§1. “Dirsə xan oğlı Buğac boyı”: Bayandır xan ənənə üzrə toy qonaqlıq yaparaq oğuz bəglərini qonaq çağırmışdı və gələcək qonaqlar üçün üç növ otaq hazırlatdırmışdır: oğlu-qızı olmayanlar için – qara otaq; oğlu olanlar için – ağ otaq; qızı olanlar için – qızıl otaq. Qonaq gələn Dirsə xanı – cocuğu olmadığından qara otaqdə, qara keçə üzərində oturtdular və ona qara qoyun yəxnisi təqdim etdilər. Bundan mütəəsir olan Dirsə xan zövcəsini çağıraraq məruz qaldığı həqarətin səbəbi o olduğunu söyliyor və hiddətləniyor. Qadın ona bir qonaqlıq verməsini təklif ediyor. O də qəbul ediyor. Bundan sonra bir oglu oluyor. Oglan büyüdükdən sonra qüvvətli bir dəliqanlı oluyor. Dirsə xan bir gün buğa ilə buğrasını (erkək dəvə) boğuşdururkən buğa oğlana saldırıyor. Oğlan da üç yumruqla buğanı yerə sərib başını kəsir. Göstərdiyi qəhrəmanlıqdan olaj - bu vaxta qədər adsız yaşayan gəncə Qorqudun iştirakı ilə Buğac adı verilir. Bundan sonra Buğacı qırx arkadaşı çəkəliyorlar, gəlib də Dirsə xana yalandan oğlunun kəndisinə sui-qəsd hazırladığını söylüyorlar. Dirsə xan ov bəhanəsilə ovda bulunan oğlu arxasınca çıxar və ovda oğlunu vurur; öldi diyə evə dönər, məsələyi qarısınə anlatır. Qadın haman oğlunu aramağə çıqar; yaralı bir haldə bulub evə gətirər; eyi edər. Fəqət qırx adam yapdıqları rəzalətin anlaşacağı qorxusilə Dirsə xanı bağlayaraq kafər ilinə tutsaq götürərlər. Annəsinin əxbarı üzərinə Buğac silahlanıb gedər və atasını qurtarar.