Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,1 Mb.
səhifə27/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   23   24   25   26   27   28   29   30   ...   77
Yabançı qarşısında

İstər Azərbaycanda və Qafqazda yerləşən türklər, istərsə mütəmadi bir surətdə hərəkətdə bulunan, yaxud yeni gələn əşirət və qəbilələrin özlərilə gətirdikləri əski iqtisadi bədii tələqqilər iki ayrı “kultura” təsiri qarşısında qalmışdı: Sasani “.....” ilə ərəb “......”.



Bu vəqtlər Sasani sülaləsi hakimiyyətini ğayib etmək üzrə bu­lunmaqla bərabər pəhləvi mədəniyyətinə dəvam edib gediyor­dı. İran qövmləri arasında hakim olan farscadan başqa pəhləvi ləhcəsi də çox yayılmış və qüvvətli bir ədəbiyyata malik ləhcə idi ki, oğuzların yayıldığı yerlərdə də hakim olan pəhləvicə idi. Mis­ter Braunun (əcəm ədəbiyyatı tarixi) ifadəsinə görə Sasanilər za­ma­nında pəhləvi ləhcəsinə tərcümə olunan əski yunan və hind əsərləri buralarda müntəşir olduğu kibi Zərdüştün “Avesta”sı da Azərbay­can və Qafqaz atəşkədələri ətrafında vücudə gələn təşki­latların “müqəddəs kitabı” idi. Müxtəlif ictimai və dini tələqqilərə malik gərək mutəkkin, – gərək köçəbə olsun – əslən “turani” və “arani” olan qövmlər arasında vaqe mülul və nüfuz sayəsində pəh­­ləvi mə­də­niyyətinin ünsürləri ümumi say etibarilə daha zəif olan oğuz əşi­rətləri arasına girməgə başladı; fəqət bu təsirin hiç bir zaman onları tamamilə qapladığı iddia ediləməz. Çünki pəh­ləvi mədəniy­yəti yeni təşəkkül etməyə başlayan islam mədəniy­yəti ilə sarsı­lı­yor; “Avesta”nın ehkamı yerində “Quran ədəbiy­yatı” qaim oluyordı.

Çox qüvvətli olan “Quran ədəbiyyatı” bir tərəfdən fars və pəh­ləvilərini boğarkən o biri tərəfdən də oğuzları öz qanadı altına alıyordı. Bununla bərabər bu maddi və mənəvi qarışıqlıq içində türklər yenə çöl həyat sistemlərini yaşayorlardı. Müsəlmanlığı qə­bul etməklə bərabər ərəb ədəbiyyat və bədiiyyatına yabancı olan kö­çəbələr, o dərəcədə də İran qövmləri ədəbiyyatının təsirindən uzaqdı. Bunlar öz bədii ehtiyaclarını təyin edərkən Orta Asiyadan sürükləyüb gətirdikləri öz ağız ədəbiyyatlarını dəvam etdiriyor­lardı.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin