Xəlq şairləri
Ağız ədəbiyyatının xəlq ənənələri içində yayılmasına başlıca səbəb xəlq şairləri olmuşdur. Əski oğuzlar bunlara “ozan”1 deyərlərdi. Ozanlar əllərində qopuz2 deyilən telli çalğı “eldən-elə, bəgdən-bəgə” gəzərlərdi3. Getdikləri yerlərdə saz çalaraq əsatirə və əfsanələri yüksək səslə oxurlardı. Ahəng cəhətindən çox zəif olan əfsanələrə, çalğının ahəngi sayəsində bir şeir, bir bəstə ahəngi veriyorlardı. Bunlar dügünlərdə, qonaqlıqlarda, başqa yığıncaqlarda çalar, oxur və hətta orada bulunanları nüktəli sözlərlə təhlil belə edərlərdi.
Ozanlar yalnız çalğıçı-müğənnilik yapmazlardı. Cocuq doğulduğu zaman ad qoymaq, ölüm vüquində dəfn mərasimlərini idarə etmək kibi ictimai vəzifələr də görürlərdi.
Bütün bu vəzifələri yapan ozanlar eyni zamanda dərəbəglərin məddahı idi. Əşirət və qəbilə rəislərinin feodalizm aristokratisinin qurduqları “şülənbəglik, qonaqlıq, ov mərasimi ilə yuğ-qam ayinləri əsnasında4 feodallar haqqında dizilən mədh, dastan və mənqəbələrini oxuyaraq ozanlar dualar yapan ozanlardı. Oğuzlar Azərbaycan və Qafqazda yerləşdikdən sonra də “ozançılıq” çox müddət yaşamışdır. Zaman keçdikcə ozanın ictimai və bədii vəzifələri dəgişməklə bərabər, ozan təbiri də əhalimiz arasında qalxdı. Sonradan saz çalub, söz deyən aşıqlar, yığıncaqlarda “bədyəçilik” yapanlar, xanəndələr və məddah-dərvişlər həp bu ozanın müxtəlif dövrlərdə almış olduğu şəkillərdir.
Dostları ilə paylaş: |