Qorqudun Dərbənddəki qəbri
Səyyah Oleari 1638-ci ildə Dərbənddə Dədə Qorqudun qəbrini gördüyünü qeyd ediyor; daha o zamanlar bu qəbr, ziyarətçilərin üzərində çox mum yaxmalarından bozulmuş imiş.
Oleari ilə müasir olan məşhur türkiyəli Səyyah Evliya Çələbi də Dərbəndə gəldigi zaman orada Dədə Qorqudun qəbrini ziyarət etdigini söylüyor; bu qəbrin cahil əhali tərəfindən böyük bir adam sanılaraq ziyarət etməkdə olduğunu, hətta şirvanlıların buna etiqad etdiklərini bu sətirlərlə yazıyor:
“Ziyarətgahi-Çəbəl Ərbəin”ə, yəni Qırxlar məqamı: qırx ədəd qəbri – əzim olub ziyarətgahi-inamdır. Ziyarətgahi-Dədə Korxut ulu sultandır. Şirvanlılar bu sultana mütəqəddirlər3.
Görülüyor ki, Qorqudun Seyhun sahilindəki əski Oğuz paytaxtında olduğu kibi Dərbənd şəhərində də qəbri varmış. Bu da əski əvam tələqqilərindən doğan bir işdir: bir xalq arasında havi və mənəvi mühüm rollar oynayan şəxsiyyətlər getdikcə əfsanəvi bir mahiyyət alır və cəmiyyət içində müxtəlif yerlərdə ona qəbr yapılırdı; adətən bunlar köhnə şəkildə bir abidə mahiyyətində olurdu və bu surətlə onun adı məmləkətin müxtəlif parçalarında yaşamış bulunurdu. Əski Anadolu şairlərindən Yunis Emre adında Anadolunun bir çox yerlərində qəbr vardır (Köprülüzadə, ilk mütəsəvviflər).
Dostları ilə paylaş: |