Яли Камали архивиндяки «Короьлу» дастанынын


Etnolojimiz haqqında yapılan tədqiqlərə bir baxış



Yüklə 1,1 Mb.
səhifə7/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   2   3   4   5   6   7   8   9   10   ...   77
Etnolojimiz haqqında yapılan tədqiqlərə bir baxış

Qafqasın cənub-şərq ətəgində yaşayan türklər, siyasi bir heyət halını alaraq “Azərbaycan” adında bir hökumət təşkil etdikdən sonra fikri həyatın mühüm bir cəbhəsi xalqımızın və məmləkətimizin tarixi mövqeyini təyin üçün böyük bir əlaqə göstərməgə başladı. Yeni bir mədəniyyətin quruluşu ərəfəsində böylə əlaqələr həpi faydalı mənaları daşısa da, fəqət ümumi zehniyyətlərin yanlış görüşlər üzərində qurulması, gözlənilən fay­dalardan çox əsassız tələqqilərin tutunmasını dəvət edər.

Xalqımızın etnik mahiyyəti haqqında tətəbböatda bulunan­ların əksəriyyətlə ilk qərinələrin dərinliklərinə dalaraq şimal-qərbi İran torpağının “Midiya”, “Atropateni”, bizim indiki siyasi sər­hədlərimiz içində bulunan yerlərin “Arran”, “Albaniya”, “Ağ­van”, “Qaspi” adlarilə yad edildigi dövrlərdə burada yaşayan in­sanları belə bugünkü cumhuriyyət mənasında olan “Azərbaycan” kəlməsi ətrafında tədqiq etdikləri az degildir. Gərək bu müxtəlif adlar ətrafında və gərək buralarda vaxtilə yaşamış əski xalqlar ətrafında bu günkü elmi tələqqilərin qayət gülünc bulduğu bir qaç “iştiqaq pəhləvanlıqları” yapılmaqdadır. Hər kəs tələffüz etibarilə bir-birinə az-çox bənzəyən kəlmələri qarşılaşdıraraq bunlardan türk işinə, daha doğrusu, bir hökm verə bilmək, öz işlərinə ya­rayacaq bir məna çıxarmağa çalışıyor.

Eyni zamanda ötədən bəri əski dövrlərə aid rəvayət və les­randlərdə qərib təhlillər sayəsində tarixi vəziyyəti bir mahiyyət verilərək türkləşdirmiyor; bu surətlə Qafqasın indiki türk əhali­sinə – əski olsun da nə olursa olsun – saxta və uydurma bir mənşə yaratmaqdır.

Göz önündə əsrin məlumdan-məchula gedən metodik tarix­çiligi duruyorkən Azərbaycanda ilk insanın kim olduğunu ara­maqla məşğul olmaq1 nəticəsiz şeylərlə uğraşmaq deməkdir.

Hətta bəzi tədqiqatda çox iləri gedilərək Zərdüştün indiki azərbaycanlı kibi türk olduğu iddia ediliyor2 və nəhayət, bu nəti­cəyə varılıyor; azərbaycanlılar atəşpərəstdir və siqə olaraq da bu göstəriliyor: dərəbəglik dövründə bir çox şairlərin “Azər”, ya­xud “Azəri” məxləsini qəbul etməsi, yaxud əhalimiz arasında Nov­ruz bayramı və çərşənbə mərasimləri kibi ənənələrin yaşaması...

Hökumətimizin Azərbaycan kəlməsi ilə yad edilməsi və özümüzə “azərbaycanlı”, yaxud “azəri” deyilməsi də bu növ mühakimə yürüdənlər üçün birər qüvvətli vasitə olmuşdur. Yenə eyni mühakimənin təsiri ilədir ki, Qafqas və Azərbaycanda oturan türklərə dediyimiz “azəri” kəlməsini məxləs olaraq qollanmış olan “qeyri-azərbaycanlı”ları öz sahəmizə almaqla yanlışlıqlara düşməkdən kəndilərini qurtarmıyanlar da vardır3.

Özümüzə son zamanlarda “azəri” adını verdigimizi görərək babasının adı “Azər” olduğu üçün İbrahim peyğəmbəri türk gös­tərəcək dərəcədə gülünc və mənasız hərəkətlərdə bulunanlar da görünüyor4.

Bu vaxta qədər yapılan tədqiqlər əsnasında: birisi qədim dövr­lərdən zamanımıza; o biri zamanımızdan əski əsrlərə doğru yürüyən iki hərəkət xətti hiss edilməkdədir. Yalnız Azərbaycan kəlməsi ətrafında dönüb dolanan hər iki xəttin gəlib dayandığı bir nəticə nöqtəsi var: qurduğumuz dövlətin həqiqi adı “Azərbaycan” və bu dövlətin hakim olduğu yerlərdə oturan türklər (şimal-qərbi İranda yaşayan türklər kibi) “azəri”dir; azərilər də atəşpərəstlik sistemi ilə əlaqədardır.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin