Яли Камали архивиндяки «Короьлу» дастанынын


Həvaxorluğa – hava almağa, dincəlməyə



Yüklə 2,55 Mb.
səhifə15/16
tarix11.06.2018
ölçüsü2,55 Mb.
#53399
1   ...   8   9   10   11   12   13   14   15   16

Həvaxorluğa – hava almağa, dincəlməyə


Hijdəgah – gərdək

Hicrə – bəzənmiş otaq

Xam – sadə

Xamuş – sakitlik, gözdən iraq

Xanevade – ailə

Xak- təraş – alt- üst

Xapdaydı – yuxudaydı

Xanə-xərab - evi yıxılmış

Xar – zəlil, həqir, alçaq, tikan

Xaru-bar – ərzaq, nemət

Xədəng – ox

Xəm – əyri

Xəm olmaq – əyilmək

Xərac – vergi

Xərvar-çəki vahidi (300 kq bərabərində)

Xəstə – yorğun

Xəşm – qəzəb, hirs

Xətərli – təhlükəli

Xiz – duran, oynayan, qalxan

Xırxa, xirqə – üst geyimi

Xoşnud – razı, məmnun, sevincək

Xoşxolq – xoşxasiyyət, xoş yaranmış

Xoşheykəl – xoş görünüşlü

Xu, xuy – xasiyyət, qılıq

Xub – yaxşı

Xureyi-xab – dərin yuxu, şirin yuxu

Xuda nəkərdə – Allah eləməsin

Xumra – şərab

Xunkar – zülmkar, qantökən

Xurak – yemək, xörək

Xurd-büzürk mütəvəcci – ki­çik­dən böyüyə diqqət kəsi­lib, maraqlanıb

Xurdü rizini – az-çox

Xurək xab – dərin

İcabət – yerinə yetirmə

İddə - qrup, dəstə

Idtifaqən – birdən, təsadüfən

İftizadı – rüsvalıq, abırsızlıq

İqrarşekən – sözünə əməl et­mə­yən, qərarsız

İnqarı – bu minvalla ki,

İsmət – təmizlik, ərdəm

İsmi-şərif – şərəfli, nəcib

İstəbil – tövlə

İştibah - yalnış, səhv

İttila – xəbər, məlumat

Kami-ərkan –böyük arzular, böyük istəklər

Kamı-busə – arzulanan öpüş

Kan – quyu, mədən, burada: xəzinə

Kar – iş


Kasəxun – bir çanaq qan, burada: qanla dolu

Kari- xeyr – xeyir iş

Keşiydə – sillə

Kəmərbəzəncir – qurşaq

Kəminimdə – pusqumda, mA­rıq­da

Kəm-kəm – az-az

Kəffarə – burada: kafirlər

Kəmərbəstə – belibağlı

Kəsalət – tənbəllik

Kəc – əyri

Kəbir – böyük

Kişvər – ölkə

Kohənsal – yaşlı, qoca, keçmiş, qədim

Kohənkar – təcrübəli, ağıllı

Kuçektərin – ən kiçik

Küllən – tamamilə, bütünlüklə

Küllü pamal – alt- üst

Küşdi-koşdi – güləş

Qadere – təvan, güc, qüdrət

Qafıla – karvan

Qədəmlix – addımlıq

Qəvi – güclü, qüvvətli

Qəvi heykəl – möhkəm bədənli

Qəhr – qəzəb, pərtlik

Qəza – yemək

Qəvvaz – ox atan

Qeyri əz – ... başqa, savayı

Qeyd olmaq – qayğısına qalmaq

Qıyar-qiyamətə – burada qiya­mət günü

Qoftar – söhbət, danışıq

Qoftu-gu – söhbət, dialoq

Laəqəl – heç olmasa, az da olsa

Laf – söz, söhbət, danışıq

Lavıd - vacib, labüd

Ləc – ləng

Ləş, leş – bədən

Lətmək – kiçik zərbə, itki

Libası-faxir – fəxri geyim

Madərzad – lüt, anadangəlmə

Mahi-təvan – parlaq ay

Malikən –sahib olub

Mazi – keçmiş

Məbada – məbadə, yoxsa

Məbhut – heyran

Mədat – kömək, yardım

Məğdur – razı, qadir, əldə etmə, nail olma, mümkün

Mənzur – məqsəd

Məntəğə – rayon

Mərufluq – tanışlıq, burada: şahidlik

Məxsus – aid

Məxşuş – qəmli- kədərli, tutqun

Məradin – mərdlər

Məhlum – məlum

Məqulda – hissədə, parçada

Məllə və illa – və yoxsa, olma­saydı

Mərazat – ziyan

Mərbut – əlaqli, bağlı, burada: aid

Mərdanə – kişi kimi, mərd

Mərdum – insanlar, caamat

Mərəz – xəstəlik, dərd, bəla

Məqul – deyim

Mehriyə – başlıq, gəlinin toy başlığı

Mik etmək – sormaq, əmmək

Miqdari – bir az, bir qədər

Mina – cənnət quşu

Mişi – kiçik

Misl-inki – elə bil ki, sanki

Mivazibət – qayğı göstərmək

Miyanəsi – arası

Moxi – beyin

Mövc – dalğa, ləpə, dövrə

Mouqə – vaxt

Munadi – əzan verən

Munis – ünsiyyət edən, adama yovuşan, dost

Muş –sıçan

Muvazibətluq – qayğıkeşlik

Muzu – hiyləgər

Mubəmu – tükdən-tükə,incədən –incəyə, təfsilatilə

Mücazat – tənbeh, cəza

Müntəzir olmaq– gözləmək

Müxənnət – düşmən

Müsəlləh olub – silahlanıb

Mürəttəb – düzəliş, qaydalı

Müsafirət – səfər

Müzd – maaş, zəhmət haqqı

Müamilə – ticarət sövdələşməsi

Müşəxxəsat – xüsusiyyət, seçilmiş, burada: tərif

Mücəddədən – yenidən

Mütəvəcci – maraqlanıb, diqqət kəsilib

Müvazibət – müvazimət

Müzahim olmaq – mane olmaq, narahatçılıq

Musəddən – cəftə, rəzə, qabağı kəsilmiş

Nabud – yox olan, məhv olan, heç nə

Namdar – adlı-sanlı, tanınmış

Nar – od

Naşayistə – yaraşmayan, layiq olmayan

Nəbər – vuruşma, çarpışma, döyüş

Nəvar – yazı lenti

Nəhadundan – içindən

Nəhib – qışqırıq, ağlama

Nəxşə, nəqşə – plan, xəritə

Nəsəb – kökü

Nəşrli müvərrixə –tarix, nəşr tarixi

Nəvəd – doxsan

Nəf – xeyir, fayda

Nəzdiklik – yaxınlıq

Nəzaf – təmiz

Nəcarluq – dülgərlik

Nigahban – qarovul, gözətçi, keşikçi

Nigin - üzük qaşı, qiymətli daş

Nigan – qiymətli

Nijad – soy, nəsil, irq, tayfa

Nirx – qiymət, dəyər

Noinən – nə cür, necə

Noqatə - yerlər, nöqtələr

Növcavan – gənc

Növçə – yeniyetmə

Paquşi - quş ayağı

Pamal – ayayqaltı, məhv olan, alt- üst

Porzur, puzur – güclü, qüvvətli

Payas – kök

Payiq, faiq – üstün

Payam – son, bitmə

Parti – qrup, hami

Pərtab etmək – atmaq

Peykar – döyüş, müharibə

Pəkər – kefsiz, qüssəli

Pəncə – beş, burada əl anla­mında

Pəncənərm etmək – vuruşmaq, ayaqlaşmaq

Pənci dü – beş-iki

Pərvar – bəslənmiş, burada davar anlamında

Pərvəriş – yetişdirmə, bəsləmə, böyümə (beşbarmaq)

Pəsənd –bəyənmə

Pəs – onda, bəs

Pəs vermək – geri qaytarmaq

Pərtab etmək – atmaq, tullamaq

Pərəstar – şəfqət bacısı

Peyam – xəbər, məktub

Piç – dolanbac, dolaşıq

Pilək – üzük, qolbağ, boyun­bağı

Pişaməd – hadisə, olay

Pişvaz etmək - qarşılamaq

Poşt – arxa, dayaq

Pust –dəri

Purcəlallı – çox cəlallı, təm-təraqlı

Rast – düz, doğru, sağ tərəf

Rəft – burada: dəxli

Rəxt-xab – yorğan-döşək

Rənc – əziyyət, incimə, işgəncə

Rəngi-ruxi – üzünün rəngi

Rəvac – keçərli

Rəvağ – burada gəlin gərdəyi anlamında

Rədd – iz, gediş

Rəşid – qorxmaz, igid

Rikab – üzəngi

Rişə – kök

Risə – cərgə zəncir

Rouşən – aşkar, aydın, işıqlı, səlis

Rubaru – üzbəüz

Rubut – ad

Rux – üz, sifət

Ruze əvvəl – əvvəl gün

Ruzigar – həyat

Ruzi məhşər – qiyamət günü

Rüfəqa – dostlar, yoldaşlar

Rütbi-lisan – şirin dil

Rüxsət – icazə

Sahibi-xanə – ev sahibi

Saxt – düzəltmə

Sail –soruşan, dilənçi, dərviş, yolçu

Salah – məsləhət

Sal, salə – yaş

Salim –sağ, salamat

Salmani – dəllək

Salman – köməkçi, xidmətçi

Sepidə dəmi – səhər çağı, səhər tezdən

Seri – sıra

Sevvom – üçüncü

Seyid – ağa, rəhbər, başçı

Seyd – ov

Səfa – əyləncə

Səfəndərsəf – cərgəbəcərgə

Sər - xabım vurdu – yuxum başıma vurdu

Səfəre-purxətər- çox qorxulu yolçuluq

Səha-salim – sağ-salamat

Səhlən –asanlıqla, çətinlik çəkmədən

Səzavar – layiq, uyğun

Səngi-məhək – yoxlama daşı, məhək daşı

Sərazir – başı aşağı, başdan - ayağa

Sərdar – başçı, canişin

Sərə – Orta İran türkləri iki dərənin arasındakı ucalığın başına Sərə deyirlər

Sər ilə cannan – can-başla

Sərkargər – fəhləbaşı, briqadir, başçı

Sərkeş – baş qaldıran, üsyankar, inadkar

Sərpəncəli – əl-ayaqlı, cəld

Sərpuş – baş örtüyü

Sərkeş – üsyankar, inadkar, qürurlu

Sər-sida – səs-səmir, səs- səda

Səru-karum – əlaqəm, işim

Səfəre- purxətər – çox qorxulu yolçuluq

Səx, səxt – sərt, soyuq

Səğir – kiçik

Səvar – atlı

Səvar olmaq – minmək

Sibil –bığ

Six – şiş

Sinn - yaş

Sipər – qalxan

Sirtab, sir ta piyaz –sarımsaq­dan soğana və ya əvvəldən axıra

Sirvət – sərvət

Sitarə – ulduz

Sitar – simli musiqi aləti (hərfi: üç tar)

Sindim – yaşım

Siya, siyah – qara

Sud – fayda, qazanc

Surağe - muş – siçan deşiyi

Suziş – yanğı, ağrı

Suziş etmək – yanmaq

Sükunət tutmaq – yaşamaq, məskən salmaq

Sövdagər – tacir

Şayəd – ola bilər ki, bəlkə

Şane – daraq

Şani-şövkət – əzəmətli, qüdrətli

Şəbxum – gecə basqını

Şəddə – bağlı, topa

Şəhlalanmaq – şölələnmək

Şəkənkədə– nökər, qulluqçu

Şəmaədət – bədxahlıq, başqası­nın müsbətinə, dar gününə se­vinmə

Şəmşir – qılınc

Şərm –həya, utanc

Şərməndə olmaq, şərm etmək – utanmaq

Şikəstlik – sındırma, burada: ziyankarlıq

Şirumənd – utanc vicdanlı

Şoğl – iş, peşə

Şöhlə – şölə

Şuxluğ – zarafat, hənək

Şukar – şikayətçi

Şuca – şucaətli

Tabutir – qıvraq,cəld

Tabınak – təmiz, icazəli, boş

Tac təlai – qızıl tac

Taxt o taz – çapmaq

Ta kunun – indiyədək

Talar – sütun üzərində qurulmuş taxt, ev, talvar, zal, burada: saray

Taruf – hədiyyə

Tayifeyi məcustan – islam olmayan tayfa

Tey– xalis, qatqısı olmayan

Teyy – sarıma, bükmə, ərzində

Tey etmək – qət etmək

Təbərrük – bərəkət, nübar

Təfrih – gəzinti

Təkyə – söykənmə, istinad et­mə, dərvişlərin toplandığı yer

Təla - qızıl

Tərac – alt-üst

Təməi-nəfsanisi – nəfsani tama-hı

Təmrid – müqavimət, baş əyməmə

Tənab – örkən, çatı, kəndir

Təng - dar

Təh – dib

Tər – təzə

Tərsa – xristian

Təhiyyə – hazırlıq

Təvan – qüdrət, bacarıq, güc- qüvvət

Təvanlu – güclü, bacarıqlı

Təğyir – dəyişmə

Təsənnü – sünni

Təcəlla – görünmə, əks olunma

Tənha – yalnız, təkcə

Təkiyə – dayaq, böyük çadır, təkiyə

Tip – silahlı qoşun hissəsi.

Tir – yaydan atılan ox

Tiri-xədəng – yay-ox

Toxm murq – yumurta

Tul – uzun

Tour, tür – növ, çeşit

Türfə – tapılmayan, misli bərabəri olmayan

Uqab – qartal, qaraquş.

Uğda bağladı – müqavilə, sülh bağladı

Ücrət – zəhmət haqqı, mükafat

Varid – gələn, yetişən, daxil olan

Vahidi - əhəd – tək (Allaha işarədir)

Vaqə – hadisə, yerləşmə

Vəilla əlan – o andaca, xüsusilə indi

Vəli – amma ancaq, lakin

Vəsilə yetmək – vaxtı çatmaq

Vəsət – orta, mərkəz, köbə

Vücud – var olma, şəxs, varlıq

Yan – yalan, boş söz

Yaaran – dostlar

Yəl – igid, qəhrəman, pəhləvan

Yəlda – ən uzun qış gecəsi, çillə gecəsi

Yəlil – azad

Zağ – qarğa

Zağça – qarğa balası

Zanu – diz

Zar – ağlayan



Zəbandil

Zəxm – yara



Zəxim qalın

Zəminə – əsas

Zəmin yer

Zənən qadın

Zərəngi zirəngsən

Zərbaf – qızıl sapla toxuyan

Zəraf, zurufa – qab

Zivanə – ox

Zillət – zəhmət, əziyyət

Zin – yəhər, qantarğa

Zində – diri

Zindəgi – həyat, ömür

Zinləmək – yəhərləmək

Zirqəlyan – qəlyanaltı

Zirə – bitki




Dialekt sözləri

Adava – mat qaldı

Ağaşdıx – yolun uzunluq vahidi

Arıtmaq – təmizləmək

Aşıdan çıxarmaq – aşılamaq

Baş qanax – baş aşpaz

Binək – ölçü qabı, çəki vahidi

Bir çən – birdən

Birçəgi - saçı

Bulutastan – bulud arasından

Bu qəd, bu ğət – bu qədər

Boznux – tutqun

Calqax – təmiz, xalis

Cilğə – xırda yol, cığır

Cür, cur – qoşa, cüt

Çığ – qışqırıq, çığırtı, burada: gurultu

Çan – vaxt, zaman

Çərçi – xırdavat mallar satan

Çindiri – göstərdi

Çoodar – heyvan alıb-satan

Çuvalduz – qıyıq, döşək tikən iynə

Damır –abgərdən, böyük qulplu qab

Damazdığ – heyvanın artırılma-sı, (ehtiyat)

Davar – qoyun sürüsü

Deyindirmək – döyüntüyə sal-maq

Dəbərmək – tərpənmək

Dəhnə – cilov

Dəy – deyil

Ditmək – didmək, üzmək

Dudurğa – duru, açıq-aydın, ağ

Dov – hərbə-zorba

Dolannə – dalına

Doluna – dövrəsinə, ətrafına

Əccə – azca

Əğət – həqiqət

Əxi –axur

Ejdir-ejdir – damla-damla, gilə-gilə

Gədik – yol, cığır

Gəpləşmək – gaplaşmaq , danışmaq

Gülümovla – yığışıb, hazırlaşıb

Göynü – könlü

Heş kəmsənə – heç kimsə

Həpirbaba – bayağı

Həşəm – naxır

Hissab – hesab

Hüs – qəflətən, sakit

İzginçi – izləyən

İldir-ildir – gilə-gilə, damcı-damcı

Körpə – quzu

Köyşən – çöl

Kürə – burada: kömür kürəsi

Kəttinnən vurdu – başının ardından vurdu

Qal etmək – qatmaq

Qamır – göz zilləmək

Qanara – dar ağacı

Qaranqulux – qaranlıq

Qappuşmaq – güləşmək

Qəri – qarı

Qəhəd – yox

Qəh vurmaq – qəhqəhə çəkmək

Qıy baxmaq – çəp baxmaq (çəpgöz)

Qışlarını – ayaqlarını

Qırmıqul, qırmıqala – qalmaqal

Qovzamaq – qaldırmaq

Qurud – burada diz qapağı. Ancaq bəzi bölgələrimizdə yay­da qatıq, ayran süzməsini yumru-yumru edib günəş al­tın­da qurudurlar ki, qışda qa­tıq məhsulları olmayanda on­dan istifadə etsinlər. Ona da qurud deyirlər.

Qucunmaq – sığınmaq

Quruş, qurriş – çığırmaq, nərə çəkmək

Quşmal vergünən – qulaqbur­ması ver, cəzalandır

Lov – alov

Mahna – bəhanə

Məncənix – qüllə

Muc – ovuc

Munu – bunu

Nadanay – nə danışırsan

Narış – narıngi (meyvə)

Nəğar – nə qədər

Nəmə – nə mənə, nə üçün

Nəğartə – nə qədər

Nəvağa – nə vaxta

Neyit - birinə həmlə etmə, qorxutma

Omide –xoda – Allah xatirinə

Ontarlığ – otlaq

Oratmaq – toplamaq, yığmaq

Osanma -usanma, incimə

Ot – od


Otuşmamış – otarmamış

Otuşmaq – otlamaq

Ovsar – burada: atın beli

Öyəş, övəc – qoç

Paca – baca

Parakənd – dağınıq, pərakəndə

Pak, pək – yaxşı

Pasko – polis məntəqəsi, qərargah

Payıq, faiq – üstün

Pədurqa – tünd, qara, tutqun

Pənir – pendir

Pəşənnəşmək – burada: bir-birini bəyənmək

Piçilləşmək – pıçıldaşmaq

Pulək – nazik

Puzğun – pərişan, tutqun

Sarmaşam – sıx, sarmaşıq

Sağı – saqi, şərab süzən

Səx – sərt, uca

Səiyyə – burada südü sərmək anlamındadır

Sənirədi – səyirdi, sıçradı

Səva – savayı

Sukə – yamac

Söb – sübh, səhər

Sığır – ceyran

Şahı – pul vahidi

Şeyhə qalxdı – şahə qalxdı

Şirbaba – başlıq, gəlinin toy başlığı

Şəddə - qotaz, saçaq, salxım

Şəng – burada: keçi saqqal

Şəkəncə - işgəncə

Şukar – gözü zəif (gecə koru)

Tarı – tanrı

Taqə – parça bükümü, dəst

Təbə – təpə

Tərkə – nazik, incə

Təsmək –qapaz

Tipiynən – dibiynən, əsilli- köklü

Tovlu – iti, sürətli

Tor – çılğın

Turşamış qız (m)–ərə getməli vaxtı keçmişdir

Tutay – fidan (ağac)

Uzqun – dərin, uçurum

Vərəndaz – məşvərət

Xəra – xara (parça növü)

Xuraman –nazlı, qəmzəli

Yazı – çöl, bayır

Yarağan – xəstəlik

Yengi – yeni

Yeginiyi – yeməyini

Yərtan –yırtıcı

Yəyər – yəhər

Yoğunnarı-yomuşdarı – əyri-üyrü, dərə-təpə

Yumuncu – sir gizlədən, sirdaş

Yomuş – yoxuş, yamaclardakı əyri yol, çətin yol

Yovuq – yaxın



İÇİNDƏKİLƏR

Əli Kamali................................................................................................3

Koroğlu” dastaninin elektron nəşrinə ön söz (Əli Şamil).................5



Əli Kəmali arxivindəki «Koroğlu» dastanının

variantları (Əli Şamil)............................................................................13

Aşıq Əliəkbər Qurbani..........................................................................33

Aşıq Əliəkbərin söylədikləri (Lentdən köçürülmüşdür) .....................34

Bu, Koroğlunun Çəmlibelə gəlməgidi və Ərəp Reyhanı görməgidi.......34

Bu, Koroğlunun dəgirmanda Qıratı Həmzəyə verməgi və onu geri almağıdır...............................................................................50

Bu, Koroğlunun Nigar səfəriydi ki, getdi Nigarı gətirdi.........................74

Bu, Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi...................109

Bu, Koroğlunun Dəmirçioğlu səfəriydi ki, ərz elədim..........................142

Bu, Eyvazın durna səfərinin dastanıydı ki, ərz elədim..........................174


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin