şilatı qarət edüb, yeddi min də­li­lər ilə gəlürdülar. Hüseynqulu xanun da qollarun bağla­muş­du­lar, gətürürdülər. On ağac Çamlıbelə çatan iki dağun arasunda bircə da dirəxtli, basəfa kənd var idi. Adı Fəzlabad idi. Bu kəndün yaxşı basəfa gərdişgahı var idi.

Əhməd paşa neçə nəfər səvarilərinən iki gündü gəlmişdilər Fəzlabadun çəmənlərində həvaxorluğa və çəmən üstündə ham­mı, bədəz, bircə rüb günortadan keçmişdi, naharlarun yemiş­dilər və yatmuşdular.

Bir nəfər Əhməd paşanun səvarilərindən təmiz yuxu­la­ma­muşdı. Gördi bir qoğa səsi gəlür. Fourən durub ayağə, hər tərəfə baxub bir kəsi görmədi. Dübarə durbin salub gördi Şilat cad­də­sində qoşunun gəlmağunun və atlularun qıçının yerə vurma­ğu­nun tozu asimana dayanur və hay-hu səsi Fəzlabad xəlqini dəh­şətə salub. Təmam damlardan Şilat caddəsinə baxub qorxu­şul­lar.

Fourən gəlib Əhməd paşa çəməndə təxtinün üstündə tazə yat­mışdu, yuxu gördi, neçə qurd üstünə həmlə eylədi, o tərəf­dən bircə şir çatub o qurdları bərtərəf edüb əlindən alub. Eylə bu yuxu içində Əhməd paşanun o qoşunu görən səvarı Əhməd paşanı oyatdı, dedi:

–Paşa sağ olsun, dur gör nə xəbərdür?!

Əhməd paşa yuxu ki, görürdi, bunun xəbəri ilə tuş gəlüb. Hərasan durub ayağa səsləndi:

–Tez əsbabi–cəngi gətürün, atdara səvar olun. Əlan qoşun çatar.

Bu tərəfdən kəndün koxası gördi çəməndə Əhməd paşa səvariləri ilə amadə olub, səsləndi:

–Ay kənd xəlqi, arvad və uşaq! Gəlün, cəm olun Əhməd pa­şanın daluna. Bu qoşun ki, gəlür, bular qoymazlar sizlərə azar çata!

Bu sözdə təmam kəndin uşaq, böyük və kiçik təmam öylə­rini bıraxub gəldilər Əhməd paşaya pənahəndə oldular. Əhməd paşa durbin saldı, gördi hay-hu yaxunda, gəlüllər, amma həd­di–hesabı yox. Ah-nəhadindən çıxub səsləndi:

–Səvarilərim, çarə nəmədür?

Səvarilərdən biri dedi:

–Əhməd paşa, bu qoşun kimindür gəlür?

Əhməd paşa dedi:

–Mən bilmirəm.

Vəli bu qoşundan salim can çağatmağluğ çox səadətdür. Dəstur verdi, dedi:

–Durun küçənun ağzunda. Əgər qoşun istədi kəndə girə, əv­vəl yalvarun, doyyomən acuqlanun, sevvom gördüz qəbul eylə­mə­dilər, vuruşun. Ta mən görüm bu qoşunun sərdarı kimdür, har­dan gəlüb hara gedüllər.

O zaman rəsmidir hər kəs, istədi birinci sərdarın yanuna gedə, bircə namə yazardi vururdı bircə aqacun başuna, özünü vu­rurdu qoşunun içinə. Onu o namə ilən sərdarə çatdurardılar.

Əhməd paşa bir namə yazıb vurub aqac başuna, yatub bir ata, hey urub qabağa giddi. Bu tərəfdən qoşun çatub, baş-baş­dur, əyaq-əyaq. Əhməd paşanun naməsün oxumadular, bax­ma­dular. Dəlilərdən biri, İsaballu onu tutub dedi:

–Sən nəçi karəsən?

Dedi:


–Mən Çənlibelin azad şodəsiyəm.

Bunu deyəndə İsaballı təəccüb qalub, dedi:

–Bəs mən səni qoymam öldürələr. Sən get bizim böyügümüz yanına.

Əhməd paşa dedi:

–Sizin böyügüüz kimdür?

İsaballı görək necə bundan sual-cavab eylədi. Böyüklərin qarşusunda İsaballı sazun alub əlinə, dedi:


De görüm, sən Koroğlını tanuray,

Bəyan eylə sən mənə sözün düznü.


Adın nədür, nə səmtinə yararay,

Pərdə qoyma sözün xurdü-rizini.

Əhməd paşa dedi:

Çamlıbelə mən bir dəfə gəlmişəm,

Mən görmüşəm Koroğlınun özünü.

O gün kü mən gəldim Qırat vurmuşdu,

Sındırmışdı anasınun dizini.

İsaballı dedi:

Girməmişəm nahəq bir kəs qanuna,

Düşmən gərək həqiqətnən tanuna,

Dur aparum Koroğlınun yanuna,

Koroğlunun orda sən gör özüni.

Əhməd paşa dedi:

Neçə gündü təmam olub əlifim,

Yeddi süvaridur mənim rəfiqim.

Kərəm eylə, çıxsun bu xəstəligim,

Oları tap, mən bir görüm üzüni.

İsaballı dedi:

O kəndin sərvəti küllən çapulur,

Bircə mahal küllən yağma yapulur,

Qorxma süvarilərin sənün tapılur,

Felən, qoşun dutub gedün döörəni.

Əhməd paşa dedi:

Əhməd paşa, adum mənim yazulub,

Bu babətdən ruzigarum pozulub,

Olsun süvarülərüm rişəm qazılub,

Mənim ruzigarum daha təng olur.

İsaballı dedi:

İsaballı deyir, bu sözüm tamam,

Əhməd paşa eyləmə sən fikrü-xam,

Hər səmitə, hər karidə, hər məqam,

İgid gərək rast danuşa sözünü.

Söz təmam olub. Dedi:

–Əhməd paşa, dur gedək, Koroğlı indi yuxudan durub, görək səni tanuur?

Əhməd və İsaballı hər ikisi gəlib gördilər ki, Koroğlı dəstur verüb bir kimsə bu kəndə daxil olmuyub. Kənddən kənarda qo­şun tamam istirahətə məşğuldular.

Dedi:


–Süvarilərin atdarunı alublar. Özlərini Koroğlınun çadırı ya­nın­da zindan edüblər. İsaballı çatub Koroğlıya ehtiram eylə­di, dedi:

– Ağa, bu kişini tanuray?

Koroğlı baxub, dedi:

– Ay Əhməd sodəgər sən hara, bura hara? Gəl otur görüm.

Əhməd sodəgər gəlüb Koroğlınun əlindən öpüb, götirüb Ko­roğ­lıdan süvarilərünün zindandan xilas olmağunu belə istü­yüb:
Başına döndügüm, sənün, Koroğlı,

Böyük mətləb varum, mən əlan səndən.

Qurban olsun bu can sənə, Koroğlı,

Qorxubdur bəgü–sultan, xan səndən.


Yeddi süvariynən gəldüm bu kəndə,

Səbrü gəldi, bu kəndə mən gələndə,

Adamlarum bu gün salublar bəndə,

Olar olubdular nagiran səndən.


Mənim adamlarum salublar dara,

Olardan olmuşam mən yüzi qara,

Olaru bağuşla, məni çək dara,

Kimsə yox girov çəkə qan səndən.


Qoç Koroğlı, Əhməd deyər bu zaman,

Bircə xəbər verüm sənə mən əlan,

Şilatun şəhrində Hüseynqulu xan,

Qoşun sanı görür, dutub yan səndən.

Dedi:

–Koroğlı sağ olsun, mən üç gün bundan qabaq gəldim bu süvarilərünən bu kəndə. Gələndə xəbər gəldi, mən xəbərə qulaq vermədim. Gəldikə, vəli, çatan gün eşitdüm ki, Şilata Hüseyn­qu­lu xan qoşun yığub, gələ Çamlıbelə. Mən süvarilərim ilə əh­di-peyman qooduq ki, əgər belə ola, biz burdan hamudan qabaq onun qoşununa cilogirluq edək. Buna görə süzin qoşunuz gələndə biz belə xiyal eylədik ki, Hüseynqulu xanun qoşu­nu­dur. Dəstur verdüm, süvarilər cilougirluq edələr. Olar hətmən təca­vüz edüblər. İndi olar iştibah edüb bilmiyüblər. Bitə­q­sir­dü­lər.



Koroğlı bu sözdə Eyvəz xandan soruşdu, dedi:

– Eyvəz xan, bu yeddi süvarə ki, zindan eyləmisən, bunları nə səbəbdən sən buları dəsgir eylədün.

Eyvəz dedi:

– Bular şəmşir çəküb bizim bu kəndə gəlmağımuza mane ol­du­lar. Odur ki, mən dəstur verdüm buları tutdular. Zindan eyləmişəm.

Koroğlı dedi:

–Əhməd paşa, rast danuşur. Gedin, o yeddi nəfəri gətirün, verün Əhməd paşanun təhvilinə.

Fourən gedüblər yeddi nəfəri atdarı ilə gətirüb Əhməd paşaya verdilər. Əhməd paşa şad olub dedi:

– Koroğlı, hardan gəlüb, hara gedirsən? Şilat şəhrində Hü­seyn­qulu xan səninlə ədavətü var. Hətmən qoşun təhiyyə edür. Gələcəkdür.

Koroğlı sazı alub sinəsinə görək Əhməd paşaya necə cavab deyir:

Əhməd paşa, daha belə söz demə,

Çamlıbel bir yerdür didəbanı var.

Şadu–xürrəm otur, daxi qəm yemə,

Yetmiş min dəlinün hər gün sanı var.
Çamlıbeldə mənim varım Eyvəz xan,

Hər gün verər dəlilərimə fərman,

Xam xiyal etmişdi Hüseynqulu xan,

Əlimdə, ölmüyüb hənuz canı var.

Əhməd paşa dedi:

–Şilatdan gəlüriz, hanı bəs Hüseynqulu xan?

Koroğlı dedi:

Açılubdur Çamlıbelün gülləri,

Yıxmışam Şiladı, namərd elləri,

Yeddi gündür bağlu qalub əlləri,

Zindanımdan hər gün nagihbanı var.

Əhməd paşa dedi:

– Koroğlı, mən səndən bircə xahiş edim. Məni onun yanına aparay, mənim ona da bircə sözüm var.

Koroğlı dedi:

Tanur səni məgər Hüseynqulu xan?

Var nə sözün, sənün bu gün oniynan?

Dəstur verüm gətirsünlər mən əlan,

Tanuray, de görüm nə nişanı var?

Əhməd paşa dedi:

–Koroğlı, Hüseynqulu xan tayifeyi- məcusdandur və özü bir bədşəkil, qəviheykəl, dürüst danuşan adamdur.

Koroğlı dedi:

– Barəkallah, haala sözün nəmədür.

Əhməd paşa dedi:

–Qulağuna mən diyüm. Vəli, özü burda oleydi, eşideydi, yaxçiydi.

Koroğlu dəstur verdi, Hüseynqulu xanun zincir ilə gətürdülər Əhməd paşa olan məclisə. Hüseynqulu xanun gözi Əhməd pa­şa­ya düşəndə şərm edüb o halətə başun salub aşağə. Əhməd paşa dedi:
Günlərün bir güni bircə otağda,

Oturmuşduğ neçə sultanu-xaqan.

Söhbət düşdü hər tərəfə o çağda,

Hər kəs öz nəzərün edərdi bəyan.


Çamlıbel söhbəti gəlüb miyanə,

Dedilər, dəyişüb bu gün zəmanə,

Koroğlı qocalub gəlibdür canə,

Bu sözə qovzandı Hüseynqulu xan.


Dedi: yaaran, gəlin eyliyək qiyam,

Qocalub Koroğlı alağ intiqam,

Dəlilər başundan dağulub tamam,

Çamlıbeli yıxağ, eyliyək viran.


Mən dedim, bu sözü demə divanə,

Çamlıbel bir yerdür, dönməz viranə,

Başarmıyan işi alma nişanə,

Qurur edüb olma bu sözdə nadan.


Dedi, çox qorxaqdur bu Əhməd paşa,

Mən dedüm, bu sözü gətürmə başa.

Qərətikanluqdan Sıldırımdaşa,

Geçə bilməz olay Samü-Nəriman.


Təmrüd eyləyüb Koroğlı sənə,

Əfv bəxşiş olur böyükdə gənə,

Xuda rizasına bağuşla mənə,

Mən edərəm dua sənə hər zəman.

Bu sözdə Koroğlı qeyrəti cuşa gəlüb dəstur verdi, Hüseyn­qulu xanın qollarun açdular. Bakəmali azad qılıblar. Çam­­lı­bel­də Kor­oğlı bir məclisi–şadluq qurub Əhməd paşa və Hüseyn­qu­lu xan və neçə nəfər əyan ilə neçə gün şad-xürrəm olub­lar. O vəxt Koroğlı oları mürəxxəs edüb özü ayrı elə daxil olub.

Vəssəlam, risə təmam.




Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin