Яли Камали архивиндяки «Короьлу» дастанынын


Dədə Qorqud kitabının başqa nüsxəsi



Yüklə 1,1 Mb.
səhifə34/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   30   31   32   33   34   35   36   37   ...   77
Dədə Qorqud kitabının başqa nüsxəsi

Bəzi mənbələrin rəvayətinə istinadən Dədə Qorqudun hic­rətə yaxın əsrlərdə yaşadığı düşünüləcək olursa, Qorqud kitabının bu mətndən əvvəl yazılmış qədim bir nüsxəsinin varlığı ehtimalı ilə yüz-yüzə qalıyoruz. Əlimizdəki nüsxəsinin ifadəsi də bu ehtimalı qüvvətləndirməkdədir.

Diqqət ediləcək olursa, görülür ki, Qorqud kitabının mövzu­larını nəql edən və mütəkəllim mövqeyində olan Qorqudun özü degil, ayrı bir adamdır. Kitabın tanıtmadığı bu adam Dədə Qor­qud qaib bir şəxs olaraq göstəriyor və eyni zamanda “Oğuznamə” adı verilən hər hekayəni Qorqudun bilizzat düzdügünə aid açıq cümlələrlə izahat veriyor.

“Dədəm Qorqud boy boyladı, söy söylədi, bu oğuznaməyi düzdi, qoşdı” (səhifə 2,37,67,86,119,142).

Qorqudun bu hekayələri həm yazı ilə, həm də şifahi bir tərzdə düzdügü ehtimali xatirə gələ bilər, bəlkə də Qorquddan nəq­lən ilk dəfə yenə başqa birisi tərəfindən kağız üzərinə qonul­muşdur. Hər halda Qorqudun yaşadığı tarix rəvayət şəklində olaraq göstərilən IX əsrlə Drezdendəki yazmanın yazıldığı tarix olaraq göstərilən XVI əsr arasında keçən yeddi yüz yıllık bir məsafəyi-rəvayət qəbildən belə olsun, düşünəcək olursaq, hər hal­da Drezden nüsxəsindən əvvəl bu kitabın – yəni təkbaşına “Ki­tabi-Qorqud”un yazılmış olduğu və Drezden nüsxəsinin də az-çox dəgişiklə kopiyə edildigini qəbul etmək lazım gəlir.

Bu nöqteyi-nəzəri Qorqud kitabının havi olduğu ictimai ənənələr də qüvvətləndiriyor: mövzulardakı qadın tipi, erkəklərin qadınlarla müamiləsi, şamanilik dövrünə aid türk tələqqilərinin nisbət etibarı ilə böyük yer tutması, islam dininə az əhəmiyyət verildigi, adam adlarının belə qeyri-islami olması “Kitab-i Dədə Qorqud”un müsəlmanlığın yeni-yeni intişara başladığı zaman­larda yazılmış bir əslə malik olduğunu aydın bir surətdə göstərir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin