Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,1 Mb.
səhifə22/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   18   19   20   21   22   23   24   25   ...   77
Yazılı ədəbiyyat

Ağız ədəbiyyatının yanında ibtidai olsa da oğuzların arasın­da qədim zamandan bəri yazının və yazılı ədəbiyyatın varlığı məlumdur. “oğuz-türkmən ləhcəsinin on iki əsr əvvəlki şəklindən bizə qalan Orxon kitabələrindəki üslub və ifadə olduqca işlənmiş bir yazı ədəbiyyatının təkamül etməyə başlayan dövrü əsərlərin­dən olduğunu göstəriyor. Daha yaxından görə bilmək üçün Orxon kitabələrindən bir neçə parçasını bu günkü türkcəmizlə bərabər buraya nəql ediyoruz:

“Türk oğuz bəgləri!.. – Budun!.. Eşidin: Öze tenri basmasar, asra yer telinməsər, türk budun!.. İlinin, törənin kim artıtı?.. Od­çisi türk budun ertiz. O gün güngün üçün igidmiş Bilgə kağanın ermiş, barmış. Özgü ilin kəndü yanıldığ, yabalıq gigürtik. Yaraq­lıq qandan gəlipən yaya ilətdi? Sonkilik qandan gəlipən, sürə ilət­di? Ayduq ötükən yış budun! Bardıq ilkərü quri ğaru. “...Türk o gur budun kəntü budunum erti. Tənqri yeyər bulcaqın üçün yağı bultı. Bir yılğə biş yoli sonuşdımız. İniki toğu balaqda sonuş­dı­mız. Kül təkin azaman aqığ binip uplayu təkdi. Altı erin sançdı. Sonşisində yetinç erin qılıncladı.

İkinti Quşliğaqda oğuz birlə sonuşdımız. Kül təkin az yazı­ğın binip uplayu tekip bir erin sançdı. Tuquz erin gerü tuqudı. Oğuz budun anda öləni.

Üçinç yol...nda Oğuz birlə sonuşdımız. Kül təkin az ağığın binip təkdi. Sançdı. Süysin sançdımız. Elin altımız.

Türtünç Çuşbaşında sonuşdımız. Türk budun azaq qamaşdı yablaq bu... biri yə üzmiş ermiş. Süysin Kül Təkin ağıtıp tünrə bir oğış alpağu ol erin tuna təkin yuğındə ekirüb öldürtimiz.

Beşinç Ezkənti qazında Oğuz birlə sonuşdımız. Gül təkin az yağıqın binin təkdi. İki erin sançdı. Balıqğa barmadı. Oğuz anda öldürtimiz. Qurğu yışsap yazısı oğuz qaru su taşıqdımız”.

Bu günkü türkcəmizə təbdil:

Türk Oğuz bəgləri!.. Millət!.. Eşidin: Üstdə (yuqarıda) gög batmayıncə, altda yer çökməyincə, türk milləti! Ölkəni, törəni kim dağıtdı?.. Türk qovminin hakimi idiniz.. Əql və tədbirlər ilə sizi yetişdirmiş olan Bilgə Kağan gəlmiş və getmiş. Eyn ölkənə öz yanlışlığını, pisligini gədirdin. Yaraqlılar nərədən gəlib sizi apardı? Süngülülər nərədən gəlib sürərək apardı? Müqəddəs öl­kən ormanı milləti! Getdiniz iləri, getdiniz geri”.

“... Doqquz Oğuz milləti öz millətim idi. Gög yer bulandığı için yağı oldu. Bir yılda beş yol hərb etdin. İlk dəfə Toğu balığdə hərb etdik. Kül Təkin azman ağ atınə binüb huplayaraq hücum etdi. Altı adamı deşdi. Əskər içində yeddinci adamı qılıncladı.

İkinci Quşlığaqdə Oğuz ilə müharibə etdin. Kül Təkin az­man atınə binərək hücum etdi. Bir adamı deşdi. Doqquz adamə toqudı. Oğuz qovmi oradə öldü.

Üçüncü yol...də oğuzlə müharibə etdin. Kül Təkin azman aq atinə binip saldırdı. Deşdi. Əskərini də dəgişdin. Elini aldın.

Dördünci Çoş (nəhrdir) başında hərb etdin. Türk millətinin ayaqları yoruldu. Qorqdu. Bəriyə iləriləmişdi. Əskərini Kül Təkin dağıdub tunrə minüb bir əsil Alqağu on adamı Tunğə təkinin dəfn mərasimində dutub öldürdin.

Beşinci Azkəndi yaqınlığında Oğuzlə hərb etdin. Kül Təkin azman atınə binüb hücum etdi. İki adamı deşdi. Balığə getmədi. Oğuzı oradə öldürdin. Qələyi alub yazın oğuzın arqası sıra əskər çıqardın1.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin