Qorqud Kitabının mündəricati
Dədə Qorqud kitabı doğrudan-doğruya mənqəbələrlə başlamaz; başqa dörd səhifəlik bir müqəddəməyi havidir. Bu müqəddimə göstərdigi xüsusiyyət etibarilə – üç ayrı mövzudan mürəkkəbdir. Doqquz sətirdən ibarət olan birinci parçada Qorqudun Bayat qəbiləsindən olduğu, onun oğuz qəbilələri içindəki mövqeyi, Dədənin izahına görə hakimiyyətin Qayı – Osmanlı nəslinə keçməsi izah olunuyor. Kitabın təbini idarə edən Kilisli müəllim Rifət bu qismin Osmanlılar zamanında bir “mühərriri-məchul” tərəfindən əlavə edildigini qeyd ediyor (Kiatbın fehrist qismi).
İkinci qism Dədə Qorqudun dilindən yazılmış dörd küçük moizədir. Tamamilə nəsihətamiz fikirlərdən ibarət olan bu moizələrdə islamiyyətin təsiri qüvvətlidir. Kitabın ithaf edildigi hökmdara bol-bol “dua”lar vardır.
Üçüncü parça bir ozanın dilindən qadınlar haqqında söylənmiş nəsr halında bir şeirdir. Ozan burada qadın tiplərini – əxlaq etibarilə dörd yerə ayırıyor. Əski cəmiyyət dövrlərində qadın haqqında olan ümumi tələqqilərə eyi bir nümunədir1. Müqəddəmədən sonra mənqəbələr başlıyor. Buradə mənqəbələrin mövzularını xülasətən gözdən keçirəcəyiz:
Dostları ilə paylaş: |