Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,1 Mb.
səhifə24/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   20   21   22   23   24   25   26   27   ...   77
İlk heca vəznləri

Yuxarıda qeyd etdigimiz məsələlərin göstərdigi kibi heca vəzni meydana çıxarkən əvvəlcə onun qısa ahənglər doğuran vəznləri vücudə gəlmişdir. Bu vəznlər üç ilə yeddi arasındadır. İlk dəfə qısa vəznlərin vücudə gəlməsi pək təbii idi. Çünki çox bəsit bir dərəcədə olan dil, birdən-birə güc və mürəkkəb parçalı (duraqlı) vəznləri yaratamazdı.

Heca vəzninin təşkilindən sonra təqib etdigi təkamül xətti üzərində vücudə gələn vəznlərə nisbətlə ən çox yayılan şəkli yed­di hecalı olur. Bu vəzn əsrlərcə əski dastanlarla yaşadı, təkamül etdi və iki türkü şəkli aldı: birisi “duraq”sız yeddi hecalı, ötəkisi iki duraqlı idi ki, bunun ilk parçası dört, ikinci parçası üç hecadan ibarətdi.

Yeddi hecalılar çox qollanılmaqla bərabər, altı hecalı vəzn­lərə də qarışıq olaraq işləmişdir. Məsəla, yeddi hecalı vəznlərdə yazılan dastan qitələrinin dördüncü misrası altı hecalı olur; yaxud əksinə olaraq altı hecalı vəznlə yazılan qitələrin dördüncü misrası yeddili olur. Məsələn, “Divani-lüğat it-türk”in göstərdiyi əskitürk dastanlarından bir qitəsini buraya alıyoruz; altı heca ilə dizilən bu qitənin dördüncü misrası yeddilidir:

Əğdi qızıl bayraq

Toğdı qara təbraq

Yetişü gəlib uğraq

Toquşub anın keçitməz.

(Açıldı qızıl bayraq, doğdu (yucaldı) qara topraq,

Yetişüb gəldi uğraq, onunla toquşmağə başladıq)

Ən əski dastanlardan bizə qalan nümunələr “Divani lüğat it-türk”in zəbt etdigi dastan parçalarıdır. Alpər Tunğa haqqındakı Sağu – mərsiyə “təngqut”lar və “yəbağut”ların müharibələrinə aid dastanlarla bir çox başqa nəzm parçalardan ibarət olan bu əksik dastan nümunələri haqqında professor Karl Brokilmanın bir tətəbbönaməsi var.1 Bunun də göstərdigi vəchlə bu dastanlardan yalnız birisi səkkiz hecalıdır. Bunlardan başqa on iki-on üç-on beş hecalı bir neçə misra da vardır. Demək olur ki, ilk dövrlərdə altı, yeddi və səkkiz hecalılardır1.

Orxon abidələrindəki yazılar vəznlə nəsr olduğu kibi rus müdəqqiqlərindən F.Korşın tədqiqi sayəsində bunların içində vəznli mənzumələr olduğu da anlaşılmışdır2. Ondan nəqlən bura­ya iki nümunə alıyoruz ki, yeddi hecalı vəznlərdir:

Bilgə kağan bitigin

Yolluğ tikin bitidim

Buncə barqağ bad badzın

Özi Kağan atısı

Yolluğ tikin mən ay

Artqı tört gün turun

Bitidim, badztım”.

“Bilgə kağan kitabəsini bən Yolluğ Təkin yazdım. Bu qadar ev-eşigi, bəzəgi, rəngi, xaqanın canişini olan bən Yolluğ Tekin bir ay dört gün durub yazdım və bəzədim”. Bu mənzum parça Bil­gə Kağan adına olan abidənin qərb-cənubi cəhətində yazı­lıbdır.

Buncə bitik bitincə

Gül Təkin atısı

Yolluğ səkin bitidim

Yigirmi gün olurub

Bu taşqa bu tamğa qop

Yolluğ Təkin bitidim.

“Bu qadar yazı-pozuyı Gül Təkinin qardaşı, yaxud bacısı oğlu bən Yolluğ Təkin yazdım. Yigirmi gün oturub bu daşa bu tamğayı qoyaraq bən Yolluğ Təkin yazdım”. Bu parçada Gül Təkin adına dikilən abidənin şərq-cənubi tərəfində yazılıbdır.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin