Burla Xatunun Urmiyyədəki qəbri
Dədə Qorqud kitabının qəhrəmanlarından Qazanın zövcəsi Burla Xatunun qəbrinin də Azərbaycan şəhərlərindən Urmiyədə bulunduğunu yenə Oleari söylüyor1.
Oğuz adının Qorqud mənqəbələrinin XVIII əsrdə də məmləkətimizdə yaşadığı yenə nadir vəsiqələrdən olaraq Fren (Fren) adında birisinin qeydləri izah ediyor.
1722-ci ildə əski Rusiyə çalarından Böyük Petro ilə bərabər Dərbəndə gələn köhnə knyazlardan D.Kantemir də bu şəhərdə əhalidən oğuzlara və Qorquda aid xatirələri toplayıb qeyd etmişdir2.
Frendən sonra bu xüsusda yazılı olaraq başqa bir vəsiqə bilamiyoruz.
Qorqud hekayələrinin Qafqas və Azərbaycanda qüvvətlə yaşamış olduğunu göstərən vəsiqələrin ən eyisi “Kitab-i Dədə Qorqud”un özüdür.
Dostları ilə paylaş: |